AZ/Prabhupada 0085 - Bilik Mədəniyyəti , Ruhi Mədəniyyət Deməkdir

Revision as of 13:26, 8 June 2018 by Vanibot (talk | contribs) (Vanibot #0019: LinkReviser - Revised links and redirected them to the de facto address when redirect exists)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)


Lecture on Sri Isopanisad, Mantra 9-10 -- Los Angeles, May 14, 1970


Müdrüklir bizə aydınladır ki,(doğru) nəticə, bilgi mədəniyyətindən əldə edilir və bunu da deyirlər ki, fərqli bir nəticə də cəhalət mədəniyyətindən əldə edilir. Dünən cəhalət mədəniyyətinin nə olduğunu və bilgi mədəniyyətinin nə olduğunu bir az açıqlamışdıq. Bilgi mədəniyyəti ruhi mədəniyyət deməkdir. Bu həqiqi bilgidir. Rahatlığımız ya da bu maddi bədənimizi qorumaq üçün inkişaf etdirilən mədəniyyət, cəhalət mədəniyyətidir. Çünki, bu bədəni nə qədər qorumağa çalışırsınız çalışın, o təbii axarında olacaq. Bu nədir? Janma-mṛtyu-jarā-vyādhi (BG 13.9). Bu bədəni təkrar edən doğum və ölüm çənbərindən və təzahür edən xəstəlik, yaşlılıqdan da qurtara bilmərsiniz. Belə ki,insanlar bu bədən haqqında olan bilgiyi inkişaf etdirmək üçün cox çalışırlar, həm də baxmayaraq ki, bu bədənin hər keçən dəqiqə yaşlandığını görürlər. Bədənin öləcəyi, doğduğu vaxt qeyd olunmuşdur. Bu bir həqiqətdir. Elə isə bu bədənin təbii axarını dayandıra bilmərsiz. Bədənin bu prosesiylə qarşılaşmaq məcburiyyətindəsiniz -doğum, ölüm, yaşlılıq və xəstəlik. Bhāgavata deyir ki, "yasyātma-buddhiḥ kuṇape tri-dhātuke (SB 10.84.13)." Bu bədən üç əsas elementdən yaranmışdır: bəlğəm, öd və hava. Bu Veda versiyası və Āyurveda müalicə üsuludur. Bu bədən bəlğəm, öd və hava torbasıdır. Yaşlandıqca hava dövranı pozulur. Bu səbəblə də yaşlı adamlarda rematizma olur və bunun arxasından da başqa bir cox xəstəliklər başlayır. Bhāgavata belə deyir: " Öd, bəlğəm və hava birləşməsini özü kimi qəbul edən şəxs axmaqdır." Əslində bu həqiqətdir. Əgər bu öd, bəlğəm və hava birləşməsini özümüz kimi qəbul etsək...Yə`ni, ağıllı şəxs, cox yaxşı bir filosof, cox yaxşı bir elm adamı- bu o deməkdir ki, o öd, bəlğəm və hava birləşməsindir? Xeyır. Bu səhvdir. O, bu öddən yada bəlğəmdən yada havadan fərqlidir. O ruhdur və karmasına görə bacarığı ortaya çıxır o da bunu göstərir. Onlar bu karmanı və karma qanununu başa düşmürlər. Niyə bəs fərqli şəxsiyyətlərlə qarşılaşırıq?.