AZ/Prabhupada 1057 - Bhagavad Gita- Gitopanişad Veda Elminin Kökü Olaraq Bilinir

The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.


660219-20 - Lecture BG Introduction - New York

Prabhupāda:

oṁ ajñāna-timirāndhasya
jñānāñjana-śalākayā
cakṣur unmīlitaṁ yena
tasmai śrī-gurave namaḥ

(Cəhalətin qaranlığıyla qaralmış gözlərimi biliyin işığı ilə açan mənəvi müəllimimə sevgi və hörmətlərimi göndərirəm)

śrī-caitanya-mano-'bhīṣṭaṁ
sthāpitaṁ yena bhū-tale
svayaṁ rūpaḥ kadā mahyaṁ
dadāti sva-padāntikam

(Bu maddi dünyada Tanrı Caitanyanın arzusunu yerinə gətirmək misiyasını qurmuş olan Srila Rupa Gosvami nə vaxt mənə lotus ayaqlarının altında yer verecek?)

vande 'haṁ śrī-guroḥ śrī-yuta-pada-kamalaṁ śrī-gurūn vaiṣṇavāṁś ca
śrī-rūpaṁ sāgrajātaṁ saha-gaṇa-raghunāthānvitaṁ taṁ sa-jīvam
sādvaitaṁ sāvadhūtaṁ parijana-sahitaṁ kṛṣṇa-caitanya-devaṁ
śrī-rādhā-kṛṣṇa-pādān saha-gaṇa-lalitā-śrī-viśākhānvitāṁś ca

(Mənəvi müəllimimin və sadiq xidmət yolundakı başqa bütün müəllimlərin lotus ayaqlarına hörmətlərimi göndərirəm. Bütün Vaişnavlara və Srila Rupa Gosvami, Srila Sanatana Gosvami, Raghunatha dasa Gosvami, Jiva Gosvaminin də daxil olduğu altı Gosvamilərə və onlarla birlikdə olanlara hörmətlərimi göndərirəm. Sri Advaita Acarya Prabhuya, Sri Nityananda Prabhuya, Sri Caitanya Mahaprabhuya və Srivasa Thakurun başçılıq etdiyi, onun bütün sadiqlərinə hörmətlərimi göndərirəm. Sonra mən hörmətlərimi Tanrı Krişnanın, Srimati Radharaninin və Lalita ilə Vsakhanın başçılıq etdiyi bütün gopilərin lotus ayaqlarına təqdim edirəm.)

he kṛṣṇa karuṇā-sindho
dīna-bandho jagat-pate
gopeśa gopikā-kānta
rādhā-kānta namo 'stu te

(Ey mənim mərhəmət okeanı, əziz Krişnam, Sən dərdlilərin dostu və yaradılışın mənbəyisən. Sən bütün çobanların ən yaxşısı və xüsusiylə Radharani olmaq üzrə qopilərin sevgilisisən. Mən hörmətlərimi sənə təqdim edirəm.)

tapta-kāñcana-gaurāṅgi
rādhe vṛndāvaneśvari
vṛṣabhānu-sute devi
praṇamāmi hari-priye

Mən hörmətimi, rəngi ərimiş qızıla oxşayan Vrndavanın kraliçası, Kral Vrşabhanunun qızı və Tanrı Krişnanın ən əzizi olan Radharanaya təqdim edirəm .

vāñchā-kalpatarubhyaś ca
kṛpā-sindhubhya eva ca
patitānāṁ pāvanebhyo
vaiṣṇavebhyo namo namaḥ

Mən hörmətlərimi Tanrının bütün vaişnav sadiqlərinə təqdim edirəm. Onlar eyni arzu ağacları kimi, hamının arzularını yerinə gətirə bilirlər və onlar düşgün ruhlara qarşı mərhəmət doludular.)

śrī-kṛṣṇa-caitanya
prabhu-nityānanda
śrī-advaita gadādhara
śrīvāsādi-gaura-bhakta-vṛnda

( Mən, Śrī Kṛiṣṇa Caitanya, Prabhu Nityānanda, Śrī Advaita, Gadādhara, Śrīvāsa ve Tanrı Caitanyanın bütün sadiqlərinə sevgi dolu hörmətlərimi təqdim edirəm.)

hare kṛṣṇa hare kṛṣṇa kṛṣṇa kṛṣṇa hare hare
hare rāma hare rāma rāma rāma hare hare

(Əziz Tanrım və Tanrının ruhi enerjisi, xahiş edirəm mənə icazə ver sənə xidmət edim. Mən indi bu maddi xidmətdən utanıram artıq. Xahiş edirəm icazə ver mən Sənə xidmət edim.)

Müqəddəs Lütf A.C. Bhaktivedanta Swami tərəfındən Gitopanişad önsözü, Śrīmad-Bhāgavatam, "Başqa planetlərə asand Səyahət" kitablarının müəllifi, Tanrılığa Dönüş(jurnal) redaktor, vs. Bagavad-gita eyni zamanda Veda mədəniyyətinin kökü- Gītopaniṣad olaraq da bilinir və Veda ədəbiyatındakı ən vacib Upaniṣadlardan biridir. Bhagavad-gītānın İngilizcə bir neçə təsviri vardır və bir başqa İngilizcə təsvirə niyə ehtiyac olduğunu belə açıqlayarıq. Bir başqa İngilizcə təsvirə niyə ehtiyac olduğunu belə açıqlayarıq. Bir... Amerikalı bir xanım-Charlotte Le Blanc məndən oxumaq üçün Bhagavad Gitanın İngilizcə bir tərcüməsini təvsiyə etməyimi isdədi. Əlbətdə Amerikada Bhagavad-gītānın bir neçə İngilizcə tərcüməsi var, amma mən indiyə qədər yalniz Amerikada deyil eyni zamanda Hindistanda da gördüm ki, heç biri tamamilə yetərli deyil, çünkü çoxu, Bhagavad-gītānın ruhuna dəymədən,olduğu kimi deyil, Bhagavad-gītānın açıqlaması adıyla öz fikirlərini ifadə etmişdir. Bhagavad-gītānın özündə Bhagavad-gītānın ruhundan danışılır. Bu ancak belə olur. Əgər bir dərman içmək istəyirsək, onun istfadə etmə təlimatını yerinə gətirməliyik. Biz dərmanı öz bildiyimiz kimi ya da bir tanışımızın dediyi kimi ala bilmərik, biz dərmanı şüşəsinin üstündəki etiketdə verilən təlimatlara görə və həkimin dediyi kimi istifadə etməliyik. Eynı şəkildə Bhagavad-gītā da, söyləyən necə istiqamətləndiribsə, elə başa düşülməli və ya qəbul edilməlidir.