AZ/Prabhupada 1071 - Əgər Tanriyla Bir Olub, Onunla Əməkdaşlık Edərsək O Vaxt Xöşbəxt Oluruq



660219-20 - Lecture BG Introduction - New York

Krişnadan danışdığımız vaxt xatırlamalıyıq ki, bu məzhəb adı deyil. "Krişna" adı ən yüksək həzz mə'nasındadır. Təsdiq edilmişdir ki,Bütün həzlərin mənbəyi, anbarı Ali Tanrıdır. Biz hamımız həzz almaq həsrətindəyik. Ānandamayo 'bhyāsāt (Vedānta-sūtra 1.1.12). Tanrı yada canlı varlıqlar şüurla doluyuq, buna görə şüurumuz xöşbəxtlik axtarır. Xöşbəxtlik... Tanrı da həmişə xöşbəxtdir və əgər biz də Tanrı ilə birliktə olub, onunla əməkdaşlıq edib, onunla bərabər olursaq o vaxt xöşbəxt oluruq. Tanrı bizə Vrndavanadaki xöşbəxtliklə dolu əyləncələrini göstərmək üçün bu ölümlü dunyaya gəlir. Tanrı Śrī Kṛṣṇa Vṛndāvanada olduğunda Onun naxırcı oğlanlarla, qızlarla, dostlarıyla ve Vrndavananın insanları ilə olan fəaliyyətləri və onun naxırcı olması, Bütün bu əyləncələr xöşbəxtliklə dolu idi. Bütün Vrndavana, bütün Vrndavana xalqı onun yanında idi. Hətta, Krişna öz atası Nanda Maharajı yarıtanrı İndiraya ibadət etməsini məhdudlaşdırmışdı, cünki O insanlara bildirmek istəyirdi ki, Tanrı Ali Şəxsdən başqa heç bir yarıtanrıya ibadət etmələyə gərək yoxdur. Çünkü, həyatın yekun məqsədi Ali Tanrının məskəninə geri dönməkdir. Krişnanin məskəni Bhagad-Gətanin 15.Bölümünün 6. hissəsində açıqlanmışdır,

na tad bhāsayate sūryo
na śaśāṅko na pāvakaḥ
yad gatvā na nivartante
tad dhāma paramaṁ mama
(BG 15.6)

İndi əbədi səmani tanıyaq...Göyüzündən danışdığımız vaxt, bizim bilgimiz maddi göyüzünə aid olduğu üçün, göyüzünü günəşlə, ayla, ulduzlarla bərabər fikirləşirik. Amma Tanrı deyir ki, əbədi səmada nə günəşə ehtiyac yoxdur, Na tad bhāsayate sūryo na śaśāṅko na pāvakaḥ (BG 15.6) nə də əbədi səmada aya ehtiyac yoxdur. Na pāvakaḥ, işık üçün elektriyə vəya oda ehtiyac olmadığı mə'nasındadır cünki ruhsal səma brahma-cyotir tərəfindən işıqlandırılır. Brahmacyoti, yasya prabhā (BS 5.40), uca məskənin işıqları. İnsanların başqa planetlərə getməyə çalışdığı bu günlərdə, Ali Tanrının məskənini başa düşmək o qədər də çətin deyil. Ali Tanrının məskəni ruhi səmamdadır və adı Golokadı. Brahmā-saṁhitāda bu cox gözəl açıqlanır, goloka eva nivasaty akhilātma-bhūtaḥ (BS 5.37). Tanrı, əbədi məkanı Golokoda olduğu halda, O yenə də akhilātma-bhūtaḥ'dır, Ona burdan da yaxınlaşıla bilinir. Bu səbəblə Tanrı həqiqi formasını, sac-cid-ānanda-vigraha (BS 5.1), göstərmək üçün gəlir ki, biz Onu xəyal etmək məcburiyyətində qalmayaq. Onu təsəvvür etməyin sözü belə olmaz.