AZ/Prabhupada 0006 - Axmağın Cənnəti - Hamı Tanrıdır



Lecture on SB 1.15.49 -- Los Angeles, December 26, 1973


Hamı "Mən bilirəm, mən hər şeyi bilirəm. Mənim bir quruya ehtiyacım yoxdur " diyə lovğalanır. Bir mə'nəvi müəllimə, quruya yaxınlaşmanın yolu budur: "Mən bir cox lazım olmayan, mə'nasız şey bilirəm. Artıq sən mənə mərhəmətinlə öyrət " diyərək təslim olmaqdır. Buna təslimiyyət deyilir. Eyni Arcunanın dediyi kimi;" śiṣyas te 'haṁ śādhi māṁ prapannam "(BG 2.7). Arjuna və Kṛiṣṇa müzakirə etdiklərində və problem həll olmadığında Arcuna Krişnaya təslim oldu." Mənim əziz Krişnam, biz indi dost olaraq danışırıq. Artıq dostca söhbət olmasın. Mən səni mə`nəvi müəllimim qəbul edirəm. Xahiş edirəm mənə vəzifəmin nə olduğunu öyrəd." Bhagavad-Gita budur. İnsan öyrənmək məcburiyyətində. Tad-vijñānārthaṁ sa gurum eva abhigacchet (MU 1.2.12). Bu Veda təlimatına görə həyatın qiymətinin nə olduğudur. Necə dəğişir? Biz bir bədəndən başqa bədənə necə keçirik? Mən kiməm? Mən bu bədənəm yoxsa başqa biriyəm? Bunlar sual olunmalıdır. İnsan həyatı budur. Athāto brahma jijñāsā. Bu sual verilməlidir. Kali-yuqada hər hansı bir mə'lumat olmadan, sual verilmədən, quru olmadan, bir kitab olmadan hamı Tanrıdır. Belə. Bu xəyal məhsulu olan xöşbəxtlık davam edir. Bunun köməyi olmayacaq. Burda Vidura haqqında...O da...

viduro 'pi parityajya
prabhāse deham ātmanaḥ
kṛṣṇāveśena tac-cittaḥ
pitṛbhiḥ sva-kṣayaṁ yayau
(SB 1.15.49)

O...Vıdura haqqında danışırdım. Vidura Yamarācdı. Beləcə, dəyərli bır adam cəzalandırılmaq üçün Yamaracın hüzuruna gətirildi. Adam Yamaracadan soruşur ki," Mənim həyatda bir günah etdiyim yadıma gəlmir. Mən niyə buraya gətirildim." Yamaraca da belə dedi: " Sənin yadında deyil. Uşaqlığında sən bir qarışqanın bağırsağına iynə batırdın və o öldü. Buna görə cəzalandırılmaq məcburiyyətindəsin." Görürsünüz. Cəhalətdən, uşaqlığında bir günah etdiyi üçün cəzalandırılmalıdır və biz din "Öldürməməlisiniz" deməsinə baxmayaraq boş boş heyvanların ruhunun olmadığını deyib minlərcə məzbaha açdıq. Komediyaya baxın. Bu belə də davam eleyir və biz hüzur içində olmaq istəyirik.