AZ/Prabhupada 0008 - Kṛişṇa İddia Edir "Mən Hərkəsin Atasıyam"
(Redirected from AZ/Prabhupada 0008 - Kṛişṇa İddia Edir "Mən Hamının Atasıyam")
Janmastami Lord Sri Krsna's Appearance Day Lecture -- London, August 21, 1973
Hindistanda bütün hörmətli şəxslər, müdrüklər və ācāryalar, bu ruhi mə'lumatları cox gözəl və ətraflı hazırlamışlar. Amma biz bundan istifadə etmirik. Bu śāstralar və tə'limatlar sadəcə Hindlilərə və ya brāhmaṇalar üçün deyil. Xeyir. Hərkəs üçündür. Çünkü, Krişnata belə deyir:
- sarva-yoniṣu kaunteya
- sambhavanti mūrtayaḥ yaḥ
- tāsāṁ mahad brahma yonir
- ahaṁ bīja-pradaḥ pitā
- (BG 14.4)
Krişna deyir ki, "Mən hamının atasıyam". Buna görə də O bizi xöşbəxt və hüzurlu etmək üçün narahat olur. Eyni bir atanın oğlunu yaxşı bir halda və xöşbəxt görmək istədiyi kimi. Krişna da bizim hamımızı yaxşı vəziyyətdə və xöşbəxt görmək istəyir. Buna görə də o bəzən gəlir. BG 4.7 Yada yada hi dharmasya glanir bhavati. Krişnanın gəlməkdə məqsədi budur. Buna görə Krişnanın xidmətçisi, Krişnanın fədaisi olanlar, Krişnanın missiyasını öz üstlərinə götürməlidilər. Krişnanın missiyasında işləməyə başlamalıdırlar. Bunu Caitanya Mahāprabhu deyib.
- āmāra ajñāya guru hañā tāra ei deśa
- yare dekha, tare kaha, 'kṛṣṇa'-upadeśa
- (CC Madhya 7.128)
Kṛṣṇa-upadeśa. Sadəcə Kṛṣṇanın Bhagavad-gītāda dediklərini yaymağa çalışın. Bu hər Hindlinin vəzifəsidir. Caitanya Mahāprabhu deyir ki,
- bhārata-bhūmite manuṣya janma haila yāra
- janma sārthaka kari para-upakāra.
- (CC Adi 9.41)
Buna görə Hindlilər "para-upakāra" üçün vasitədirlər. Hindlilər başqalarında istifadə etmək üçün vasitə deyillər. Hindlilərin işi bu deyil. Hint tarixi "para-upakāra"-dan bəridir. Əvvələr dünyanın hər yerindən Hindistana ruhi həyatın nə olduğunu öyrənmək üçün gəlirdilər. İsa belə buraya gəldi. Çindən və başqa ölkələrdən. Bu tarixdi və biz öz dəyərimizi unuduruq. Belə bir mükəmməl hərakat, Krişna şüuru bütün dünyada davam edir, fəqət bizim Hindlilərimiz duyğusuz, hökümətimiz duyğusuz. Heç kim sahib olmur. Bu da bizim talehsizliyimizdi. Fəqət bu Caitanya Mahāprabhunun missiyasıdır. O deyir ki, hər hansı bir Hindli "bhārata bhūmite manuṣya janma"- əgər insandısa bu Veda ədəbiyyatından istifadə edib həyatını mükəmməlləşdirməli və bu biliyi bütün dünyaya yaymalıdır. Para-upakāra budur. Bunları Hindistan edə bilər. Əslində başqaları; Avropalı, Amerikalı gənclər bunun qiymətini cox gözəl bilirlər. Hər gün bu hərakatdan necə xeyir gördükləri haqda mənə məktublar göndərirlər. Bu həqiqətdir. Ölü bir insana can verir. Ona görə bütün Hindlilərdən xahiş edirəm ki, bu hərakata qatılın ki, öz həyatınızı da, başqalarının həyatını da müvəffəqiyyətli edin. Krişnanın, Krişna şüurunun vəzifəsi budur. Cox sağ olun.