AZ/Prabhupada 0009 - Sadiq Olan Oğru
(Redirected from AZ/Prabhupada 0009 - Sadiq Olan Hırsız)
Lecture on SB 1.2.12 -- Los Angeles, August 15, 1972
Kṛiṣṇa Bhagavad-gītā'da deyır ki: (BG 7.25) nāhaṁ prakāśaḥ sarvasya yoga-māyā-samāvṛtaḥ "Mən hamıya görünmürəm. Yogamāyā, yogamāyā örtür." Tanrını necə görəbilirsiniz? Fəqət, bu axmaqlıq davam edir, "Mənə Tanrını göstərə bilərsən? Tanrını gördün?" Tanrı oyuncak kimi olub. "Tanrı burda. O, Tanrının reakarnasyonudur." (BG 7.15) Na māṁ duṣkṛtino mūḍhāḥ prapadyante narādhamāḥ. Onlar günahkar, axmaq, ağılsız, Ən alçaq insanlardır. Onlar soruşurlar: "Mənə Tanrını göstərə bilərsən?" Sən nə etdin ki, Tanrını görəbiləsən? Həm də burda. Nədir? Tac chraddadhānā munayaḥ. Əvvəlcə insan sadiq olmalıdır. Sadiq. Śraddadhānāḥ. Əslində, Tanrını görməyi çox istəməliyik. Boş-boşuna,həvəssiz deyil, " Tanrını mənə göstərə bilərsən ?" Elə bil Tanrı sehir kimidi?. Xeyir. Çox ciddi olmalıdır. "Bəli, əgər Tanrı varsa... Biz gördük, Tanrının haqqında mə'lumat aldıq. Deməli mən görə bilərəm." Bu haqda cox yaxşı bir hekayə var. Çalışın dinləyin. Bir təcrübəli natiq Bhagavada haqqında danışırdı və Krişnanın coxlu zinət əşyalarının olduğundan danışırdı. Meşədəki inəkləri otarmaq üçün göndərəilir. Bu yığıncaqda da bir oğru vardı və öz-özünə fikirləşir:" Niyə mən gedib bu uşağın üstündəkiləri oğurlamıram. O qədər mücəvhərlərlə meşədədir, ora gedib uşağı taparam və üstündəki bütün mücəvhərləri alaram." Beləcə də cox ciddi olaraq "Mən bu uşağı tapmalıyam. Sonra da bir gecədə milyoner olacam." Xeyir. Meşəyə getdi, amma onun içində Krişnanı görmək arzusu vardı. Bu arzu, həvəslə, o Krişnanı Vrindavanada da görə bildi. O, Krişnanı Bhagavadanı danışan adamın təsvir etdiyi kimi olduğunu gördü. Sonra gördü "Ooo, sən çox gözəl uşaqsan Krişna" deyə onu tə'rifləməyə başladı. "Onu tərifləyib bütün ləl-cəvahiratlarını alaram" deyə fikirləşdi. Sonra o öz həqiqi fikrini " Bu ləl-cəvahiratdan bir az ala bilərəm. Sən cox varlısan" deyəndə, "Xeyir, xeyir, xeyir. Sən... Anam çox hirslənər. Olmaz." deyərək Krişna özünü uşaq kimi aparır. Bundan sonra Krişnaya daha cox yaxılaşmağa başlayır və sonra Krişna ilə münasibətdə olduğu üçün təmizlənir. O vaxt Krişna deyir ki; "Yaxşı, indi ala bilərsən". Artıq o sadiq olmuşdu. Çünki, Krişna ilə münasibətdə olmuşdu. Bu ya da başqa cür olsun Krişna ilə qarşılıqlı münasibətimiz olmalıır. O vaxt təmizlənəcəyik.