AZ/Prabhupada 0025 - Gerçək Bir Şey Verirsək Tə'sir Edəcəkdir
Conversation with Yogi Amrit Desai of Kripalu Ashram (PA USA) -- January 2, 1977, Bombay
Yogi Amrit Desai: Sizi o qədər çox sevirəm ki, dedim ki, darśana gəlməliyəm.
Prabhupāda: Təşəkkür edirəm.
Yogi Amrit Desai: Sadiqlərə deyirdim ki, sizin necə...
Prabhupāda: Dr. Mishra ilə bir yerdəsiz?
Yogi Amrit Desai: Xeyir, deyilik. Burdaki sadiqlərə deyirdim. Deyirdim ki, Sri Prabhupada bhaktiyi ən çox ehtiyac hiss edilən yer olan Qərbdə yayan ilk adamdır. Çünki orda insanlar başlarıyla həddindən çox məşğul olurlar, fikirləşirlər, fikirləşirlər, fikirləşirlər. Bu eşq yolu o qədər dərin ki.
Prabhupāda: Baxın. Çox gerçək bir şey təklif etdiyinizdə.
Yogi Amrit Desai: Çok gerçək.
Prabhupada: O həyata keçəcəkdir..
Yogi Amrit Desai: Buna görə bu qədər gözəl böyüyür, çünki həqiqətdir.
Prabhupāda: bu həqiqəti onlara vermək də Hindlilərin vəzifəsidir. Bu para-upakara. Məndən əvvəl bütün swami və yogilər oraya onları aldatmaya getdi.
Yogi Amrit Desai: Xeyir, doğruyu verməkdən qorxdular çünkü, qəbul edilməməsindən qorxdular.
Prabhupāda: Doğrunun nə olduğunu bilmiyorlardı. (gülüşmələr) Qorxmamışdılar. Niyə? Əgər biri doğrunun yolundadısa, niyə qorxsun ki?
Yogi Amrit Desai: Normal. Prabhupada: Vivekanandadan başlayaraq, onlar doğrunu bilmirlərdi.
Yogi Amrit Desai: Bəli, doğru. Siz gəldikdən sonra... 1960'da ordaydım. Yoga öyrətməyə başlamışdım . Amma siz gəldikdən sonra bhakti və mantra oxumağı öyrətməkdən qorxmadım. İndi aşramlarda cox bhakti var, çox bhakti. Sizə hörmət edirdim. Mən bunu onlara verməkdən qorxurdum çünkü, "Onlar Xristiyan. Sadiq olmağı cox sevməyəcəklər. Səhv başa düşərlər" diyə fikirləşirdim. Amma siz bir möcüzə etdiniz. Tanrı, Krişna, sizin vasitənizlə bir möcüzə etdi. Bu qeyri-adi bir şey, dünyadaki ən böyük möcüzə. Bunu hiss edirəm.
Prabhupāda: Cox nəzakətlisən. Düzdü, bir şey versək, hərəkətə keçəcəkdir.
Yogi Amrit Desai: Düzdü. Mən də belə edirəm. Hamı... Aşramda davamlı yaşayan 180 adam var və hamısı da and içiblər ki, bəkarətli qalacaqlar. Hamı sabah 4:00'də oyanır və axşam 9:00'da yatır. Heç bir-birlərinə toxunmurlar. Ayrı yerlərdə yatırlar. Sat-sanga'da belə ayrı-ayrı otururlar. Hərşey ciddi. Narkotik yox, spirt yox, çay yox, kofe yox, sarımsak yox, soğan yox. Saf.
Prabhupāda: Çox yaxşı, Bəli. Biz buna əməl edirik.
Yogi Amrit Desai: Bəli.
Prabhupāda: Heç Deitiniz varmı?
Yogi Amrit Desai: Bəli. Bizim Deitilerimiz Tanrı Krişna və Radha. Gurum Swami Kripalu-anandi və o ... Barodaya yaxın bir yerdə bir aşramı var. iyirmi yeddi il müddətincə sadhanasını etdi və on iki il tamamilə danışmadı... Son bir necə ildə, çox insan xahiş etdiyinə görə ildə bir ya da iki kərə danışır.
Prabhupāda: Mantra oxuyur mu?
Yogi Amrit Desai: Oxuyur. Danışmadığı vaxtlarda, mantra oxumasına icazə vardı. Çünkü hər oxuyanda... Tanrının adını söylədiyinizdə, buna səssizliyi pozmaq demək olmaz. Buna görə mantra oxuyurdu.
Prabhupāda: Səssizlik demək boş danışmamaq deməkdir. Hare Krişna oxuyacağıq. Bu səssizlikdir. Zamanı boşuna keçirmək yerinə, maddiyata aid danışmaq yerinə, Hare Krişna oxuyalım. Bu pozitifdir və səssizlik negatifdir. Boş danışmağı bırax; mənalı danış.
Yogi Amrit Desai: Düzdü! Bu düzdü.
Prabhupāda: Param drstva nivartate (BG 2.59). Param drstva nivartate. Biri boş danışmaqdan əl çəkdiyində, o zaman param, Ali olan... Param drstva nivartate. Daha yaxşı şeyləriniz olduğunda, təbii olaraq işə yaramayanı atarsan. Yə`ni hər hansi maddi bir şey, işə yaramazdır. Karma, jnana, yoga, bunlar hamısı maddi. Karma, jnana, yoga və yalançı yogalara qədər, hamısı materyal.