AZ/Prabhupada 0039 - Müasir Lider Oyuncaq Kimidir
Lecture on SB 1.10.3-4 -- Tehran, March 13, 1975 Yə`ni Yudhiṣṭhira kimi ideal bir kral, yalnız quruda deyil, dənizlər və bütün planetlər üstündə də süverenlik qura bilər. İdeal olan budur. (okuyor:) "Müasir İngiliz qanunlarında mirasın birinci uşağa verilməsi haqqı Mahārāja Yudhiṣṭhiranın dünyaya və denizlərə hökm etdiyi o günlərdə də etibarlı idi. Bu dənizlər də daxil olmaqla bütün planet deməkdir. (oxuyur). " O vaxtlar indiki Yeni Dehlinin bir hissəsi olan Hastināpurun kralı dənizlər də daxil olmaq üzrə, Mahārāja Yudhiṣṭhiranın nəvəsi olan Mahārāja Parīkṣita qədər bütün dünyanın hakimi idi. Ondan cavan olan qardaşları onun nazirləri və komandirləri idi. Kralın cox mükəmməl dindar olan qardaşları arasında cox yaxşı qarşılıqlı anlaşma və əməkdaşlıq vardı.
Mahārāja Yudhiṣṭhira ideal kraldı, Tanrı Śrī Kṛṣṇanın ideal nümayəndəsi idi..."Kral, Kṛiṣṇanın nümayəndəsi olmalıdır."... yer üzünü idarə edə bilmək və cənnət planetlərini təmsil edən hökmdar Kral İndraya bərabər olmalıydı. Indra, Candra, Sūrya, Varuṇa, Vāyu vs. kimi yarıtanrılar kainatdaki fərqli planetləri təmsil edən krallardır və bunun kimi Mahārāja Yudhiṣṭhira da onlardan biriydi, dünya krallığına hökm edirdi. Mahārāja Yudhiṣṭhira müasir demokratiyanın aydınlanmamış normal siyasi liderlərindən biri deyildi. Mahārāja Yudhiṣṭhir, Bhīṣmadeva və eyni zamanda yenilməz olan Tanrı tərəfindən tərbiyә edilmişdi və buna görə də hərşey haqqında mükəmməl bir şəkildə biliyə sahibdi. Müasir dövlətin başçıları bir oyuncaq kimidir, çünki, o bir kralın gücünə sahib deyil. Mahārāja Yudhiṣṭhir aydınlanmış və yumuşaq qəlbli idi, amma inzibati mövqeyindən ötrü, öz urəyindən gələn heç bir şeyi edə bilməzdi. Bu səbəblə, ideologiya fərqindən ya da eqoist fikirlərinə görə yer üzündə bir-biriylə savaşan bu qədər cox dövlət var. Amma Mahārāja Yudhiṣṭhir kimi bir kralın öz ideologiyası yoxdur. O yalnız Tanrının, Tanrının nümayəndəsinin təlimatlarına əməl edir və köməkçisi Bhīṣmadevanın yolundan gedir. Şāstralarda deyilir ki, biz özümüzün heç bir şəxsi gəliri olmadan və öz idyalogiyamızı qarışdırmadan Tanrının və mötəbər birinin arxasından getməliyik. Bu səbəblə də Mahārāja Yudhiṣṭhir üçün dənizlər də daxil olmaqla bütün dünyanı idarə etmək mümkündü, çünki, prinsipləri doğru idi və hamı üçün belə tətbiq edilirdi. Mötəbər birinin arxasından gedərsək o zaman tək dünya dövləti fikri mümkün ola bilər. Mükəmməl olmayan bir insan, hamı tərəfindən qəbul edilə bilən bir idyalogiya yarada bilməz. Yalnız mükəmməl olan şəxs, hər yerdə tətbiq edilə bilən və dünyadaki hamının arxasından gedəcək bir proqram yarada bilər. İdarə edən insandır, qeyri-şəxsi hökümət deyildir. Əgər o şəxs mükəmməlsə, o dövlət də mükəmməldir. Əgər şəxs axmaqsa, o hökümət bir axmağın cənnətidir. Təbiətin əsası budur. Mükəmməl olmayan krallar və idarəçilər ilə əlaqəli cox hekayə var. Bu səbəblə, hökümətin başında Mahārāja Yudhiṣṭhira kimi təhsilli birinin olması lazımdır və onun əlində bütün dünyanı idarə etməsi üçün bir güc olması lazımdır. Yalnız Mahārāja Yudhiṣṭhira kimi mükəmməl bir kralın idarəsi altında tәk dünya dövləti fikri şəkil ala bilər. Dünya o vaxtlar xöşbəxt idi, çünki, dünyanı idarə edən Mahārāja Yudhiṣṭhira kimi mükəmməl krallar vardı. Bu kralın Mahārāja Yudhiṣṭhinin yolundan getməsinə və o vaxt monarxiyanın necə mükəmməl bir dövlət qura biləcəyinin misalını göstərməsinə icazə verin. Şāstralarda belə bir təlimat var. Əgər bu yoldan getsələr bunu edə bilmək gücləri olur. Sonra, mükəmməl bir kral və Krişnanın nümayəndəsi olduğu üçün "kāmaṁ vavarṣa parjanyaḥ" (SB 1.10.4). Parjanyaḥ yağış deməkdir. Yəni yağış həyatın bütün ehtiyaclarını görmək üçün ən əsas şeydir. Bu səbəblə, Krişna Bhaqavad-Gitada belə deyir: " Annād bhavanti bhūtāni parjanyād anna-sambhavaḥ" (BG 3.14). Əgər həm insanları həm də heyvanları xöşbəxt etmək istəyirsinizsə...Heyvanlar da var. Onlar... Bu yaramaz hökümət adamları bəzən insanlar üçün yalandan da olsa nəsə edirlər amma heyvanlara heç bir xeyirləri olmur. Niyə? Bu ədalətsizlikdir. Onlar da bu dünyada doğuldular. Onlar da canlıdılar. Onlar heyvan ola bilərlər. Zəkaları yoxdu. İnsanlarınki qədər olmasa da zəkaları var,amma onları öldürmək üçün davamlı məzbahalar tikmək olmaz. Bu ədalətli deyildir. Yalnız o deyil. Hər kim bir dövlətə gəlsə kral ona sığınacaq bir yer verməlidir. Ayrı-seçkilik niyə? Hamı sığına bilər. Biri "Sizin ölkənizdə yaşamaq istəyirəm " desə o vaxt ona bütün imkanlar verilməlidir. Necə yəni "Xeyir, xeyir. Sən gələ bilmərsən. Sən Amerikalısan, sən Hindlisən, sən busan." Xeyir. Əslində cox şey var. Əgər doğurdan da Veda prinsiplərinin arxasından getsələr o vaxt ideal bir kral və yaxşı bir lider olacaqlar və təbiət də kömək olacaq. Bu səbəblə, Mahārāja Yudhiṣṭhirın hükümdarlığı müddətincə, "kāmaṁ vavarṣa parjanyaḥ sarva-kāma-dughā mahī" (SB 1.10.4) olduğu deyilir. Mahī, torpaq ana. Bütün ehtiyacımız olan şeyləri torpaqdan әldə edərik. Göydən düşmür. Bəli, göydən yağış kimi yağır, amma onlar bunun torpaqdan fərqli tənzimləmələrlə gəlmə elmini bilmirlər. Bəlli şərtlər altında yağış yağar və astral təsir əmələ gəlir. O vaxt cox şey-qiymətli daşlar, almazlar yaranır. Bu şeylərin necə əmələ gəldiyini bilmirlər. Yəni əgər kral ağıllı, ədalətlidisə o vaxt ona kömək olmaq üçün təbiət də onunla əməkdaşlıq edər və əgər kral, hökümət ədalətli deyilsə, təbiət də ona kömək olmayacaqdır.