AZ/Prabhupada 0043 - Bhagavad-Gita Təməl Qanundur



Lecture on BG 7.1 -- Sydney, February 16, 1973


Prabhupāda:

(mayy āsakta-manaḥ pārtha)
yogaṁ yuñjan mad-āśrayaḥ
asaṁśayaṁ samagraṁ māṁ
yathā jñāsyasi tac chṛṇu
(BG 7.1)

Bu Bagavad-Gitadan Krişna şüuru yada Tanrı şüurunun necə inkişaf etdirilməsi haqqında bir qitədir. Bhagavad-Gita, çoxunuz bu kitabın adını eşitdiniz. Bütün dünyada cox oxunulan kitabdır. Hardasa bütün ölkələrdə bu kitab bir nece defe çap olunub. Bele ki, Bhagavad-Gita bizim Krişna şüuru hərakatının təməl qanunudur. Bizim Krişna şüuru olaraq yaydığımız şey yalnız Bhagavad-Gitadır. Biz özümüz bir şey çıxarmadıq. Krişna şüuru yaradılışdan bəri var, bir də son beş min ildir ki, Krişna bu planetde iken, O Krişna şüurunu ozü şəxsən öyrətdi və bu tə`limatları da qoyub getdi. Bu Bhagavad-Gitadır. Əfsuslar olsun ki, Bhagavad-Gita özünü alim sayan bə`ziləri və svamilər tərəfindən cox vaxtlar pis əməllər üçün istifadə edildi. İmpersonalistlər ya da ateistlər Bhagavad-Gitanı öz fikirlərinə görə şərh etdilər. Mən 1966 – cı ildə Amerikada olduğumda, bir qadın məndən oxumaq üçün Bhagavad-Gitanın ingilizcə nəşrini ona tövsiyə etməyimi istədi . Amma düzünü deyim ki, onların qəribə şərhlərindən görə, heç birini tövsiyə edə bilmədim. Bu da mənə "Bhagavad-Gita olduğu kimi" yazmaq üçün təkan oldu və bu "Bhagavad-Gita olduğu kimi" bu dəqiqə dünyanın ən böyük nəşriyyatı olan Masmillan Şirkəti tərəfindən çap edilir və işlər cox yaxşı gedir. "Bhagavad-Gita olduğu kimi" 1968-də kiçik bir nəşrini etdik. Çox yaxşı satıldı. Masmillan Şirkətinin alış-veriş müdürü bizə hesabat verdi ki, bizim kitablarımızın satışı başqalarınkindən cox artıb. Bir az əvvəl - 1972-də "Bhagavad-Gita olduğu kimi" bu tam nəşrini çıxardıq. Masmillan Şirkəti əvvəlcədən əlli min kopya çıxardı, amma üç ayda satılıb qurtardı və ikinçi çapın vaxtı tə`yin edilir.