AZ/Prabhupada 0045 - Biliyin Məqsədinə Cneyam Deyilir
Lecture on BG 13.1-2 -- Paris, August 10, 1973
Prabhupāda:
prakṛtiṁ puruṣaṁ caiva
- kṣetraṁ kṣetra-jñam eva ca
- etad veditum icchāmi
- jñānaṁ jñeyaṁ ca keśava
- (BG 13.1-2)
Təbiəti başa düşmək, bu kosmik təzahürü, təbətin mahiyyətini anlaya bilməsi və öyrədilən biliyin məqsədinin nə olduğuna tamamilə başa düşmək insana xas bir xüsusiyyətdir, "jñeyam". Üç şey var: jñeyam, jñāta ve jñāna . Biliyin məqsədini bilənə jñata deyilir, biliyin məqsədinə jneyam deyilir və şəxsin bunu anlaması prosesinə də jñāna - bilik deyilir. Bilikdən danışdığımızda bu üç şey olmaq məcburiyyətindədir: biliyin məqsədi, öyrənməyə çalışan şəxs və bilginin məqsədinə çatmağı əldə edən proses. Beləliklə, bəziləri... Eyni materialist elm adamları kimi onlar yalnız prakrtiyi tanımağa çalışır. Amma puruşanı tanımırlar. Prakrti keyf alınan, puruşa da keyf alan deməkdir. Əslində keyf alan Krişnadır. Əsl puruşa odur.Bu Arcuna tərəfindən qəbul ediləcək: puruṣaṁ śāśvatam.”Əsl keyf alan sənsən, puruşam.” Keyf alan Krişnadır və bizim hər birimiz –canlı varlıqlar və prakrti, təbiət, hər şey Krişnanın keyf alması üçündür. Bu Krişnanın... Başqa bir puruşa, biz canlı varlıqlar. Biz puruşa deyilik. Biz də prakrtiyiz. Biz keyf alınmaq üçünük. Amma bu maddi vəziyyət içərisində ,puruşa olmaq istəyirik, bu maddi bir şeydir. Əgər bir qadın kişi olmağa çalışdığında bu necə təbii deyilsə, bunun kimi təbii formada keyf alınılacaq olan canlı varlıqlar nə vaxt ki... Çox vaxt bu misalı verdiyimiz kimi, -barmaqlarımız dadlı yemekləri tutur amma keyf alan barmaqlar deyildir. Barmaqlar əsl keyf alan mədəyə kömək edə bilər. Gözəl yeməkləri alıb alıb ağzına qoya bilər və əsl keyf alan mədəyə getdiyi vaxt bütün prakrtilər, bədənin bütün üzvləri məmnun olur. Beləliklə, keyf alan bədənin hər hansı bir hissəsi deyil də mə'dədir. Ezop nağıllarının tərcüməsinin gəldiyi Hitopaniṣad, Hitopadeśadan bir hekayə vardır. Orda, bir hekayə var : udarendriyānām. Udara. Udara- göbək deməkdir və- indriya da duyğular mənasındadır. Udarendriyānāmın hekayəsi. Duyğular, bütün duyğular bir yerə yığılıb demişlər ki : "Biz çalışırıq", (amma niyə acıq?) Ayaq demiş ki, “Mən bütün gün gəzirəm, “ El demiş ki, “Mən bütün gün işləyirəm, bədən nə desə-Sən bura gəl, bu yemeyi al - bişirmək üçün bir şeylər gətirirəm, eyni zamanda yemək də bişirirəm.” Gözlər də demiş ki, “məndə görürəm” Bədənin bütün üzvləri üsyan etmiş. “Bundan sonra yalnız yemək yeyən mədə üçün işləyəməyəcəyik. Biz hamımız işləyirik və bu mədə də yalnız yeyir. O vaxt üsyan edirik. Eyni kapitalist ilə fəhlə kimi. Fəhlə bundan sonra işləmək qutardı –deyə aclıq elan edər. Xülasə, bədənin bütün üzvləri üsyan ediblər və bir neçə gün sonra təkrar görüşdüklərində, aralarında belə danışmışlar: Niyə gücsüzləşirik ? Artıq işləyə bilməyəcəyik. Ayaqlar da demiş ki, mən də gücsüzəm, ellər də. Hamısı gücsüzmüş. Elə isə buna səbəb nə oldu? Səbəbi... O vaxt mədə demiş ki, “Çünki, mən yemək yemirəm. Əgər güclü olmaq istəyirsəniz mənə yeməm üçün yemək verməlisiniz. Yoxsa... Mən keyf alanam. Siz deyilsiniz. Siz mənim keyfim üçün bir şeylər tədarük etməlisiniz. Bu vəzifəniz budur. “ Onlar da başa düşmüş: “Bəli doğurdan da biz keyf ala bilmirik. Bu mümkün deyil.” Həzz mədənin vasitəsiylə olmalıdır. Siz bir rasagulla alın, siz barmaqlar keyf ala bilməzsiniz. Ağzınıza qoyarsınız və mədəyə getdiyi vaxt dərhal enerji gələr. Yalnız barmaqlar həzz almaz, gözlər, eyni zamanda bütün digər üzvlər də məmnuniyyət və güc hiss edər. Bunun kimi əsl keyf alan Krişnadır. Krişna deyir ki:
- bhoktāraṁ yajña-tapasāṁ
- sarva-loka-maheśvaram
- suhṛdaṁ sarva-bhūtānāṁ
- jñātvā māṁ śāntim ṛcchati
- (BG 5.29)