AZ/Prabhupada 0048 - Aryan Mədəniyəti



Lecture on BG 2.2-6 -- Ahmedabad, December 11, 1972

Anārya-juṣṭam, "həyatın mütərəqqi dəyərlərindən xəbəri olan bir adama heç yaraşmır." Āryan. Āryan müasir olan adam mə`nasıdadır. Arcunanın döyüş meydanındaki bu kədəri "Āryan olmayan birinə yaraşır" deyilir. Āryan, Bhagavad-gītāda tə`yin edildiyi üzrə- Āryan mədəniyyətinə görə, Tanrının Ali Şəxsi tərəfindən başladılan dörd bölmə vardır. Əvvəlcədən də danışdığımız kimi, dharmaṁ tu sākṣād bhagavat-praṇītam (SB 6.3.19). Hər sistematik dini prosesin "Tanrı tərəfindən verilmiş" olduğu anlaşılmalıdır. İnsan hərhansı bir dini sistem yarada bilməz. Yəni, bu Āryan sistemi, yenilikçi sistem, cātur-varṇyaṁ mayā sṛṣṭaṁ guṇa-karma-vibhāgaśaḥadır.(BG 4.13). Kṛiṣṇa deyir ki, "Bu sistem mənim tərəfimdən sosyal quruluşun doğru şəkildə idarə edilməsi üçün tanıdılmışdır. " Brāhmaṇa, kṣatriya, vaiśya, śūdra. Arjuna kşatriya ailəsinə aiddi. Buna görə də onun döyüş meydanındaki savaşıb savaşmamaqda qərarsız olması Aryanlara yaraşmır. Krallıqdan olan şəxslərin savaşa qarşı olmaqları yaxşı sayılmır. Kşatriyalar döyüş meydanında savaşırkən, birini öldürmək onlar üçün günah hesab edilmir. Bunun kimi, brāhmaṇa qurban edərkən bə`zən heyvanlar kesilir. Bu o demək deyildir ki, o günah edir. Bu qurbanlar heyvanları yemək üçün edilməzdi. Veda mantralarını test etmək üçün idi. Qurban verməklə məşğul olan Brāhmaṇaların Veda mantralarını düz zikr edib etmədiyi bir heyvanı qurban edərkən, o heyvana təkrar yeni gənç bir həyat verməklə test edilirdi. Heyvan qurbanı belə idi. Bə`zən atlar, bəzən inəklər qurban edilirdi. Amma bu dövrdə, Kali-yuqada bunlar qadağandır, çünki, elə bir yājñika-brāhmaṇa yoxdur. Bu dövrdə hər cür qurban qadağandır.

aśvamedhaṁ gavālambhaṁ
sannyāsaṁ pala-paitṛkam
devareṇa sutotpattiṁ
kalau pañca vivarjayet
(CC Adi 17.164)

Aśvamedha qurbanı, "gomedha" qurbanı, "sannyāsa" və "devara"dan uşaq sahibi olmaq, ərinin kiçik qardaşından, bu şeylər bu dövrdə qadağandır.