AZ/Prabhupada 0061 - Bu Bədən Dəri, Sümük, Qan Torbasıdır



Northeastern University Lecture -- Boston, April 30, 1969

Əziz oğlanlarım və qızlarım, bu yığıncağa gəldiyiniz üçün sizə çox təşəkkür edirəm. Kṛiṣṇa şüuru hərakatını yayırıq, çünki, bu hərakata bütün dünyada ehtiyac var və bu üsul da cox asanddır. Müsbət tərəfi də budur. Əvvəlcə transendental planın nə olduğunu analamağa çalışaq. Həyat şərtlərindən danışdığımızda görürük ki, biz müxtəlif səviyyələrdəyik. O halda əvvəlcə transendental platformaya qalxmalıyıq. O vaxt transendental meditasiya haqqında sual ortaya cıxır. Bhagavad-Gitanın üçüncü bölməsində görə bilərsiniz ki, biz hamımız şərtləşdirilmiş həyatın müxtəlif səviyyələrindəyik. Birincisi, indriyāṇi parāṇy āhur... (BG 3.42). Sanskrit, indriyāṇi. Birinci şey bədənlə əlaqəli həyat anlayışıdır. Biz hamımızu bu maddi dünyada bədənlə əlaqəli həyat konsepsiyasının altındayıq. Mən fikirləşirəm ki, Hindliyəm, siz fikirləşirsiniz ki, Amerikalısınız. Başqa biri də fikirləşir ki; "Mən Rusam" . Bır başqası da fikirləşir ki, "Mən başqa biriyəm". Hamı fikirləşir ki, "Mən bu bədənəm". Bu bir standartdır ya da səviyyədir. Bu səviyyə hissi səviyyə adlanır, çünki, bu bədənlə əlaqəli həyat təsəvvürünə sahib olduğumuz müddətdə, fikirləşirik ki, xöşbəxtlik hislərimizin həzz almasındadır. Xöşbəxtlik hisləri məmnun etmək deməkdir çünki, bədən- hislər mə`nasındadır. Demək ki, indriyāṇi parāṇy āhur indriyebhyaḥ paraṁ manaḥ (BG 3.42). Tanrı Krişna deyir ki, maddi həyat anlayışında ya da bədənlə əlaqəli həyat anlayışında hislərimiz böyük əhəmiyyət kəsb edir. Hal-hazırda da bu baş verir. Yalnız indi deyil, maddi dünya yaranandan bəridir. "Mən bu bədənəm " demək xəstəlikdir. Śrīmad-Bhāgavata deyir ki, yasyātma-buddhiḥ kuṇape tri-dhātuke sva-dhīḥ kalatrādiṣu bhauma ijya-dhiḥ (SB 10.84.13), "Kim ki, bədən konsepsiyasının tə`siri altındadır, fikirləşir ki, o bu bədəndir." Ātma-buddhiḥ kuṇape tri-dhātu. Ātma-buddhiḥ - o deməkdir ki, özünü dəri və sümük torbası kimi qəbul edir. Bu bir torbadır. Bu bədən dəri, sümük, qan, idrar, nəcis və bir cox şeyin torbasıdır. Görürsünüz? "Mən bu dəri, sümük, nəcis və idrar torbasıyam" -deyə fikirləşirsiniz. Bizim gözəlliyimiz budur. Bu bizim hər şeyimizdir.

 Bir necə dənə cox yaxşı hekayə var...Əlbətdə vaxtımız cox azdır. Yenə qısa bir hekayə danışmaq istəyirəm. Bir oğlan cox gözəl bir qıza vurulmuş. Qız qəbul etmirmiş, amma oğlan əl çəkməmiş. Hindistanda qızlar namuslarını cox qatı bir şəkildə qoruyurlar. Yə`ni qız qəbul etmirmiş. Sonra demiş ki; "Yaxşı qəbul edirəm, Bir həftə sonra gəl". Görüş saatını demiş. "Bu saatda gəl" Beləcə oğlan cox sevinmiş gecə-və qız yeddi gün ərzində dərman içmiş, gündüz tualetə gedirmiş və qusurmuş, nəcisini və qusmağını da bir qaba yığıb saxlayırmış. Axırda görüşmə saatları çatdığında, oğlan gəlmiş və qız da qapıda otururmuş. Oğlan soruşmuş ki, "O qız hardadır? Qız demiş ki, "O mənəm", "Xeyir, sən deyilsən, Sən çirkinsən, o cox gözəl idi. Sən o qız deyilsən" "Xeyir mən o qızam amma artıq gözəlliyimi başqa bir qaba ayırıb qoydum." " Bu nədir? " Gözəllik budu, nəcis və qusmaq. Bundan ibarətdir." Əslində biri cox güclü və gözəl ola bilər- əgər üç ya da dörd dəfə tualetə getsə hər şey o dəqiqə dəyişir. 

Demək istəyirəm ki, Śrīmad-Bhāgavatamda deyildiyi kimi, bu bədənlə əlaqəli həyat konsepsiyası cox ümüdverici deyil. Yasyātma-buddhiḥ kuṇape tri-dhātuke (SB 10.84.13).