AZ/Prabhupada 0063 - Mən Böyük Bir Mrdanga Çalan Olmalıyam



Arrival Lecture -- Dallas, March 3, 1975

Buradaki bu gözəl atmosferi gördüyüm üçün cox xöşbəxtəm. Təhsil- Krişna şüuru deməkdir. Təhsil budur. Əgər biz yalnız bunu başa düşsək ki, "Krişna Ali Şəxsdir, O böyükdür və biz hamımız onun əmrindəyik. O halda bizim vəzifəmiz Krişnaya xidmət etməkdir". Əgər bu iki fikri başa düşsək, həyatımız mükəmməl olar. Əgər Krişnaya necə ibadət edəcəyimizi öyrənirsək, Onu necə məmnun edəcəyimizi, Onu necə gözəl geydirəcəyimizi, Ona necə gözəl yeməklər təklif edəcəyimizi, Onu necə mücəvhər və çicəklərlə bəzəyəcəyimizi, Ona necə hörmət edəcəyimizi, Onun adını necə zikr edəcəyimizi, bunları fikirləşsək, heç bir təhsilimiz olmasa da kainatdaki ən mükəmməl insan olarıq. Bu Krişna şüurudur. A-B-C-D təhsilinə ehtiyac yoxdur. Yalnız şüur dəyişimi lazımdır. Əgər bu uşaqlar həyatlarının əvvəlindən belə tərbiyə edilsələr...Bizim valideynlərimiz tərəfindən belə tərbiyə edilmək imkanımız oldu. Coxlu müqəddəs şəxslər atamın evinə ziyarətə gələrdi. Mənim atam Vaişnava idi. O Vaişnava idi və mənim də bir Vaişnava olmağımı istədi. Evimizə gələnlərə deyirdi ki "Xahiş edirəm oğluma Rādhārāṇīnın xidmətçisi olmaqdan danışın" Onun duası bu idi. Əsla başqa bir şey üçün dua etmədi və mənə mṛdaṅga çalmağı öyrətdi. Anam istəmirdi. İki müəllim var idi- biri mənə A-B-C-D öyrədirdi, biri də mṛdaṅga çalmağı. Bir müəllim gözləyirdi, o biri də mrdanganın necə çalmaq lazım olduğunu öyrədirdi. Anam da "Bu axmaqlıq nədir? Mrdanga çalmağı öyrədirsən?"- deyirdi. "Bu mrdanga ilə nə edəcək". Amma atam mənim irəlidə mrdanga çalan olmağımı istəyirdi.(gülüşmələr). Buna görə atama cox borcum var və kitabımı- Krişna kitabımı onun xatirəsinə həsr ettim. Bunu istəmişti. Bhāgavata, Śrīmad-Bhāgavatam oxuyanı olmağımı istəyirdi və mrdanga çalmağımı və Rādhārāṇīnin xidmətçisi olmağımı istəyirdi. Bütün valideynlər belə fikirləşməlidirlər. Yoxsa ata-ana olmamalıdırlar. Bu śāstranın əmridir. Śrīmad-Bhāgavatam, Beşinci Kantoda anladılır, pitā na sa syāj jananī na sa syād gurur na sa syāt sva-jano na sa syāt. Bu şəkildə, gəldiyimiz nəticə budur, na mocayed yaḥ samupeta-mṛtyum. Əgər insan öz şagirdini gözünün qabağındaki ölüm təhlükəsindən qurtara bilmirsə, o şəxs quru olmamalıdır. Bir insan bunu etmirsə, ata-ana olmamalıdır. Bunun kimi dost, qohum, ata, olmamalıdır... əgər insan başqasına ölümün pəncəsindən necə xilas olacağını öyrətmirsə. Belə bir şeyə bütün dünyada ehtiyac var və asand olan da budur ki, insan bu doğum, ölüm, yaşlılıq və xəstəlik dövrlərindən Krişna şüurlu olaraq xilas ola bilər