AZ/Prabhupada 0065 - Hamı Xöşbəxt Olacaq



Arrival Lecture -- Gainesville, July 29, 1971

Qonaqlardan bir qadın: Hərakatda başqaları üçün də yer var, bütün gün Hare Krişna mantrasını oxumaq yerinə Krişnaya başqa xidmətlər etmək istəyənlər üçün? Prabhupāda: Xeyır, bu belədir, əgər ağacın kökünə su versən, su yarpaqlara, budaqlara, nazik budaqlara yayılır və onları yeniləyər. Amma əgər yalnız yarpağa su versən, yarpaq da quruyacaq, ağac da. Əgər yeməyi mə'dənə qoysan, enerji barmaqlarına, saçlarına, dırnaqlarına və hər yerə yayılacaq. Amma yeməyi əlində tutsan və mə'dənə göndərməsən, bir işə yaramayan tullantı olacaq. O na görə bu xidmətlərin hamısı boşa gedir, çünki, Krişna şüuru yoxdur. Bir cox yolla insanlara xidmət etməyə çalışırlar amma hamısı- bu işə yaramayan xəyallar suya düşür, çünki, Krişna şüuru yoxdur və əgər insanlar Krişna şüurunda olmaq üçün tərbiyə edilsələr o vaxt hamı avtamatiq olaraq xöşbəxt olacaqdır. Orda olanlar da, eşidənlər də, əməkdaşlıq edənlər də -hamı xöşbəxt olacaq. Bizimki təbii bir prosesdir. Tanrıyı sevsəniz və əgər Tanrıyı sevməkdə mükəmməl biri olsanız, təbii olaraq hamını sevərsiniz. Eyni- Krişna şüurundaki insan Tanrıyı sevdiyi üçün heyvanları da sevər. O quşları, böcəkləri hamını sevər. Amma bə'zilərinin humanitar sevgisi yalnız insanlar üçündür, onlar bir insansevərdirlər amma heyvanları öldürürlər. Niyə heyvanları sevmirlər. Çünki, cahil. Amma Krişna şüurundaki bir insan əsla heyvanları öldürməz ya da ona zərər verməz. Ancaq bu ümumbəşər sevgidir. Əgər sən yalnız öz bacını- qardaşını sevsən bu ümumbəşər sevgi deyil, ümumbəşər sevgi -hamını sevməkdir. Bu ümumbəşər sevgi yalnız Krişna şüuru ilə inkişaf etdirilə bilər, başqa cür deyil.

Qadın qonaq: Mən bilirəm ki, bə`zi sadiqlər, necə deyərlər, maddi dünyadaki ailələriylə əlaqələrini kəsiblər və bu onlara acı verir, çünki, valideynləri başa düşmür. İndi siz onları bir az da olsa rahatlatmaq üçün nə deyərdiniz?

Prabhupāda: Kṛiṣṇa şüurundaki bir adam, valiveynlərinə, ailəsinə, ölkəsinə, həmvətənlərinə ən yaxşı xidməti edir. Krişna şüurunda olmadan, valideynlərinə nə xidmət edirlər ki? Coxu ayrırdılar. Amma, Prahlāda Mahārāj böyük bir sadiq idi və atası sadiq deyildi, atası Nṛsiṁhadeva tərəfindən öldürüldü. Amma Prahlada Maharaj qarşılıq almaq üçün Tanrı tərəfindən çağırıldığında, o dedi ki, "Mən tacir deyiləm, Cənab, sizə etdiyim xidmətin qarşılığın alım. Xahiş edirəm məni bağışlayın." Nṛsiṁhadeva cox məmnun olmuşdu: "Bax bu pak bir sadiqdir". Amma eyni pak sadiq Tanrıdan xahiş etdi ki; "Tanrım, atam ateisdir və cox günahı var, mən yalvarıram ki, bəlkə atamı azad edəsiniz". Nṛsiṁhadeva dedi ki:"Atan coxdan azad olub, çünki sən onun oğlusan. Bütün günahlarına baxmayaraq o azad oldu, çünki sən onun oğlusan. Yalnız sənin atan deyil, atanın atası da, onun atası da yeddi nəsil, hamısı azad oldu". Yə`ni əgər bir ailədə Vaişnava varsa, o bu yolla yalnız öz atasını deyil, atasının atasını da, onun atasını da azad edir. Krişna şüuruna gələn insan ailəsinə ən yaxşı xidməti edir. Əslində belə bir şey oldu. Şagirdlərimizdən, Kārttikeyanın anası əylənməyi cox sevərdi, nə vaxt anasını görmək istəsə, anası deyərdi ki, "Otur. Mən rəqs əyləncəsinə gedirəm". Münasibətləri belə idi. Amma yenə də bu uşaq Krişna şüurunda olduğu üçün cox vaxt anasına Krişna haqqında danışırdı. Anası öləndə oğlundan soruşur,"Hardadı sənin Krişnan? Burdadı?" və o dəqiqə də ölür. Bu da o deməkdir ki, ölüm anında Krişnanı xatırladı və o dəqiqə də xilas oldu. Bu Bhagavad-gītāda anladılır, yaṁ yaṁ vāpi smaran loke tyajaty ante kalevaram (BG 8.6). Əgər bir insan ölüm anında Krişnanı xatırlasa, o vaxt həyatı müvəffəqiyyətlidir. Bu ana oğlunun görə, Krişna şüurlu oğlu görə, özü Krişna şüurunda olmasa da azad odu. Bax faydası budur.