AZ/Prabhupada 0066 - Krişnanın Arzularını Qəbul Etməliyik



Lecture on BG 16.4 -- Hawaii, January 30, 1975

İndi -sadiq olmaqmı yoxsa bir iblis olaraq qalmaqmı?- bu bizim qərarımızdır. Bu mənim qərarımdır. Krişna deyir ki, "Bu şeytan fəaliyyətlərindən əl çək və mənə təslim ol." Krişnanın arzusu budur. Əgər Krişna ilə həmfikir olmasanız, öz arzularınızdan zevq almaq istəsəniz, Krişna yenə də məmnun olacaq və O sizin ehtiyaclarınızı verəcək. Amma bu cox da yaxşı deyil. Biz Krişnanın arzularını qəbul etməliyik. Öz arzularımızın-şeytani arzularımızın böyüməsinə icazə verməməliyik. Buna tapasiya deyilir. Öz arzularımızı qurban verməliyik. Buna fədakarlıq deyilir. Yalnız Krişnanın arzularını qəbul etməliyik. Bhagavad-Gitanın tə'limatı budur. Arcunanın arzusu savşmamaqdı, amma Krişnanın arzusu isə tam tərsinə savaşmaqdı. Axırda Arcuna Krişnanın arzusunu qəbul etdi. "Bəli"

kariṣye vacanaṁ tava (BG 18.73): "Bəli, Sənin arzuna görə hərəkət edəcəyəm." Bu bhaktidir. Bhakti və karma arasındaki fərq budur. Karma öz arzularını məmnun etməkdir və bhakti isə Krişnanın arzularını yerinə yetirmək deməkdir. Fərq budur. İndi siz də özünüz seçin, öz arzularınızı mı yerinə yetirmək istəyirsiz yoxsa Krişnanın arzularınımı? Əgər Krişnanın arzularını yerinə yetirmək istəyərsəniz, o vaxt həyatınız müvəffəqiyyətli olacaq. Bu bizim Krişna şüuru həyatımızdır. "Krişna istəyir mən də etməliyəm. Özümə görə bir şey etməyəcəyəm." Bu Vrndavanadır. Bütün Vrndavanada yaşayanlar Krişnanın arzularını yerinə yetirməyə çalışır. Çoban oğlanlar, buzovlar, inəklər, ağaçlar, çiçəklər, su, gopīler, yaşlı insanlar, Yaśodā Anne, Nanda, hamısı Kṛiṣṇanın arzularını yerinə yetirməklə meşğuldular. Vṛndāvana belədir. Əgər Kṛiṣṇanın arzularını yerinə yetirməyi qəbul etsəniz, bu maddi dünyanı Vṛndāvana çevirəbilərsiniz, Vṛndāvana budur. Əgər öz arzularınızı məmnun etmək istəsəniz, bu maddidir. Maddi və mə'nəvi arasındaki fərq budur.