AZ/Prabhupada 0071 - Biz Hamımız Tanrının Kor-Koranə-İsrafçı Övladlarıyıq
Room Conversation With French Commander -- August 3, 1976, New Mayapur (French farm)
Hamımız Allahın, israfçı övladlarıyıq. Tanrının övladları olduğumuza şübhə yoxdur, amma bu zamanda cox israfçıyıq. Qiymətli həyatımızı da boş-boşuna, üzsüz-üzsüz elə xərcləyirik. Krişna şüuru bu utanmazlıqları kantrol etmək və evlərinə-Tanrının yanına qayıdmaq məsuliyyətini onlara xatırlatmaq üçündür. Krişna şüuru budur. Amma insanlar o qədər üzsüz ki, Tanrıyla əlaqəli bir şey dediyində gülürlər. " Aaa, Tanrı? boş şeydi." Bu üzsüzlüyün ən son nöqtəsidir. Hindistan Tanrıya cox ciddi baxırdı. Hələ də elədir. İndi, bu zamanın liderləri-Amerkalılar və Avropalılar- Hindlilərin ekonomiya tərəfdən inkişaf etməyi fikirləşməyib, yalnız Tanrıyı fikirləşdikləri üçün onları ərköyünlük etdiklərini zənn edirlər. Vəziyyət belədir və cox çətindir, amma yenə də bu Krişna şüuru hərakatını yayaraq insanlar üçün bir şey edə bilərik. Qisməti olanlar gələcək və bu işi ciddiyə alacaq. Bu ziyankar, düşüncəsiz övladlarına aid cox misallar var. Məsələn, bir neft fondu var, neft olduğuna görə atları deyil, maşınları işlədə biləcəklərini öyrənirlər. Milyonlarla avtomobil istehsal et və bütün nefti də talan et. Bax bu üzsüzlükdür. Qurtardığında da ağlayacaqlar. Yanacaq da qurtarmış olacaq. Bu davam edir. Üzsüzlük. Atasından mal-mülk qalmış bir üzsüz uşaq kimi dağıd, dağıd. Sənin olan kimi həmin dəqiqə bitir, bütün hadisə bu. Bu üzsüzlükdür. Bədənin bir gücü var, cinsi həyatın dadını alan kimi "Oh, xərclə, xərclə" bütün enerji birdən qurtarır. Beyin boşalır. On iki yaşdan otuz yaşına gələnə qədər hər şey qurtarmış olur. Sonra iqtidarsız qalır. Bizim uşaqlığımızda-uşaqlığımız deyəndə səksən- yüz il əvvəl, avtomobil yoxdu. Amma indi hansı ölkəyə gedərsəniz gedin minlərcə, milyonlarca maşın görərsiniz. Bu üzsüzlükdür. Yüz illər əvvəl maşın olmadan yaşaya bilirdilər, amma indi yox. Bu şəkildə lazımsız yerə bədənlə əlaqəli ya maddəylə əlaqəli ehtiyacları artırırlar. Bu israfçılıqdır və onları bu israfçılığa məcbur edən liderlər yaxşı lider sayılırlar. Kim deyəcək ki, "Saxlayın bu boş şeyləri Krişna şüuruna gəlin", heç kimi maraqlandırmır. Andhā yathāndhair upanīyamānās te 'Pisa-tantryām uru-dāmni baddhāḥ (SB 7.5.31). Buna kor liderlərin kor təqibçiləri deyilir. İkisi də təbiətin sərt və ciddi qanunlarına bağlı olduqlarını bilmirlər. (ara). Təbiətin qanunları necə işləyir? Tamamilə cəhalət içində. Onlar bilmirlər. Müasir mədəniyyət budur. Təbiət qanunları öz yolunda işləməlidir. Siz istəsəniz də istəməsəniz də bu sizin içinizdir, amma təbiətin qanunları işləyəcəkdir. Prakṛteḥ kriyamāṇāni guṇaiḥ karmāṇi sarvaśaḥ (BG 3.27). Lakin bu oyunbazların təbiət qanununun necə işlədiyindən xəbərləri yoxdur. Təbiətin qanunlarına qarşı cıxmaq üçün axmaq, süni cəhdlər edirlər. Bu elm boş elmdir, əslində imkansızdır, amma onlar yenə də çalışırlar. Buna axmaqlıq deyilir. Axmaqlığın son nöqtəsi. Elm adamları belə demirlər? " Öhdəsindən gəlməyə çalışırıq." Axmaqlıq. Siz bunu əsla edə bilmərsiniz. Amma bu axmaqlıq hələ davam edir və bunu da əl çalırlar. "Oh, cox yaşı, cox yaxşı, cox yaxşı" "Oh, ay planetinə gedirsiz." Amma bütün cəhdlərinə baxmayaraq üzümlər yene də turş: Bu olmaz. Bu qədər. Siz bu çaqqalın hekayəsini bilirsiz? Üzümə əli çatsın deyə hoppanmış, hoppanmış, hoppanmış. Əli çatmayanda da "Ah, onsuzda turş idilər" demiş. (Gülüşmələr). Yəni onlar da belə edirlər. Hoppanan çaqqallar, hamısı bundan ibarətdir və biz bu oyunbazların necə hoppandıqlarını görə bilirik. (Gülüşmələr).Yəni insanların belə çaqqalların ağlıyla getməməsi üçün xəbərdarlıq edirik.
Diqqətli olun, Krişna şüurunda olun. Bu sizin həyatınızı müvəffəqiyyətli edə bilər.