AZ/Prabhupada 0076 - Hər Yerdə Krişnanı Görün



Ratha-yatra -- San Francisco, June 27, 1971

Tanrıya məhəbbət məlhəmini gözlərimizə çəkiləndə, biz Onu hər yerdə görə bilərik. Bu Şāstraların əmridir. Tanrıya olan sevgimizi inkişaf etdirib, Onu görmə gücümüzü artırmalıyıq. Premāñjana-cchurita bhakti-vilocanena (Bs. 5.38). Şəxs Krişna şüurunda yetərli qədər inkişaf etdiyində, ondan sonra hara gedərsə getsin hər dəqiqə Tanrını qəlbinin içində və hər yerdə görə bilər. Yəni bu Krişna şüuru hərakatı insanlara Tanrını görməyi, Krişnanı görə bilməyi öyrədmək cəhdidir. Əgər çalışsaq Krişna görülə bilir. Eyni, Krişnanın dediyi kimi; raso 'ham apsu kaunteya (BG 7.8). Krişna: "Mən suyun ləzzətiyəm" deyir. Hamımız hər gün su içirik, bir dəfə deyil, iki, üç, və ya daha cox. O vaxt biz biz suyu içər içməz "suyun dadı Krişnadır" deyə fikirləşsək o dəqiqə Krişna şüurlu oluruq. Krişna şüuruna çatmaq çətin iş deyil. Yalnız tətbiq etməliyik. Bunun kimi, Krişna şüuruna çatmağın  misalı var. Nə vaxt su içsəniz, doyduğunuzda susuzluğunuz keçər, bu susuzluğu keçirən gücün Krişna olduğunu fikirləşərsiniz. Prabhāsmi śaśi sūryayoḥ. Kṛṣṇa," Mən günəşin işığıyam. Mən ayın işığıyam" deyir. Yə`ni gündüz hamımız günəş işığını görürük, günəş işığını görən kimi Krişnanı xatırlaya bilərsiniz. "Bu Krişnadır". Axşam ay işığını görən kimi o dəqiqə ağlınıza gələ bilər. "Bu, Krişnadır". Bunun kimi. Əgər tətbiq etsəniz cox misal var, Bhagavad-Gitada Yeddinci bölmədə cox misal var. Krişna şüurunun necə tətbiq ediləcəyini diqqətlə oxusanız, sonra Krişna sevgisiylə yetişdiyinizdə, o vaxt Krişnanı hər yerdə görəcəksiniz. Heç kim sizə Krişnanı görə bilmək üçün kömək etməli deyil, çünki, sizin sadiqliyinizlə, sevginizlə Krişna sizin gözlərinizin qabağına səriləcək.   
Sevonmukhe hi jihvādau svayam eva sphuraty adaḥ (Brs. 1.2.234).İnsan Kṛiṣṇaya xidmət fikrində olduğu vaxt, "Mən Krişnanın əbədi xidmətçisiyəm" deyə başa düşdüyündə o vaxt Krişna onu görə biləsiniz deyə sizə kömək edər. 

Bu Bhagavad-gītā'da göstərilir,

teṣāṁ satata-yuktānāṁ
bhajatāṁ prīti-pūrvakam
dadāmi buddhi-yogaṁ taṁ
yena mām upayānti te
(BG 10.10)