AZ/Prabhupada 0080 - Krişnanın Öz Dostları İlə Oynamaqdan Çox Xoşu Gəlir



Lecture on CC Madhya-lila 21.13-49 -- New York, January 4, 1967

e-mata anyatra nāhi śuniye adbhuta
yāhāra śravaṇe citta haya avadhūta
'kṛṣṇa-vatsair asaṅkhyātaiḥ'-śukadeva-vāṇī
kṛṣṇa-saṅge kata gopa-saṅkhyā nāhi jāni
(CC Madhya 21.18-19)

Gopa. Kṛiṣṇa, bilirsiniz, öz məskənində, eyni, on altı yaşında bir oğlan uşağı kimidir və Onun əsas əyləncəsi dostlarıyla, oğlanlarla bərabər inəkləri otarmağa aparmaq və onlarla oyun oynamaqdır. Krişnanın gündəlik işi budur. Śukadeva Gosvāmī cox gözəl bir ayə yazmış, orda Krişnayla oynayan oğlanlar keçmiı həyatlarında cox mömin fəaliyyətlər etmişlər. Kṛta-puṇya-puñjāḥ (SB 10.12.11). Sākaṁ vijahruḥ. Itthaṁ satāṁ brahma-sukhānubhūtyā. İndi, Śukadeva Gosvāmī yazır. Kṛiṣṇayla oynayan bu uşaqlar, kiminlə oynayırlar? Onlar Ali Mütləq Həqiqətlə birlikdə oynayırlar, hansı ki, O, böyük müdrüklər tərəfindən qeyri-şəxsi olaraq qəbul edilir. Itthaṁ satāṁ brahma... Brahma-sukha. Brahma, transendental Brahman idrakı. Brahman reallığının əsası bax burada- Kṛiṣṇa. Yə'ni Kiṛṣṇa ilə oynayan bu uşaqlar, O Brahman idrakinın əsasıdır. Itthaṁ satāṁ brahma-sukhānubhūtyā dāsyaṁ gatānāṁ para-daivatena və dāsyaṁ gatānām, Ali Rəbbi sahibi olaraq qəbul edənlər üçün Krişna Ali Rəbdir, bu da sadiq olmaq deməkdir. Qeyri şəxsiyyətçilər üçün O Ali Bharmandır və şəxsiyyətçilər üçün isə O Ali Rəbdir.

 Māyāśritānāṁ nara-dārakeṇa və maddi dünyanın sehri altında olanlar üçün isə, O normal bir oğlan uşağıdır.  Māyāśritānāṁ nara-dārakeṇa sākaṁ vijahruḥ kṛta-puṇya-puñjāḥ (SB 10.12.11). Onunla bərabər mömin fəaliyyətlərlə məşğul olub savab yığan və milyonlarca dəfə doğulan bu uşaqlar, artıq normal uşaqlar kimi Krişnayla üz-üzə oyun oynamaq imkanına çatıblar. Eyni şəkildə, Krişna gənc dostlarıyla oyun oynamağı cox sevir. Bu Brahma-saṁhitāda qeyd edilir. Surabhīr abhipālayantam, lakṣmī-sahasra-śata-sambhrama-sevyamānam (Bs. 5.29).  Bunlar burda da açıqlanır. 
eka eka gopa kare ye vatsa cāraṇa
koṭi, arbuda, śaṇkha, padma, tāhāra gaṇana
(CC Madhya 21.20)

İndi o qədər cox dost, naxırçı uşaq var ki, heç kim saya bilməz. Heç kim...Saysız, hər şey saysız. Onların limitsiz sayıda inəkləri, limitsiz dostları var, hər şey limitsizdir.

vetra, veṇu dala, śṛṅga, vastra, alaṅkāra,
gopa-gaṇera yata, tāra nāhi lekhā-pāra
(CC Madhya 21.21)
Bu naxırçı uşaqların əllərində qamış vardır, vetra. Eyni zamanda da hər birinin əlində ney vardır.
Bir lotus çiçəyi, bir śṛṅgara, bir də borusu. Śṛṅgara vastra - gözəl geyinmişlərdir və üstləri bəzəklə doludur. Krişna geyindiyi kimi, Onun dostları, naxırçı uşaqlar da geyinmişlər. Ruhi dünyada gəzdiyiniz vaxt kimin Krişna olub, kimin Krişna olmadığını başa düşməyəcəksiniz. Hamı Krişna kimidir. Eyni şəkildə, Vaikuntha planetində də hamı Vişnu kimidir.   

Buna sarupya-mukti deyilir. Canlı varlıqlar ruhi planetlərə girdikləri vaxt Krişna və Vişnu qədər təmiz olurlar-fərq olmur- çünki, Mütləq Dünyadır. Burda fərq var. Qeyri-şəxsiyətçilər başa düşmürlər ki, fərdilikdə belə fərq yoxdur. Fərdiliyi fikirləşdikləri vaxt, bir fərq var zənn edirlər. O vaxt xilas olmaq nədir ? Bəli. Əslində fərq yoxdur. Fərq yalnız Krişnanın şəxsiyyəti və başqalarının şəxsiyyətidir, onlar bunu dərk edirlər; "Krişna bizim sevgi mərkəzimizdir. Bu qədər. Mərkəz Krişnadır. Bu şəkildə, şəxsən oğlanlar, qızlar və Krişna, hamı mə`nəvi xoşbəxtlikdən həzz alır.