AZ/Prabhupada 0083 - Hare Krişnanı Oxuyun, O Vaxt Hər Şey Gələcək



Lecture on SB 7.9.11-13 -- Hawaii, March 24, 1969

Prahlāda Mahārāja deyir ki, (biz bu haqda müzakirə etmişdik) bu hər hansı bir ixtisas tələb etmir. Tanrını sakitləıdirmək, məmnun etmək, razı salmaq üçün əvvəlcədən bir ixtisasın olmasına ehtiyac yoxdur; nə institut imtahanından keçmək lazımdır, nə də Rockefeller və ya Ford kimi varlı olmaq məcburiyyətindəsiniz, ya da bu vəya başqası olmağa məcbursan. Şərt yoxdur. Ahaituky apratihatā. Əgər sən Krişnanı sevmək istəyirsənsə,buna bir sərhəd yoxdur. Sərhəd yoxdur. Yol açıqdır. Yalnız səmimi olmalısınız.Bu qədər. Sonra Krişna yollarınızı təmizləyəcəkdir. Səmimiyyət yoxdursa, demək ki, Krişnanın māyāsı orda olacaq. O həmişə (maya) müxtəlif cür səbəblərlə sizə mane olacaqdır: "O yoxdu, bu yoxdu. o biri yoxdu". Beləcə də Prahlāda Mahārāja qərar verdi: " Uşaq olmağıma baxmayaraq, təhsilim yoxdur, Veda dərsi keçmirəm və atam da ateistdir, aşağı səviyyəli ailədənəm- yəni tamamilə pis xüsusiyyətlərlə əhatə olmuşam... Belə ki, Tanrıya Veda ilahiləri təqdim edən mömin, intellektual şəxslər və brāhmaṇalar, yüksək mədəniyyətli şəxslər tərəfindən ibadət edilir. Amma mənim belə xüsusiyyətlərim yoxdur. Amma yenə də, öz mövqelərində həddindən artıq yüksəlmiş olan yarıtanrılar məni qəbul etdilər. Bu da o deməkdir ki, Tanrı hətda mənim tərəfimdən də sakitləşdirilə bilər. Əks halda belə bir şey necə tövsiyə edərlər?. Nə cür xüsusiyyətim varsa, necə bir ağılım olursa olsun, Krişnaya xidmət edə bilərəm." Bu səbəblə də bizim hərakatımız-Krişna Şüuru Hərakatı (KŞH) da belədir, necə bir xüsusiyyətə sahib olursansa ol, o yetər. O xüsusiyyətlə başlayarsan. Krişnaya sahib olduğun xüsusiyyətlə xidmət edə bilərsən. Çünki, əsl xüsusiyyət- sənin xidmət etmək hislərindir. Əsl xüsusiyyət budur. Bu hislərini inkişaf etdir, xarici xüsusiyyətlərini-gözəlliyi, var-dövləti, müdrüklüyü, onu, bunu deyil, xeyir. Bunların heç birinin qiyməti yoxdur. Bunların yalnız Krişnanın xidmətində işlədilirsə qiyməti olar. Əgər cox varlısansa və varını Krişnanın xidmətində işlədsən problem yoxdur. Amma Krişnaya xidmət etmək üçün cox varlı olmağına ehtiyac yoxdur.

Prahlāda Mahārāja deyir ki: "nīco ajayā guṇa-visargam anupraviṣṭaḥ pūyeta yena pumān anuvarṇitena." İndi, biri deyə bilər ki, Prahlādın atası saf deyildi. Bu arqumentdir. Prahlāda pis deyildi, amma bu fikrə görə, aşagı səviyyəli bir atası, aşağı səviyyəli bir ailədə doğulduğunu və ya bunun kimi cox şey deyilə bilər. Amma Prahlāda Mahārāja deyir ki, "Əgər mən yalnız Tanrını ucaldarsam, o vaxt mən təmizlənərəm." Əgər təmizlənmə mantrasını oxusam, Hare Krişna mantrası oxumalıyam, çünki bu təmizlənmə yoludur. Başqa cür təmizlənib, ondan sonra Hare Krişna mantrasını oxumağa başlamaqdan danışmıram. Xeyir. Mantra oxumağa başlayın, o vaxt təmizlənmə olur. Təmizlənmiş olacaqsınız. Mantra oxumağa başlayın, necə vəziyyətdə olursunuzsa olun fərqi yoxdur. Əslində mən, bu Krişna Şüuru Herakatına başladığımda deyə bilmərəm ki, mənim yanıma gələnlər təmizlənmiş vəziyyətdə gəldilər. Hamımızın bildiyi kimi mənim yanıma gələnlərin coxu uşaqlıqdan bəri necə tərbiyə alıblarsa elə gəliblər. Amma Hind şəraitlərinə görə gigenik prinsiplərindən heç xəbərləri yoxdur. Təmizlənmək nədir? Baxın. Hindistanda, sistem kiçiklikdən başlayır; uçağı tərbiyə etmək lazımdır ki, sabah yuyunsun və dişlərini təməzləsin. Bəli. Yadımdadır, ikinci oğlum dödr yaşında olanda, sabah yeməkdən qabaq ona deyirdim ki; "Dişlərini mənə göstər" O da göstərirdi." Hə, yaxşıdı, dişlərini təmizləmisən. Yaxşıdır. İndi yemək yeyə bilərsən". Bax belə tərbiyə orda var. Amma burda, bu ölkədə tərbiyə...Əlbətdə bə'zi yerlərdə var amma cox ciddi deyil. Yə'ni fərqi yoxdur. Hare Krişna mantrasını oxuyun. Hare Krişnaya başlayın. Arxasından hər şey gələcək. Hər şey gələcək.