AZ/Prabhupada 0087 - Maddi Təbiətin Qanunu



Sri Isopanisad Invocation Lecture -- Los Angeles, April 28, 1970

Bəli. Bu maddi dünyadaki hər şeyin sabit bir zamanı var və bu sabit zaman içində altı növ dəyişiklik mövcuddur. Əvvəlcə doğulmaq, arxasından böyümək, sonra sabitlik, daha sonra məhsul vermək, qeriləmək və axırıncı da itib getmək. Bu maddi təbiətin qanunudu. Çiçək tumurcuq olaraq doğular, arxasından böyüyər, sonra iki-üç gün qalır sonra da toxumlayır və axırda da yavaşca quruyub, qurtarar.(yana tərəf dönüb) Düz otur. Buna ṣaḍ-vikāra deyilir, deyişikliyin altı növü. Bunu qondarma maddi elminizlə dayandıra bilmərsiz. Xeyir. Bu avidyādır. İnsanlar özlərini xilas etməyə çalışırlar və bə'zən elmi biləklə, insanı ölümsüz edəcəklərinə aid boş-boş danışırlar. Ruslar belə deyir; Bu avidyā, cəhalətdi. Siz maddi qanunlar prosesini dayandıra bilmərsiniz. Bu səbəblə, Bhagavad-gītā'da deyir ki: daivī hy eṣā guṇamayī mama māyā duratyayā (BG 7.14). Maddi təbiət üç ayrı keyfiyyətdən ibarətdir: sattva-guṇa, rajo-guṇa, tamo-guṇa... Tri-guṇa. Guṇanın başqa mə'nası da kəndirdir. Gördüyünüz kimi kəndir üç hərəkətlə bükülür. Əvvəlcə, bir nazik ip var, üçü bir yerdə sarılır və sonra təkrar bir üç daha. Bu şəkildə cox möhkəm olur. Eyni bunun kimi, üç xüsusiyyət vardır: sattva, raja, tamo-guṇa. Bunlar qarışıqdır. Təkrar bə'zi məhsullar verirlər və yenə təkrar-təkrar bir yerdə qarışdırırlar. Bu yolla səksən bir dəfə bükülürlər. Yə`ni guṇamayī- māyā sizi daha cox bağlayar. Beləliklə siz bu maddi dünyanın bağlarından xilas ola bilmirsiniz. Bağlamaq. Bu səbəblə buna apavarqa deyilir. Bu o deməkdir ki, Krişna şüuru prosesi pavarga prosesini heçə endirir.

Gargamuniyə Pavarganın nə demək olduğunu dünən aydınlatdım. Pavarga, "pa" əlifbasının xətdi deməkdir. Devanāgarīni öyrənələr bilirlər . Devanāgarī əlifbası vardır, ka kha ga gha na ca cha ja jha na. Bu şəkilde beş dəst, bir sıra və sonra əllinci dəst gəlir: pa pha va bha ma. Burda pavarga,  "pa"-dır. Əvvəlcə "pa". "Pa" - parava, mağlub etmək deməkdir. Hər kəs yaşamaq üçün cox mücadilə edir amma məğlub olur.. Birinci "pavarqa". "Pa"-parava demekdir. Ondan sonra "pha". Pha", köpüklənmək mə'nasındadır. Eyni, at kimi. Çox işlədiyi vaxt görərsiniz ki, ağzı köpüklənir, biz də bə'zən, cox işlədiyimiz vaxt dilimiz quruyur və bir az köpük gəlir. Yə'ni, hamı duyğularını məmnun etmək üçün cox işləyir, amma məğlub olur."Pa", "pha", və "ba". "Ba" əsarət mə`nasındadır. Yəni, birinci "pa", ikinci "pha", arxasından üçünçü əsarət və sonra "ba", "bha". "Bha" "döyüş- qorxu dolu olmaq" deməkdir. Arxasından "ma". "Ma"-  mrtyu ya da "ölüm" deməkdir. Yə'ni bu Krişna şüuru prosesi apavargadır. Apa. "A" -heç deməkdir. Pavarga, bunlar maddi dünyanın əlamətləridir və kəlmənin başına "a" əlavə etdiyinizdə isə, "apavarqa" olur, yə`ni heç bir şey-sıfır.