AZ/Prabhupada 0098 - Krişnanın Gözəlliyinə Cəzb Olun



The Nectar of Devotion -- Vrndavana, November 11, 1972

Madana-mohana. Madana "cinsi cəzb etmə" deməkdir. Madana, "cinsi cəzb etmə",Cupid. Kṛiṣṇa- Madana-mohana adlanır. Bir adam, demək istəyirəm ki, əgər Kṛṣṇaya cazibə hiss edərsə, cinsi arzusunu unuda bilər. Bu testdir. Madana bu maddi dünyada da cəzb edir. Hamı cinsi həyata cəzbolunma hiss edir. Bütün bu maddi dünya seks həyatı üstündə qurulmuşdur. Bu bir həqiqətdir. Yan maithunādi-gṛhamedhi-suhkhaṁ hi tuccham (SB 7.9.45). Burada, xoşbəxtlik- guya ki, xoşbəxtlik- maithunadır, maithunādi. Burda Maithunādinin mə'nası; xoşbəxtlik maithunadidən, cinsi əlaqəylə başladığı deməkdir. Ümumiyyətlə insanlar..., bir adam evlənir. Məqsədi cinsi arzusunu məmnun etməkdir. Sonra uşaqları olur. Sonra uşaqlar da böyüyürlər, kız başqa bir oğlanla, oğlan da başqa bir qızla evlənir. Burda məqsəd eynidir: seks. Sonra təkrar- nəvələr. Bu şəkildə bu maddi xoşbəxtlik- śriyaiśvarya-prajepsavaḥ. Dünən bu haqda danışmışdıq. Śrī- gözəllik mə'nasındadır, aiśvarya var-dövlətdir və prajā -nəsil mə'nasındadır. Yə`ni ümumiyyətlə insanların bundan xoşu gəlir- yaxşı bir ailə, bankda yaxşı hesabı və yaxşı qadın, yaxşı bir kız uşağı, yaxşı bir gəlin. Əgər bir ailədə gözəl qadın varsa, var-dövlət varsa və böyük...., cox uşaq varsa, fikirləşirlər ki, o şəxsin həyatı yaxşıdır. O ən bacarıqlı adam hesab olunur. Yəni śāstra deyir ki, " müvəffəqiyyət nədir? Bu müvəffəqiyyət cinsəl əlaqə ilə başlayır. Bu qədər və bunu davam etdirməkdir." Yəni yan maithunādi-gṛhamedhi-sukhaṁ hi tuccham (SB 7.9.45). Burada xoşbəxtlik seks həyatı ilə başlayar, maithunādi. Biz bunu başqa cür də deyə bilərik, amma bu maithuna- seks həyatıyla xoşbəxt olmaq vəhşi donuzlarda da var. Donuzlar da bütün gün orda burda yeyirlər: "Nəcis hardadır? nəcis hardadır?" və heç bir şeyə baxmayaraq sekslə məşğul olurlar. Donuzlar üçün, anaları, bacıları və kızları, fərqi yoxdur. Ona görə də śāstra belə deyir;" Biz bu maddi dünyada ilişmişik, biz bu maddi dünyada yalnız seks həyatı üçün həbs olmuş vəziyyətdəyik." Bu Cupiddir.Cupid -eşq Tanrısı,seks həyatının Tanrısı-Madana. Egər bir adam, necə deyərlər, Madanayla- Cupid tərəfindən yoldan çıxarılmasa, o cinsi həyatda xoşbəxt edilə bilməz. Krişnanın adı Madana-mohanadır. Mādana-mohana o deməkdir ki, Krişnaya cazibə hiss edən adam, cinsi əlaqədən aldığı zevqi yadından çıxardacaq. Bu testdir. Buna görə onun adı Madana-mohanadır. Madana- mohana. Sanātana Gosvāmī Mādana-mohanaya ibadət etdi. Madana ya da Mādana. Mādana dəliyə dönmək deməkdir və Madana- Eşq Tanrısıdır. Yə`ni hamı seks həyatının gücü ilə deliyə dönür. Cox yer var... Bhāgavatamda belə deyilir, puṁsaḥ striyā mithunī-bhāvam etat tayor mitho hṛdaya-granthim āhur. Bütün maddi dünya davam edir: kişi qadının cazibəsinə aldanır, qadın da kişinin. Bu cazibəni tapıb birləşəndə, bu maddi dünyaya daha cox bağlanırlar və bundan sonra ya da evlənəndən sonra, bir qadın bir kişi, gözəl ev, gṛha; kṣetra, fəaliyyətlər, iş, fabrik ya da təsərrüfat üçün ərazi axtarırlar. Çünki, insan pul qazanmalıdır. Beləcə, yemək ala bilsin. Gṛha-kṣetra; suta, uşaqlar; və āpta, dostlar; vitta, var-dövlət. Ataḥ gṛha-kṣetra-sutāpta-vittair janasya moho 'yam (SB 5.5.8). Bu maddi dünya üçün cazibə getdikcə artar. Buna madana deyilir, madanaya hiss edilən cazibə. Amma bizim işimiz bu dünyanın rəngli tərəfinə aldanmaq deyil, Krişna tərəfindən cəzb olunmaqdır. KŞH budur. Krişnanın gözəlliyinə cəzb olunma hiss etməzsək, biz bu maddi dünyanın yalançı gözəlliyinə qane olmaq məcburiyyətindəyik. Buna görə də Śrī Yamunācārya belə demişdir: yadāvadhi mama cetaḥ kṛṣṇa-padāravindayor nava-nava-dhāma rantum āsīt: "Krişnanın gözəlliyinə cəlb olunma hiss etməyə və onun nilufər qədəmlərinə xidmət etməyə başlayandan bəri, mən getdikcə yeni və yeni enerji ilə doluram və o vaxtdan bəri seks ağlıma dəldiyi vaxt onun üstünə tüpürmək istəyirəm." Bu vitṛṣṇā, artıq cəzb edilmənin olmamasıdır...Bu maddi dünyanın əsas çəzb nöqtəsi seks həyatıdır və biri sekslə əlaqəsini kəsdiyində... Tadāvadhi mama cetaḥ...,

yadāvadhi mama cetaḥ kṛṣṇa-padāravindayor
nava-nava-(rasa-)dhām(anudyata) rantum āsīt
tadāvadhi bata nārī-saṅgame smaryamāne
bhavati mukha-vikāraḥ suṣṭu niṣṭhīvanaṁ ca

"Seks ağlıma gəldiyi vaxt ağzım ondan başqa tərəfə çevrilir və onun üstünə tüpürmək istəyirəm." Yəni bu səbəblə Kṛiṣṇa Madana-mohanadır. Madana, seks həyatı hamını cəzb edir və Kṛiṣṇa, biri Kṛṣṇaya çazibə hiss edəndə, o vaxt madana məğlub olur. Madana məğlub olduğu vaxt , bu maddi dünyaya qalip gələ bilərik. Yoxsa bu çox çətindir.