AZ/Prabhupada 0101 - Bizim Üçün En Doğru Həyat, Əbədi Həyatın Zevqini Yaşamaqdır.



Press Conference -- April 18, 1974, Hyderabad

Qonaq (1): Kṛiṣṇa şüurunun əsas məqsədi nədir?

Prabhupāda: Bəli, əsas məqsəd... Xeyir. Deyəcəm. Əsas məsələ odur ki, ruh və maddə var. Maddi dünya olduğu kimi ruhi dünya da var. Paras tasmāt tu bhāvaḥ anyaḥ avyaktaḥ avyaktāt sanātanaḥ (BG 8.20). Ruhi dünya əbədidir. Maddi dünya müvəqqətidir. Biz mənəvi ruhlarıq. Biz əbədiyik. Buna görə də bizim işimiz ruhi dünyaya geri dönməkdir. Bu maddi dünyada qalıb, pis bir bədəndən daha pis bir bədənə ya da daha yaxşı bədənə keçmək deyil. Bizim işimiz bu deyil, bu xəstəlikdir. Bizim üçün saglam həyat- əbədi ruhi həyatdan həzz almaqdır. Yad gatvā na nivartante tad dhāma paramaṁ mama (BG 15.6). Biz bu insan vücüdumuzdan mükəmməllik mərhələsinə çatmaq üçün istifadə etməliyik, bunu da, dəyişdirməyə məcbur olduğumuz bu maddi bədəni, təkrar almazsaq olur. Həyatın məqsədi budur.

Qonaq (2): Bu bir tək həyatda mümkündür?

Prabhupāda: Bəli, bir dəqiqədə mümkündür, əlbətdə əgər siz razı olsanız. Kṛiṣṇa deyir ki;

sarva-dharmān parityajya
mām ekaṁ śaraṇaṁ vraja
ahaṁ tvāṁ sarva-pāpebhyo
mokṣayiṣyāmi mā śucaḥ
(BG 18.66)

Biz öz bədənimizi günahkar fəaliyyətlərimizə görə dəyişdiririk, amma Krişnaya təslim olub və Krişna şüurunu qəbul edərsək, o dəqiqə ruhi platformada olarıq.

māṁ ca yo 'vyabhicāreṇa
bhakti-yogena sevate
sa guṇān samatītyaitān
brahma-bhūyāya kalpate
(BG 14.26)
Siz Kṛiṣṇanın saf sadiqlərindən olan kimi, o dəqiqə də maddi platformadan ruhi platformaya keçirsiniz. Brahma-bhūyāya kalpate. Siz ruhi platformada qalın. Əgər ruhi platformada ölsəniz, o vaxt siz ruhi dünyaya gedərsiniz.