AZ/Prabhupada 0103 - Əsla Sadiqlərin Cəmiyyətindən Uzaqlaşmayın
(Redirected from AZ/Prabhupada 0103 - Əsla Sadiqlərin Cəmiyyətində Uzaqlaşmağa Çalışmayın)
Lecture on CC Adi-lila 7.91-2 -- Vrndavana, March 13, 1974
Narottama dasa Thakura deyır ki: "Ard-arda doğulmaq". Çünki, sadiqlər öz evlərinə- Ruhi dünyaya geri getmək üçün həvəslə çalışmırlar. Xeyir. Hara olursa olsun, fərqi yoxdur. O yalnız Ali Tanrını ucaltmaq istəyir. Bu onun işidir. Bhaktanın işi yalnız Vaikunthaya ya da Goloka Vrindavana getmək üçün mantra oxumaq, rəqs etmək və sadiqlik xidməti ilə məşğul olmaq deyildir. Bu Krişnanın azusuna görədir. "Əgər O istəsə məni yanına aparacaqdır". Bhaktivinoda Thakurun dediyi kimi; " iccha yadi tora. Janmaobi yadi more iccha yadi tora, bhakta-grhete janma ha-upa mora". Sadiq bir şey üçün dua edər... O, Krişnaya " Xahiş edirəm məni Vaikuntya ya da Goloka Vrindavana apar"- deməz. Xeyir. "Əgər Sən (Krishna) mənim yenə doğulmağımı istəyirsənsə, mən bunu qəbul edirəm. Yalnız bir arzum var ki, mənim bir sadiq ailəsində doğulmağıma icazə ver. Bu qədər. Beləliklə, mən Səni unudmayım". Sadiqin tək duası budur. Çünki...Bir uşaq kimi. O bir vaişnav ata -anaya sahib olaraq doğuldu. Demək ki, o keçmiş həyatında Vaişnavi ya da Vaişnava olmuşdur. Çünki, bu bir fürsətdir. Vaişnav ata-anadan doğulan uşaqlar cox talehlidirlər. Onlar həyatlarının əvvəlindən Hare Krişna maha-mantrasını eşidirlər. Vaişnavların yanında olurlar, mantra oxuyurlar, rəqs edirlər. Ya təqlid ya da gerçək, fərqi yoxdur. Onlar cox talehli uşaqlardır. Sucinam srimatam gehe yoga-bhrastah-sanjayate (BG 6.41). Xülasə, onlar qeyri-adi uşaqlardır. Onlar...Bu uşaqlar daim sadiqlərin yannda olmaq üçün can atırlar. Hare Krişna oxuyurlar, bizim yanımıza gəlirlər. Xülasə, onlar elə-belə uşaqlar deyillər. Bhakti-sange vasa. Bhakti-sange vasa- bu çox yaxşı fürsətdir. Bizim Krişna şüuru cəmiyyəti - bhakta-sanga- sadiqlər birliyidir. Əsla ordan uzaqlaşmaya çalışmayn. Ziddiyyətlər ola bilər. Yoluna qoymalsınız. Sadiqlərin arasında, sadiqlər birliyinin arasında edilən zikrlərin, rəqslərin cox böyük faydası, cox böyük qiyməti var. Bu, burda da və bütün Vaişnavlar arasında da təsdiq olunmuşdur.
- tandera carana-sevi-bhakta-sane vasa
- janame janame mora ei abhilasa
Janame janame mora- o geri qaydmaq istəmir- mə'nasındadır. Onun istədiyi bu deyil. "Krişna nə vaxt istəsə, Krişna mənə nə vaxt icazə verərsə. O başqa bir şeydir. Əks halda, qoyun mən sadiqlərin yanında yaşayım, mantra oxuyum və rəqs edim". Lazım olan da budur. Başqa bir şey deyil. Başqa hər hansı bir şey arzulamaq -anyabhilasa. Anyabhilasita-sunyam (Brs. 1.1.11). Sadiq bundan başqa bir şey arzulamamalıdır, yalnız "Qoyun mən sadiqlər birliyində yaşayım və Hare Krişna maha-mantrasını oxuyum". Bizim həyatımız budur. Çox sağ olun.