AZ/Prabhupada 0105 - Bu Elm Parampara Gurular Zinciri Tərəfindən Danışılmışdır
Lecture on BG 18.67 -- Ahmedabad, December 10, 1972
Sadiq: Śrīla Prabhupāda, biri soruşsa ki; "Bu hərakatı sizdən sonra kim davam etdirəcək"?
Prabhupāda: Kim soruşursa, o davam etdirəcək". (gülüşmələr)
Hindli adam (5): Yenə əziz sadiqlərimizdən sizin planınızı davam etdirmələrini istəyə bilərəm, Śrī Bhaktivedanta Prabhudan sonra, sizden sonra hərakatınızı davam etdirmək üçün, bu pilləkənlərlə yuxarıya doğru çıxmaları üçün: Hare Kṛıṣṇa, Hare Kṛıṣṇa.
Prabhupāda: Bhagavad-gītāda bu haqda danışılır:
- imaṁ vivasvate yogaṁ
- proktavān aham avyayam
- vivasvān manave prāha
- manur ikṣvākave 'bravīt
- (BG 4.1)
Əvvəlcə Krişna, bu Krişna şüuru elmini Günəş Tanrısına danışdı, Günəş Tanrısı Vivasvan da öglu Manuya danışdı və Manu da öz oğlu İkşvakuya danışdı. Evaṁ paramparā-prāptam imaṁ rājarṣayo viduḥ (BG 4.2). Bu elm parampara qurular halqası vasitəsiylə verildi. Beləliklə, biz parampara sistemini Quru Maharajımdan öyrəndik, bunu anlayan (öyrənən) şagirdlərimdən biri də bunu davam etdirəcək. Proses budur. Yeni şey deyil. Bu coxdanki şeydir. Biz bunu yalnız əvvəlki ācāryamızdan eşitdiyimiz kimi, doğru şəkildə yaymaq məcburiyyətindəyik. Buna görə də Bhagavad-Gitada tövsiyə edilir ki, ācārya upāsanam: "Acāryaya müraciət edilməlidir". Ācāryavān puruṣo veda. Bu yalnız boş sözlərlə, özünü alim hesab edənlərlə olmaz, bu mümkün deyil. Acāryaya müraciət etməliyik. Acārya paramparā sistemi, gurular zənciri vasitəsi ilə gəlir. Buna görə də Krişna tövsiyə edir: tad viddhi praṇipātena paripraśnena sevayā: (BG 4.34). Şəxs ācāryaya müraciət etməlidir və -"pranipata" ilə - təslim olaraq anlamağa çalışmalıdır. Hər şey təslim olmağa bağlıdır. "Ye yathā māṁ prapadyante". Təslim olma prosesi, təslim olma səviyyəsi Krişnanı anlamağın yoludur. Əgər biz tamamilə təslim olursaq, o vaxt Krişnanı tamamilə analya bilərik. Əgər qismən təslim olursaq, o vaxt da Krişnanı qismən başa düşərik. Yə'ni, "ye yathā māṁ prapadyante". Hər şey təslim olmaq səviyyəsindən asılıdır. Tamamiylə təslim olanlar bu fəlsəfəni anlaya bilər və eyni zamanda Krişnanın mərhəməti ilə də təbliğ edə bilər.