AZ/Prabhupada 0107 - Tekrar Maddi Bədəni Qəbul Etməyin



Lecture on BG 4.17 -- Bombay, April 6, 1974

Fərqi yoxdur ki, bu bədən varlıdır ya da kasıb. Hər kəs həyatın bu üç hissədən ibarət olan əziyyətli halını keçmək məcburiyyətindədir. Tifo xəstəliyi üçün fərqi yoxdur desin ki, "Bax bu varlı bədənidir, buna az ağrı verim". Xeyir. Tifo xəstəliyi gəldiyi vaxt, bədənin istəyir varlı olsun, istəyirsə kasıb, sən eyni ağrını hiss edərsin. Ananın bətnində olduğunuzda da eyni ağrını hiss edirsiniz, istəyirsiniz kraliçanın qarnında olun, istəyirsiniz ayaqqabı tə'mir edənin qadınının qarnında olun. Bu narahat bir haldır...Amma bilmirlər. Janma-mṛtyu-jarā. Doğum prosesində bir cox əziyyət var. Doğum, ölüm və yaşlılıq prosesində cox əziyyət var. Varlı yada kasıb, fərqi yoxdur, yaşlılıqda bir cox qabiliyyətimizi itiririk. Bunun kimi "janma-mṛtyu-jarā-vyādhi "(BG 13.9).Jarā, jarā ve vyādhi və mṛtyu. Beləliklə, biz maddi bədənin əziyyət çəkən bu halını dərk etmirik. Sastralarda deyilir; "Təkrardan hər hansı bir material bədəni qəbul etməyin". " Na sādhu manye: " Təkrar-təkrar bu maddi bədəni almaq yaxşı deyil. " Na sādhu manye yata ātmanaḥ. "Ātmanaḥ"- ruh bu maddi bədəndə qəfəsə salınmışdır. "Yata ātmano 'yam asann api". Müfəqqəti olsa da mən bu bədənə sahibəm. "Kleśada āsa dehaḥ". Elə isə bu çətin başqa bir maddi bədən almağın vəziyyətini dayandırmaq istəyiriksə, o vaxt biz karmanın və vikarmanın nə olduğunu bilməliyik. Bunu Krişna təklif edir. Karmaṇo hy api boddhavyaṁ boddhavyaṁ ca vikarmaṇaḥ. Akarmaṇaś ca boddhavyam. Akarmaṇa, "heç bir reaksiya yox" deməkdir. Reaksiya. Yaxşı bir iş görərsəniz o vaxt karmanın reaksiyasını görərsiniz. Gözəl bədən, yaxşı təhsil, yaxşı ailə, yaxşı var-dövlət. Bunlar da gözəl. Biz bunları yaxşı olaraq qəbul edirik. Cənnət planetlərinə getmək istəyirik. Amma heç kim bilmir ki, cənnət planetlərində belə " janma-mṛtyu-jarā-vyādhi" var. Ona görə də Krişna cənnətdəki bir bədənə də kecmənizi tövsiyə etmir. O deyir ki; "ā-brahma-bhuvanāl lokāḥ punar āvartino 'rjuna" (BG 8.16). Brahmalokaya getsəniz də, əvvəlki kimi doğum və ... "Yad gatvā na nivartante tad dhāma paramaṁ mama (BG 15.6). Yad gatvā na nivartante". Amma biz "dhama"nın olduğunu bilmirik. Əgər biz özümüzü birtəhər dhamaya çatdırsaq, o vaxt " na nivartante, yad gatvā na nivartante tad dhāma paramaṁ mama".. Başqa bir yerdə də deyir ki;" tyaktvā dehaṁ punar janma naiti mām eti" (BG 4.9). Beləliklə, insanlar bilmirlər ki, Krişna ya da Ali Tanrının özünə aid yeri var və ora hər kəs gedə bilər. Bəs ora necə getmək olar?

yānti deva-vratā devān
pitṟn yānti pitṛ-vratāḥ
bhūtāni yānti bhūtejyā
yānti mad-yājino 'pi mām
(BG 9.25)

"Kimki özünü mənə ibadətə, mənim işimə, bhakti-yoqaya həsr edərsə, mənim yanıma gəlir". O başqa bir yerdə də deyir ki; " bhaktyā mām abhijānāti yāvān yaś cāsmi". (BG 18.55). Buna görə də bizim əsas işimiz Krişnanı anlamaqdır. " Yajñārthe karma". Bu akarmadır. Burda deyilir- akarmaṇa, akarmaṇaḥ api boddhavyam, akarmaṇaś ca boddhavyam. Akarma -reaksiya yaradmayan deməkdir. Burada, əgər biz hissi məmnuniyyət üçün hərəkət edərsək, reaksiya olur...Eyni, birini öldürən əsgər kimidir. Qızıl medal alır. Amma eyni əsgər evinə gələrkən bir adamı öldürsə, onu asarlar. Niyə? O məhkəmədə deyə bilər ki: "Cənab, mən döyüş meydanında savaşanda cox adam öldürdüm. Qızıl medal aldım. Bəs indi niyə məni asırsınız?". "Çünki, sən bunu öz zevqin üçün etdin, amma o birisini hökümətin icazəsi ilə etdin". Bunun kimi, əgər siz bunu Krişnanın məmnuniyyəti üçün etsəniz, bu Akarmadır. Burda heç bir reaksiya olmaz. Amma siz bir şeyi öz duyğularınızı məmnun etmək üçün etsəniz, nəticəsi yaxşı ya da pis olan reaksiyanı çəkməyə məcbursunuz. Buna görə Krişna deyir ki:

karmaṇo hy api boddhavyaṁ
boddhavyaṁ ca vikarmaṇaḥ
akarmaṇaś ca boddhavyaṁ
gahanā karmaṇo gatiḥ
(BG4.17)


Necə hərəkət etmək lazım olduğunu başa düşmək çətin olur. Buna görə də Krişnadan śāstradan, gurudan tə'limat almalıyıq. O vaxt bizim həyatımız müvəffəqiyyətli olacaqdır. Çox sağ olun. Hare Kṛiṣṇa.