AZ/Prabhupada 0110 - Əvvəlki Acaryanın Oyuncaği Olun
(Redirected from AZ/Prabhupada 0110 - Önceki Acaryanın Kuklası Olun)
Morning Walk -- April 19, 1973, Los Angeles
Svarūpa Dāmodara: Əgər onlar Śrīmad-Bhāgavatamı eşitsələr, o vaxt onların qəlbi dəyişəcək.
Prabhupāda: Əlbətdə. Dünən biri bizim şagirdlərimizə təşəkkür etdi: "Bhāgavatamı təmin etdiyiniz üşün sizə çox minnətdarıq." Elə deyil, biri dedi?
Sadiq: Bəli. Bəli. Tripurāri danışdı. Tripurāri.
Prabhupāda: Bəli, Tripurāri. Biri belə dedi?
Tripurāri: Bəli, dünən hava limanında iki cavan oğlan iki dəstə Śrīmad-Bhāgavatam aldılar.
Jayatīrtha: Hamısını?
Tripurāri: Altı cild. Bhāgavatamları alıb belə dedilər: "Çox sağ olun." Sonra onlar kitablarını baqajlarına qoyub, təyyarələrini gözlədilər, ikisində də birinci Kanto vardı...
Prabhupāda: Bəli. Hər bir səmimi adam bizə bu təliğatımızdan görə minnətdar olacaq. Bu kitabları paylayaraq Kṛṣṇaya böyük bir xidmət edirsiniz. O hamıya belə demək istədi: sarva-dharmān parityajya mām ekaṁ śaraṇaṁ vraja (BG 18.66). O buna görə gəlir. Elə isə eyni xidməti -"Kṛṣṇaya təslim olmaq" xidmətini edən hər kəsi, Kṛiṣṇa çok yaxşı tanıyır. Bu Bhagavad-gītāda qeyd edilir: na ca tasmān manuṣyeṣu (BG 18.69). İnsan cəmiyyətində heç kim Ona, onun tövsiyələrini yaymaq üçün kömək edənlərdən yaxın değil. Hare Kṛṣṇa.
Brahmānanda: Śrīla Prabhupāda, biz yalnız sənin kuklalarınıq. Bizə kitapları sən verirsən.
Prabhupāda: Yox. Biz hamımız Kṛṣṇanın kukla dəstəsiyik. Mən də kuklayam. Kukla. Gurular zinciri budur. Biz kukla olmalıyıq, bu qədər. Mən necə ki, Guru Maracımın kuklasıyam, siz də mənim kuklam olursanız o vaxt bu müvəffəqiyyətdir. Biz nə vaxt əvvəlki nəslin kuklası oluruq o vaxt müvəffəqiyyətdən danışa bilərik. Tāṅdera caraṇa sevi bhakta sane vāsa. Sadiqlərin içində yaşamaq və əvvəlki ācāryanın kuklası olmaq. Bu müvəffəqiyyətdir. Buna görə bunu etməyə çalışırıq. Kṛiṣṇa şüuru cəmiyyəti və əvvəlkilərə xidmət etmək. Belə. Harer nāma harer nāma... (CC Adi 17.21). İnsanlar gələcəklər. Bizim təbliğatımızı qiymətlədirəcəklər. Buna biraz vaxt lazımdır.
Svarūpa Dāmodara: İndi bir neçə il əvvələ görə daha çox qiymət verirlər.
Prabhupāda: Bəli, əli.
Svarūpa Dāmodara: Həqiqi fəlsəfəni başa düşməyə başlayırlar.