AZ/Prabhupada 0850 - Əgər Bir Az Pulunuz Varsa Kitab Çap Edin
750620d - Lecture Arrival - Los Angeles
Bizim yeni bir kəşfimiz yoxdur. (gülüşme) Uydurmuruq. Bu bizim üsulumuzdur. Biz yalnız bizdən əvvəl gələnlərin tə'limatlarını izləyirik, bu qədər. Bizim hərakatımız çox asandır, çünkü heç bir şey icad etmək məcburiyyətində deyilik. Biz yalnız bizdən əvvəlkilərin sözlərini və verdiyi tə'limatları təkrarlayırıq. Kṛiṣṇa Brahmāya tə'limat verdi, Brahmā Nāradaya təlimat verdi, Nārada Vyāsadevaya tə'limat verdi,Vyāsadeva Madhvācāryaya tə'limat verdi və bu yolla da sonra Mādhavendra Purī, Īśvara Purī, Śrī Caitanya Mahāprabhu, ondan sonra da altı Gosvāmīler, sonra Śrīnivāsa Ācārya, Kavirāja Gosvāmī, Narottama dāsa Ṭhākura, Viśvanātha Cakravartī, Jagannātha dāsa Bābājī, Bhaktivinoda Ṭhākura, Gaurakiśora dāsa Bābājī, Bhaktisiddhānta Sarasvatī, və sonra da biz eyni şeyləri edirik. Fərq yoxdur. Bu Kṛiṣṇa şüuru hərakatının özünəməxsus üsuludur. Siz hər gün- guru-mukha-padma-vākya, cittete koriyā aikya, ār nā koriho mane āśā- deyə mahnı oxuyursunuz. Çox sadə. Biz transendental biliyi guru-paramparā zinciri vasitəsiylə alırıq. O halda biz sadə bir şəkildə gurudan tə'limat almalıyıq və bunu ürəkdən yerinə yetirsək, müvəffəqiyyətli olarıq. Bu asanddır.
Mənim heç bir xüsusiyyətim yoxdur amma yalnız gurumu məmnun etmək istəyirdim, bu qədər. Mənim Guru Mahārājım mənə dedi ki, "Biraz pulun olsa, kitap çap edin". Хüsusi bir yığıncaq- söhət vardı, orda mənim bə'zi dəyərli mə'nəvi qardaşlarım da vardı. Rādhā-kuṇdada. Guru Mahārāj mənə danışırdı ki,"Bu Baghbazar mərmər məbədinə sahip olduğumuzdan bəri, burada bir cox mübahisələr oldu və hər kəs bu otaq, o otaq, kimi də o biri otaq mənim olsun deyə fikirləşirdi. Buna görə də bu məbədi satıb kitab çap etmək istəyirəm".Bəli. Beləcə də mən onun ağzından kitapları çox sevdiyini eşitdim və o şəxsən mənə dedi ki, "Biraz pulun olursa, kitap çap ed." Buna görə mən bu nöqtəni vurğulayıram: "Hardadı kitab? Hardadı kitab? Hardadı kitab? "Ona görə ürəkdən mənə kömək edin. Mənim xahişim budur. Çox dildə çox sayda kitab çap edin və bütün dünyaya yayın. O vaxt Kṛṣṇa şüuru hərakatı avtomatiq olaraq artacaq. İndi təhsilli alimlər kitaplarımızı oxuyaraq, yaxşı nəticələr əldə edərək bizim hərakatımızı qiymətlədirirlər. Dr. Stillson Judah bir kitap yazdı, bəlkə bilirsiniz Kṛṣṇa Şüur... Hare Krişna və Qarşı Mədəiyyət, bizim hərakatımız haqqında çox yaxşı bir kitabdır və o qiymət verir. O bunu etiraf etdi: "Swāmījī, siz çox mükəmməl bir iş gördünüz,çünkü siz narkotikaya bağlı olan hippiləri Kṛiṣṇanın sadiqlərinə çevirdiniz və onlar insanlığa xidmət etməyə hazırdırlar.