AZ/Prabhupada 0028 - Buddha Tanrıdır

Revision as of 10:46, 27 July 2015 by Asli (talk | contribs) (Created page with "<!-- BEGIN CATEGORY LIST --> Category:1080 Azerbaijani Pages with Videos Category:Prabhupada 0028 - in all Languages Category:AZ-Quotes - 1970 Category:AZ-Quotes...")
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)


Invalid source, must be from amazon or causelessmery.com

Lecture on Sri Isopanisad, Mantra 1 -- Los Angeles, May 3, 1970

Gargamuni: (okuyor) "İnsan fikiləşməməlidir ki, bir tək vegeteryan olmaqla özünü təbiətin qanunlarını pozmaqdan qurtarır." Bitkilərin də həyatı vardır. Bir həyat başqa bir canlıyı yedizdirmək üçündür və bu təbiətin qanunudur. Heç kim qatı bir vegeteryan olduğuna görə qürurlanmamalıdır… Məsələ Uca Tanrını tanımaqdır. Heyvanların şüurları Tanrını tanıyacaq qədər inkişaf etməmiş. Amma bi insan..."

Prabhupāda: Əsas məsələ budur. Eyni Budistlər kimi onlar da vegeteryandılar. Budistlərin prinsipinə görə… Bu zamanda hər şey pozuldu, amma Tanrı Buddhanın təbliğatı ən azından heyvan öldürülməsini durdurmaqdır. Ahiṁsā paramo dharma. Tanrı Buddhanın gəlişi Śrīmad-Bhāgavatam və bir çox Veda əsərlərində anladılır. Sura-dviṣām. Şeytanları aldatmaq üçün gəldi. Şeytanlar…Ele bir siyasətlə getdi ki, şeytanları aldatdı. Necə aldatdı? Şeytanlar Tanrıya qarşıdılar. Tanrıya inanmırlar. Tanrı Buddha, “Bəli Tanrı var. Amma mən nə desəm siz onu edəcəksiniz” deyə xəbər yaydı. “ Bəli cənablar”. Amma O Tanrıdır. Bu aldatmaqdır. Bəli onlar Tanrıya inanmırlar, amma Buddhaya inanırlar və Buddha da Tanrıdır. Keśava-dhṛta-buddha-śarīra jaya jagadīśa hare. Şeytanla fədai arasındaki fərq budur. Bir fədai, Krişnanın-Keşevanın əxlaqsızları necə aldatdığını görür. Fədai bunu başa düşə bilir. Amma şeytan belə fikirləşir ki, “Bizim yaxşı bir liderimiz var.Tanrıya inanmır.”( Gülüşmələr). Görürsünüz də? Sammohāya sura-dviṣām (SB 1.3.24). Śrīmad-Bhāgavatamda tam doğru Sanskritçə kəlimə ilə ifadə edilir. Oxuyanlar görüblər: sammohāya, sura-dviṣām'ı çaşdırmaq üçün. Sura-dviṣām, Vaiṣṇavaları qısqanan şəxs deməkdir. Ateistlər, şeytanlar bunlar hamısı fədailəri qısqanırlar. Bu təbiətin qanunudur. Bir dənə ata var. Bu ata beş yaşındaki oğluna düşmən olmuş. Günahı nə idi? O fədai idi. Bu qədər. Məsum bir uşaq. Hare Krişna mantrasını oxumaq xoşuna gəlirdi. Atası ona düşmən olmuş. “Öldürün bu uşağı” demiş. Əgər öz atası düşmən olursa başqalarını siz fikirləşin. Ona görə də fədai olduğunuzda bilin ki, bütün dünyanın hər zaman sizə düşmən ola bilər. Amma onlarla mübarizə etməlisiniz, çünki, siz Tanrıya xidmət etmət üçün təyin olundunuz. Sizin vəzifəniz onları aydınlatmaqdır. Yoxsa siz olmazsınız. Eyni Lord Nityananda kimi-yaralanmışdı amma yenə də qurtardı. Prinsibləriniz bu olmalıdır. Bəzən aldatmaq məcburiyyətində oluruq, bəzən yaralanmaq. Bir cox şey ola bilər. Tək vasitə insanları necə Krişna şüuruna cəlb etməkdir. Bizim vəzifəmiz budur. Necə olursa olsun bu əxlaqsızlar Krişna şüuruna döndürülməlidirlər.