AZ/Prabhupada 0028 - Buddha Tanrıdır



Lecture on Sri Isopanisad, Mantra 1 -- Los Angeles, May 3, 1970

Gargamuni: (okuyor) "İnsan fikiləşməməlidir ki, bir tək vegeteryan olmaqla özünü təbiətin qanunlarını pozmaqdan qurtarır." Bitkilərin də həyatı vardır. Bir həyat başqa bir canlıyı yedizdirmək üçündür və bu təbiətin qanunudur. Heç kim qatı bir vegeteryan olduğuna görə qürurlanmamalıdır… Məsələ Uca Tanrını tanımaqdır. Heyvanların şüurları Tanrını tanıyacaq qədər inkişaf etməmiş. Amma insan..." Prabhupāda: Əsas məsələ budur. Eyni Budistlər kimi onlar da vegeteryandırlar. Budistlərin prinsipinə görə… Bu zamanda hər şey pozuldu, amma Tanrı Buddhanın təbliğatı ən azından heyvan öldürülməsini durdurmaqdır. Ahiṁsā paramo dharma. Tanrı Buddhanın gəlişi Śrīmad-Bhāgavatam və bir çox Veda əsərlərində anladılır. Sura-dviṣām. Şeytanları aldatmaq üçün gəldi. Şeytanlar…Ele bir siyasətlə getdi ki, şeytanları aldatdı. Necə aldatdı? Şeytanlar Tanrıya qarşıdılar. Tanrıya inanmırlar. Tanrı Buddha, “Bəli Tanrı var. Amma mən nə desəm siz onu edəcəksiniz” deyə xəbər yaydı. “ Bəli cənablar”. Amma O Tanrıdır. Bu aldatmaqdır. Bəli onlar Tanrıya inanmırlar, amma Buddhaya inanırlar və Buddha da Tanrıdır. Keśava-dhṛta-buddha-śarīra jaya jagadīśa hare. Şeytanla fədai arasındaki fərq budur. Bir sadiq, Krişnanın-Keşevanın əxlaqsızları necə aldatdığını görür. Sadiq bunu başa düşə bilir. Amma şeytan belə fikirləşir ki, “Bizim yaxşı bir liderimiz var.Tanrıya inanmır.”( Gülüşmələr). Görürsünüz də? Sammohāya sura-dviṣām (SB 1.3.24). Śrīmad-Bhāgavatamda tam doğru Sanskritçə kəlimə ilə ifadə edilir. Oxuyanlar görüblər: sammohāya, sura-dviṣām'ı çaşdırmaq üçün. Sura-dviṣām, Vaiṣṇavaları qısqanan şəxs deməkdir. Ateistlər, şeytanlar bunlar hamısı sadiqləri qısqanırlar. Bu təbiətin qanunudur. Bir dənə ata var. Bu ata beş yaşındaki oğluna düşmən olmuş. Günahı nə idi? O fədai idi. Bu qədər. Mə`sum bir uşaq. Hare Krişna mantrasını oxumaq xoşuna gəlirdi. Atası ona düşmən olmuş. “Öldürün bu uşağı” demiş. Əgər öz atası düşmən olursa başqalarını siz fikirləşin. Ona görə də sadiq olduğunuzda bilin ki, bütün dünya sizə düşmən ola bilər. Amma onlarla mübarizə etməlisiniz, çünki, siz Tanrıya xidmət etmət üçün tə`yin olundunuz. Sizin vəzifəniz onları aydınlatmaqdır. Yoxsa siz olmazsınız. Eyni Lord Nityananda kimi-yaralanmışdı amma yenə də Jagaya Madhayanı azad etdi. Prinsibləriniz bu olmalıdır. Bə`zən aldatmaq məcburiyyətində oluruq, bə`zən yaralanmaq. Bir cox şey ola bilər. Tək vasitə insanları necə Krişna şüuruna cəlb etməkdir. Bizim vəzifəmiz budur. Necə olursa olsun bu yaramazlar Krişna şüuruna döndürülməlidirlər.