AZ/Prabhupada 0007 - Krişna Hərkəsin Ehtiyaclarını Tə`min Edəcək

Revision as of 02:22, 21 September 2017 by Vanibot (talk | contribs) (Vanibot #0005 edit: add new navigation bars (prev/next))
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)


Lecture on SB 1.5.22 -- Vrndavana, August 3, 1974

Brahmānanda: Brāhmaṇa olmaq hər hansı bir işi qəbul etmək deyildir.

Praphupada: Xeyir. Acından öləcək, heç bir işi qəbul etməyəcəkdir. Bharmana budur. Eyni zamanda kṣatriya ve vaiśya da belədir. Yalnız śūdra. Bir vaisya iş tapacaq. Bir hekayə var. Çox zaman əvvəl Kalkütada Mr.Nandi bir dostuna deyir ki, əgər mənə biraz pul versən mən ticarətə başlayacam. Dedi ki, sen vaiśyasın? Ticarətmi edəcəksin? Bəli. Sən məndən pul istəyirsən? Pul küçədə. Sən tapa bilərsən. Adam demiş ki, tapmadım. Tapmadın? Ona bir ölü siçan göstermiş demiş ki, al bu sənin pulun. Bir bax.

O vaxtlar Kalkütada vərəm xəstəliyi davam edirdi. Dövlət xəbər vermiş ki, kim icra binasına ölmüş bir siçan gətirsə ona 2 anna veriləcək. O da ona deyiləni etdi, ölü siçanı icra hakimiyyətinin binasına apardı və iki anna aldı və bu iki annaya biraz çürümüş xurma aldı, bunları yuyub 4-5 annaya satdı. Bu işi təkrarlaya təkrarlaya o adam varlandı. Onun qohumlarından biri bizim dostumuzdu. Nandi ailəsi. Bu ailədə  yemək yeyən  400-500 adam vardır. Onlar cox böyük və aristokrat bir ailə idi. Onların belə bir qaydası vardı ki, bu ailədə bir uşaq doğulanda onun adına banka hesabına beş min rupi pul qoyulurdu və o uşaq evlənmə vaxtında o pulu faiziylə birgə işlədə bilərdi. Çünkü, ondan başqa geri qalan mirasdan heç kimə pay düşmürdü. Ailədə hamının evi və yeyəcək yeməyi vardı. Bu onlarındı. Amma, əslində demək istəyirəm ki, bu ailəni quran Nandi işini  ölü bir şiçan ilə başlamışdı.

Bu həqiqətdi. Əsl həqiqət isə əgər kimsə sərbəst yaşamaq istəyirsə...Mən Kalkütada gördüm. Yoxsul sinifdən olan vaiśyalar belə sabahdan bir az yemek yeyib, bir torba ḍāl alıb qapı qapı dolaşırdılar. Hər yerdə dāla ehtiyac varmış. Sabahları ḍāl ticarəti edirmiş və axşam da bir qutu parafin yağı alır. Axşam bu parafin yağına hamının ehtiyacı olurmuş. Hindistanda da heç kim iş axtarmır. Kimin nəyi varsa, biraz fıstık və ya yer fıstığı satar və bir şeylər edər. En nəhayətində Krişna hamıya baxır. Necə olsa bu adam mənə baxır deyə fikirləşməyəcəksən. Xeyir. Śāstra deyir ki:" eko yo bahūnāṁ vidadhāti kāmān". Çünki Kṛiṣṇaya inanırdılar, deyirdilər ki, "Krişna mənə can verdi, Krişna məni bura göndərdi. O halda O mənə baxacaq. Mən əlimdən gələni edəcəm və bu vasitəylə Krişna məni qoruyacak".