AZ/Prabhupada 0010 - Kṛişṇa Kimi Olmağa Çalışmayın

Revision as of 02:22, 21 September 2017 by Vanibot (talk | contribs) (Vanibot #0005 edit: add new navigation bars (prev/next))
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)


Lecture on SB 7.9.9 -- Mayapur, February 16, 1976

Kṛıṣṇa... onaltı min qadın, onlar necə Krişnanın qadını oldular? Hikayəni bilirsiniz, bu qədər cox gözəl, onaltı min gözəl, demək istəyirəm, kralın kızları asura tərəfindən kaçırılmışdı. O asuranın adı nə idi? Bhaumāsura, deyil mi? Bəli. Onlar da Kṛiṣṇaya dua etdilər " Biz acı çəkirik, bu alçaq adam bizi qaçırdı. Xahiş edirik bizi qurtar." Kṛiṣṇa da onları qurtarmağa gəldi, və Bhaumāsuranı öldürdü və kızlar azad oldu. Azadlıqlarına qovuşdukdan sonra heç bir yerə getmədilər. Kṛiṣṇa onlara dedi ki , " Artıq evinizə, atalarınızın yanına gidəbilirsiniz." Qızlar dedilər ki " Biz qaçırıldıq və artıq evlənə bilmərik." Hindistanda hələ bu qanun var. Əğər bir qız, gənç bir qız, evdən bir iki gününə getsə, onunla heç kim evlənməz. Heç kim onunla evlənməz. O qüsurlu qəbul edilir. Hint sistemi hələ də belədir. Onlar çox il əvvəl qaçırılmışdı, onlar Kṛiṣṇaya müraciət etdilər " Atamız bizi qəbul etməz və heç kimdə bizlə evlənməz." Kṛṣiṇa onların vəziyyətini gördü " Cox çətin idi. Onlar sərbəst olsalar da getməyə yerləri yox idi. O vaxt Kṛiṣṇa... O cox nəzakətlidir ki, bhakta-vatsala. Soruşdu " Nə istəyirsiniz?" Qızlar da dediler ki " Bizi qəbul et. Yoxsa bizim qalmağa başqa yerimiz yoxdu." Kṛiṣṇa dedi ki " Yaxşı, gəlin." Kṛiṣṇa budur və bütün bu onaltı min qadın üçün onaltı min saray tikdi. Onları qəbul etdiyinə görə, onlara qadınları kimi baxmalıydı, Kraliçası kimi baxılmalıydı, " Başqa yolları olmadığı üçün mənim yanıma gəldilər" diyə baxmadı. "Necə olsa onlar mənimdilər." Xeyir. Onlara cox hörmətlə, kraliça kimi, Kṛiṣṇanın kraliçasi kimi baxdı. Yenə fikirləşdi " Onaltı min qadın... Əgər tək olaraq qalırsam qadınlarım mənimlə görüşə bilməzlər. Hamısı ərlərini görmək üçün onaltı min gün gözləməlidirlər. Xeyir. " O vaxt Özünü onaltı min Krişna olaraq yaydı. Kṛiṣṇa budur. Bu ağılsızlar da, Kṛṣṇanı "qadın tovlayan" - deyə günahlandırdılar. Sizin kimi deyil. Siz bir qadına belə baxa bilmirsiz, ama O, onaltı min yayılan formasıyla onaltı min qadın və onaltı min saraya baxdı . Hər kəs məmnun oldu. Kṛiṣṇa budur. Kṛiṣṇanın nə olduğunu anlamalıyıq. Kṛṣṇa kimi etməyə çalışmayın. Əvvəlcə Kṛṣṇanı anlamağa çalışın.