AZ/Prabhupada 0011 - İnsan Ağlında da Kṛṣṇaya İbadət Edə Bilər



Lecture on BG 4.28 -- Bombay, April 17, 1974

Bhakti-rasāmṛta-sindhuda bir hekayi var... Hekayə deyil. Gerçək. Orda bir brāhmaṇadan danışılır - cox yaxşı bir sadiqdi, xram ibadətində böyük bir arcanā xidməti etmək istəyirdi amma pulu yoxdu. Bir gün Bhāgavata dərsində oturduğunda, eşitdi ki, ağlında da ibadət edə bilər. Beləcə bundan istifadə etdi, cünkü nə vaxtdı Krişnaya necə möhtəşəm bir şəkildə ibadət edəcəyini fikirləşirdi amma pulu yoxdu. Kṛṣṇaya ağlında ibadət edəbiləcəyini öyrendiyində, Godāvarī çayında çimdikdən sonra bir ağacın altında oturdu və ağlında, beynində çox möhtəşəm bir taxt, siṁhāsana tikdi, bu taxt mücəvhərlərlə bəzədilmişdi və Deiti də taxta oturmuşdu və o Deitini Ganj, Yamunā, Godāvarī, Narmadā, Kāverī sularıyla yuyurdu. Sonrada Deitini çox gözəl bir şəkildə geyindirib, çiçək, garland təklif etdi. Sonra da cox dadlı yemek və paramānna, (sütlə bişirilən şirniyyat) bişirdi. İsti olub olmadığını yoxlamaq istədi, çünkü paramanna soyuq yeyilir. Paramanna cox isti yeyilməz. Barmağını paramannaya batırdığında barmağı yandı. Sonra meditasiyası pozuldu, çünkü heç bir şey yoxdu. Bunların hamısını ağlında edirdi. Buna görə. Amma barmağı yanmışdı. O cox heyrət etdi. Bu şəkildə, Nārāyaṇa Vaikuṇṭhadan gülürdü. Lakṣmīja soruşanda ki, "Niyə gülürsən? "Dedi ki, "Sadiqlərimdən biri belə ibadət edir. Adamlarımı göndərin onu Vaikuṇṭhaya gətirsin." Beləcə bhakti-yoga cox yaxşıdır. Deitiyə möhtəşəm bir ibadət etmək imkanınız olmasa belə, bunu ağlınızda da edə bilərsiniz. Bu da mümkündür.