AZ/Prabhupada 0089 - Krişnanın Nuru Hər Şeyin Mənbəyidir

Revision as of 02:35, 21 September 2017 by Vanibot (talk | contribs) (Vanibot #0005 edit: add new navigation bars (prev/next))
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)


Lecture on BG 4.24 -- August 4, 1976, New Mayapur (French farm)

Fransalı sadiq: Kṛiṣṇanın "Mən onların içində deyiləm" deməsi nə mə'nadadır? Prabhupāda: Hı? "Mən onların içində deyiləm" çünki orda görə bilmərsiniz. Kṛiṣṇa ordadır, amma onu görə bilmirsən. O səviyəyə gəlmədin. Eyni, o biri misaldaki kimi. Bax, günəş işığı burdadır. Hamı görür. Amma bu o demək deyildir ki, günəş burdadır. Aydındırmı? Günəş burdadır demək...Günəş işığı burdadısa, demək ki,günəş də burdadır. Amma yenə də günəş işığının altında olduğun üçün "Bax, indi günəşi tutdum" deyə bilmərsən. Günəş işığı günəşin içində var, amma günəş, günəş işığında mövcut deyil. Günəş olmasa günəş işığı da olmaz. Amma bu o demək deyil ki, günəş işığı günəşin özüdür. Eyni zamanda da deyə bilərsən ki, günəş işığı da günəşdir. Buna acintya-bhedābheda- eyni zamanda eynilik və fərqlilik deyilir. Günəş işığında günəşin varlığını hiss edə bilərsən, ancaq günəşin içinə girə bilsəydin, Günəş Tanrısı ilə də qarşılaşa bilərsən. Əslində, günəş işığı günəş kürəsində yaşayan insanların bədənlərinin şüaları mə'nasındadır. Bu Brahma-saṁhitā'da açıqlanmışdır, yasya prabhā prabhavato jagad-aṇḍa-koṭi (Bs. 5.40). Kṛiṣṇaya görə... Siz Kṛiṣṇanın nurunun gəldiyini gördünüz. O hərşeyin mənbəyidir. O nurun yayılması brahmacyotidir və o brahmacyotidə saysız ruhi və maddi planet meydana gəlmişdir və hər bir planet özlüyündə müxtəlif təqdimatlıdır. Əslində, Kṛiṣṇanın bədəninin şəfəqləri mənşəydir və bədən şəfəqlərinin mənşəyi isə Kṛiṣṇadır.