AZ/Prabhupada 0091 - Çılpaq Olaraq Burda Dur



Morning Walk -- July 16, 1975, San Francisco

Dharmādhyakṣa: Əslində bu günlərdə onlar artıq səhvlərini başa düşməyə başldılar və ölümlə əlaqəli mövzuların üzərində daha cox işləyirlər, insanları ölümə hazırlamaq daha cox çalışırlar. Amma onlara yalnız bunu deyirlər "Bunu qəbul et", bir tək bunu deyirlər "Öleceksən. Ona görə bunu sevinclə qəbul et."

Prabhupāda: Amma mən ölmək istəmirəm. Niyə sevincli olmalıyam? Sən alçaq deyirsən ki, "Sevincli ol"(gülüşmələr) "Sevincli bir şəkildə, asılacaqsan". (gülüşmələr) Hakim deyəcək ki, "Narahat olma. məhkəməni uduzdun. İndi səni sevincli bir şəkildə asacaqlar." (gülüşmələr)

Dharmādhyakṣa: Əslində müasir psixologiyanın bütün hədəfi budur ki, insanlar bu maddi dünyada qalmaq fikrinə uyğunlaşsın. Əgər səndə maddi dünyadan ayrılmaq arzusu olsa sənə dəli deyəcəklər. "Xeyir, xeyir. İndi maddi şəraitə daha cox uyğunlaşmalısan."

Bahulāśva: Sənə həyatın xəyal qırıqlıqlarını qəbul etməyi öyrədirlər və sənə həyatın bütün bu xəyal qırıqlıklarını qəbul etməyin lazım olduğunu öyrədirlər.

Prabhupāda: Niyə xəyal qırıqlığı? Sən böyük, böyük elm adamısan. Bunu həll edə bilmirsən?

Dharmādhyakṣa: Onlar həll edə biməzlər, çünki eyni problem onlarda da var.

Prabhupāda: Həmişə eyni məntiq:" Sevinərək asıl". Bu qədər. Çətin bir məsələylə qarşılaşdıqlarında imtina edirlər. Bir boş şey üstündə fərziyyələr edirlər. Bu qədər. Onların aldığı təhsil budur. Təhsil - "atyantika-duḥkha-nivṛtti"dir- bütün sıxıntıların ən son həllidir. Təhsil budur, bir nöqtəyə gələndən sonra "Xeyir, xoşbəxtlik içində ölə bilərsən" demək deyil. Duhkha nədir, bədbəxtlik? Bu Krişna tərəfindən açıqlanmışdır: janma-mṛtyu-jarā-vyādhi duḥkha-doṣānu... (BG 13.9). Bunlar sənin bədbəxtliyindir. Çalışın həll edin və bundan bilərək qaçırlar. Onlar nə ölümü, nə doğumu, nə yaşlılığı, nə də xəstəlikləri dayandıra bilməzlər. Həyatın bu kısa, doğum və ölüm müddətində böyük-böyük binalar tikirlər və bir sonraki səfərdə də (həyatda) o binaların içində siçan olurlar. (gülüşmələr) Təbiət. Sən təbiətin qanunundan qaça bilmərsən- ölümdən qaça bilmirsən, bunun kimi də təbiət də sənə başqa bir bədən verəcəkdir. Bu üniversitetdə bir ağac ol. Beş min il ərzində dur. Çılpaq olmaq istəyirdin. İndi buna heç kim e'tiraz etməyəcək. Sən burda çılpaq dur.