AZ/Prabhupada 0067 - Gosvamilər Yalnız İki Saat Yatırdı

Revision as of 13:24, 8 June 2018 by Vanibot (talk | contribs) (Vanibot #0019: LinkReviser - Revised links and redirected them to the de facto address when redirect exists)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)


Lecture on SB 1.16.26-30 -- Hawaii, January 23, 1974

Kṛiṣṇa şüuru hərakatı hansı tərəfə gedirsə, bu Śrī Caitanya Mahāprabhunun bu Kali-yugada acı çəkən yazıq insanlara qarşı mərhəmətinə görədir. Yoxsa, Krişna şüurunda olmaq asand iş deyil.

Śrī Caitanya Mahāprabhunun mərhəmətinə görə, Krişna şüurunda olmaq xoşbəxtliyinə sahib olan insanlar bu fürsəti əldən verməməlidir. Bu intihar etmek demək olar. Aşağı düşməyin. Bu çox asanddır. Yalnız Hare Krişna mantrasını oxuyaraq, həmişə deyil, 24 saat, Caitanya Mahaprabhu belə məsləhət görmüş olsa da: kīrtanīyaḥ sadā hariḥ (CC Adi 17.31), həmişə söyləyin. Prinsib budur. Amma bunu edə bilmərik, çünki daha çox Kali-nin təsiri altina girdik. O halda ən az on altı tur. Bunu mütləq edin. Nə çətinliyi var ki, on altı tur? En çox iki saat çəkər. Sizin 24 saatınız var. Yatmaq istəyirsəniz yatın, on saat yatmaq. Bu məsləhət görülməz. En çox altı saat yatın. Amma yatmaq istəyirlər. İyirmi dörd saat yatmaq istəyirlər. Kali-yuqadaki arzular belədir. Amma xeyir. O vaxt vaxtınız boşa getmiş olur. Yeməyi, yatmağı, cinsəl əlaqəni və özünüzü haqlı cıxarmağı minimuma endirin. Sıfır səviyyəsinə gəldiyində mükəmməl olur. Çünki, bunlar bədənimizin ehtiyaclarıdır. Yemək, yatmaq, cinsəl əlaqə, özünü müdafiyə etmək, bunlar bədənin ehtiyaclarıdır. Amma mən bu bədən deyiləm. Dehino 'smin yathā dehe kaumāram... (BG 2.13). Xülasə, bunları başa düşməyə vaxt lazımdı. Amma əsl mə'nada Krişna şüurunda irəlilərkən, vəzifəmizi bilməliyik. Altı saatdan artıq yatmamaq. Ən cox səkkiz saat. Ən cox, o da kontrol edə bilməyənlər üçün. Amma on saat, on iki saat, on beş saat deyil, xeyir. O vaxt nə mə'nası var...? Bir adam bir fədaini görməyə getmiş və saat doqquzmuş, yatırmış.

O ən yaxşı fədailərdən imiş. Eh? Eləmi? Yəni nədir? O necə fədaidir?. Fədai sabah erkən, dördə qədər durmalıdır. Saat beşə qədər cimib və başqa işlərini qurtarmalıdır. Ondan sonra mantra oxumağa başlayar və bir cox...İyirmi dörd saatlıq iş olmalıdır. Buna görə yatmaq yaxşı şey deyil. Gosvāmīler yalnız iki saat yatırdı. Mən gecə kitap da yazıram, yatıram da. Amma üç saatdan artıq deyil. Amma belə... Gosvāmīleri təqlid etmirəm. Bu mümkün deyil. Amma mümkün olduqca hamı bundan uzaqlaşmalıdır. Az yemək yediyimizdə cox yatmaqdan uzaq dura bilərik. Yemək, yatmaq. Yeməkdən sonra yuxumuz gəlir. Az yesək, az yatarıq. Yemək, yatmaq, cinsi əlaqə. Cinsi əlaqədən də uzaq durmaq lazımdır. Bu cox yaxşıdır. Seks həyatı mümkün olduqca azaldılmalıdır. Ona görə "evlilikdən kənar cinsi əlaqə yox" deyirik. Cinsi əlaqə olmaz demirik, Bunu heç kim edə bilməz. Buna görə, cinsi əlaqə, evlilik həyatı kiçik bir güzəştdir. Bir sürücülük vəsiqəsi. "Yaxşı bunu al. Amma evlilikdən kənar cinsi əlaqə yox." Yoxsa əsla bacarmarsan. Yemək, yatmaq, cinsi əlaqə və özünü müdafiə. Özünü qorumaq, bir cox şəkildə özümüzü müdafiə edirik amma yenə də savaş var və maddi dünyanın hücumu...Ölkəniz cox yaxşı özünü qoruyur amma indi neft çıxardılıb alınır. Qoruya bilmirsiz. Bunun kimi başqa şeylər də bir dəqiqənin içində sizdən alına bilər. Elə isə özünüzü müdafiə etmək üçün Krişnaya inanın. Avaśya rakṣibe kṛṣṇa. Buna təslimiyyət deyilir. Təslim olmaq demək... Krişna deyir ki, "Mənə təslim olun" sarva-dharmān parityajya (BG 18.66). Buna inanın, "Kṛiṣṇa təslimiyət istəyir. Təslim olum. Təhlükədə məni qoruyacaqdır." Buna təslimiyət deylir.