AZ/Prabhupada 0077 - Elmi və Fəlsəfi Olaraq Çalışabilirsiniz
Ratha-yatra -- San Francisco, June 27, 1971
Kṛiṣṇa deyir ki, davamlı, iyirmi dörd saat Kṛiṣṇaya xidmətlə məşğul olanlar... Eyni, Krişna Şüuru Dərnəyi üzvləri olan bu şagirdlər kimi, onları iyirmi dörd saat Krişnanın xidməti ilə məşğul olduqlarını görə bilərsiniz. Yə`ni demək istəyirəm ki, bu Krişna şüurunun əlamətidir. Onlar həmişə məşğuldurlar. Bunlardan biri də bu Ratha-yatra mərasimidir, beləcə ən az həftə bir gün ərzində hamınız Krişna şüuru ilə məşğul ola biləcəksiniz. Yə`ni bu yalnız təcrübədir və əgər bunu bütün həyatınız ərzində tətbiq etsəniz, ölüm anında da əgər Krişnanı xatırlamaq fürsətini əldə edə bilsəniz, demək ki, həyatınız müvəffəqiyyətli olmuşdur. Bunu tətbiq etmək lazımdır. yam yam Vapi Smaran'ın loke tyajaty ante kalevaram (BG 8.6). Biz bu bədəndən əl çəkməliyik, bu qətidir. Amma əgər ölüm vaxtı, Krişnanı xatırlasaq, həmin dəqiqə Krişnanın məskəninə köçərik. Krişna hər yerdədir, amma yenə də Krişnanın Goloka Vṛndāvana deyilən yeri vardır. Siz başa düşürsüz, bizim bədənimiz, bədən duyğular deməkdir, duyğulardan da üstdə olan, duyğulara nəzarət edən zehin vardır, zehnin üstündə də ağıl var və də ağlın üstündə ruh vardır. Hər hansı bir mə'lumatımız yoxdur, amma bu bhakti-yoga sistemini tətbiq edərsək, get-gedə kim olduğumuzu başa düşərik. Mən bu bədən deyiləm. Ümumiyyətlə, böyük-böyük alimlər, filosoflar, elm adamları belə, bu bədən anlayışı fikrindədirlər. Hamı fikirləıir ki, "mən bu bədənəm" amma bu bir səhvdir. Biz bu bədən deyilik. İndi açıqlayım. Bədən-hislər deməkdir, amma hislər zehin tərəfindən idarə edilir, zehin ağıl tərəfindən idarə edilir və ağıl da ruh tərəfindən idarə edilir. Siz bunu bilmirsiz. Dünyanın heç bir yerində ruhun var olduğunu anlamaq üçün bir təhsil sistemi yoxdur, bu insanı anlamaq üçün ən əsas ehtiyacdır. Bir insan heyvan kimi yalnız yemək yeyərək, yataraq, cinsi əlaqədə olaraq və təhlükələrdən qorunaraq vaxtını boşa keçirməməlidir. Bu heyvanın həyatıdır. İnsanlarda əlavə olaraq ağıl olduğuna görə bunları başa düşmək üçün ondan istifadə etməlidirlər. "Mən... Nəyim mən? Mən ruh canım". Əgər başa düşsək ki, "Mən ruh canım" bu dünyanı alt-üst edən, həyatın bu bədənlə əlaqəli fikrini... Bədənlə əlaqəli həyat fikrində "Mən Hindliyəm" deyə fikirləşirəm, siz "Amerikalı" deyə fikirləşirsiniz, o da birşey, birşey fikirləşir. Amma biz hamımız birik. Ruh canıq. Hamımız Krişnanın əbədi xidmətçiləriyik, Jagannātha. Bu gün cox gözəl, xeyirli bir gün. Bu gün- Lord Krişna yer üzündə olduğu vaxt, Kuruşetrada bir günəş tutulması mərasiminə gəldi. Krişna qardaşı Balaramla və bacısı Subhadrayla Kuruşetra ərazisini gəzməyə gəlirlər. O Kuruşetra ərazisi Hindistanda hələ də durur. Əgər bir gün Hindistana getsəniz, Kuruşetra ərazisini orda görəcəksiniz. Bu Ratha-yatra mərasimi Krişnanın qardaşı və bacısı ilə birlikdə Kuruşetraya gəlmələrini qeyd etmək üçün keçirilir. Belə ki, Tanrı Jagannātha, Tanrı Caitanya Mahāprabhu, O məst olmuşdu. O Rādhārāṇī kimi sevgiylə dolu əhval-ruhiyyede idi, belə ki, O, "Krişna, xahiş edirəm Vrndavana gəl" deyə fikirləşirdi. Ratha-yatranın qabağında rəqs edirdi və əgər sizin tərəfinizdən çap edilən, cəmiyyətimiz tərəfindən də nəşr edilən kitabların bəzilərini oxusanız başa düşəcəksiniz. Bu kitaplardan biri Tanrı Çaytanyanın tə'limləri olaraq bilinir. Bu cox vacib bir kitabdır. Əgər bu Krişna şüuru hərakatını öyrənmək istəsəniz bizim yetərli qədər kitabımız var. Siz elmi və fəlsəfi olaraq çalışa bilərsiniz. Amma əgər çalışmağa həvəsiniz yoxsa, yalnız Hare Krişna mantrasını oxumaqla maraqlanırsınızsa, hər şey yavaş-yavaş gözlərinizin qabağına səriləcək və Krişna ilə olan əlaqənizi başa düşəcəksiniz. Bu mərasimdə iştirak etdiyiniz üçün, sizə cox təşəkkür edirəm. İndi də bərabər Hare Krişna mantrasını oxuyaq və sonra da Jagannātha Swami ilə davam edək. Hare Krişna.