AZ/Prabhupada 0082 - Krişna Hər Yerdədir
Lecture on BG 4.24 -- August 4, 1976, New Mayapur (French farm)
Sadiq: Biz deyirik ki, Kṛiṣṇa ruhi olanın içində, yaşayan varlığın qəlbindədir .
Prabhupāda: Kṛiṣṇa hər yerdə mövcutdur.
Sadiq: Şəxs olaraq yoxsa enerji olaraq?
Prabhupāda: Öz enerjisi olaraq. Eyni vaxtda şəxs olaraq. Mövcut gözlərimizlə şəxsi görə bilmirik, amma enerjisini hiss edə bilərik. Bunun üçün daha cox təmizlənməliyik. Belə ki, ne vaxt tamamilə idrak edilir, o vaxt bu cümlədən görünür ki, hər şey brahmadır- sarvaṁ khalv idaṁ brahma... İrəli səviyyədəki sadiq Krişnadan başqa bir şey görməz.
Sadiq: Śrīla Prabhupāda, maddi və ruhi enerjilər arasında faktiki bir fərq var?
Prabhupāda: Bəli, fərq var. Eyni elektrik cəryanı misalındaki kimi cox fərq var. Bir cox şey fərqli enerjilərlə işləyir. Hətta diktafon da elektrik cəryanı ilə işləyir. Eyni
enerjiylə, elektriklə. O hər şeBuna görə Krişna deyir ki, "ahaṁ sarvasya prabhavaḥ" (BG 10.8).Buna görə Krişna deyir ki, "ahaṁ sarvasya prabhavaḥ" (BG 10.8).O hər şeyin mənbəyidir.
Sadiq: Bhagavad-gītāda deyilir ki, hər kəs həyatı boyunca bədənini dəyişdirir. Amma görürük ki, zəncilər dönüb ağ adam olmur ya da sabit olan, bədən dəyişsə də içində sabit qalan bir şey var. Bu nədir? Necə olur ki, bədəni dəyişsə də bir insanı cavanlığından yaşlılığına qədər tanıya bilirik?
Prabhupāda: Özünü inkişaf etdirdiyin vaxt, görəcəksin ki, qara(zincı) ilə ağ arasında fərq yoxdur. Eyni, açılan bir çicək kimi, bir cox rəng var, amma kökü eynidir. Əslində belə fərq yoxdur, amma onu gözəlləşdirən rənglərdir. Günəşin işığında yeddi rəng var və bu yeddi rəngdən də ara rənglər yaranar. Əsas olan tək rəng ağdır və ardından bir cox rəng gəlir. Yetərli qədər aydınlandı, ele deyil?
Sadiq: Śrīla Prabhupāda, Əgər hərşeyi Krişna yaratdısa və hərşey Kṛiṣṇanın iradəsinə tabedisə, nəyin yaxşı , nəyin pis olduğunu deyə bilərik?
Prabhupāda: Yaxşı ya da pis deyə bir şey yoxdur. Bu ağlımızın məhsuludur. Amma ümumiyyətlə, maddi dünyada hər şey pisdir.