AZ/Prabhupada 0104 - Doğum və Ölüm Dönüsünü Dayandırın

Revision as of 13:28, 8 June 2018 by Vanibot (talk | contribs) (Vanibot #0019: LinkReviser - Revised links and redirected them to the de facto address when redirect exists)
(diff) ← Older revision | Latest revision (diff) | Newer revision → (diff)


Lecture on BG 9.1 -- Melbourne, April 19, 1976

Puṣṭa Kṛṣiṇa: Bir heyvanın ruhu necə olur ki, bir insan bədənini alır?

Prabhupāda: Eyni həbsxanada olan bir oğru kimi. O necə azad olur? Nə vaxt ki, onun həbsxanada çəkdiyi əziyyət başa çatır, yenidən azad bir insan olur. Əgər o yenədə cinayət işləsə onu yenə həbsxanaya atarlar. Belə ki, insan forması həyatı anlamaq üçün yaradlmışdır, dediyim kimi, mənim həyatımın problemi nədir? Ölmək istəmirəm, öldürülürəm. Yaşlı bir adam olmaq istəmirəm, yaşlanmağa məcburam. Janma-mṛtyu-jarā-vyādhi-duḥkha-doṣānudarśanam (BG 13.9). Elə isə o... Eyni oğru misalındaki kimi. Azadlıqda olduğu vaxt fikirləşsə ki; "Mən niyə altı ay türmənin bu pis şəraitində qalmağa məhkum edildim? Həddindən artıq əziyyətliydi". Ondan sonra o həqiqi insan olur. Beləki, insanın daha irəli səviyyədə düşünmə gücü var. O fikirləşir ki, " Mən niyə bu pis şəraitə məhkum edildim "? Hamı özünün dəhşətli bir vəziyyətdə olduğunu qəbul etməlidi. Xoşbəxt olmaq istəyir amma xoşbəxtlik yoxdur. Bəs necə o xoşbəxtliyə çata bilərik? O şans insanın öz içindədir. Lakin biz maddi təbiətin mərhəməti ilə insan bədənini alırsaq və bundan lazım olduğu kimi faydalanmasaq, pişiklər, itlər və başqa heyvanlar kimi onu sui-istifadə etsək, o vaxt təkrardan heyvan bədəni almağa məcburuq və sonunda... Bu cox uzun çəkir, çünki, bir təkamül prosesi var. Yəni, proses başa çatandan sonra təkrardan insan formasını ala bilərsiniz. Eyni misal: Oğrunun həbsxana müddəti başa çatanda yenidən azad insan olur. Amma əgər yenə cinayət edərsə, yenə həbsxanaya göndərilir. Bu ölüm və doğum dövrüdür. Əgər biz insan həyat formasından doğru istifadə edərsək, bu doğum və ölüm dövrünü dayandıra bilərik. Amma əgər bu insan həyat formasınından doğru istifadə etməsək, yenə o doğum və ölüm dövrünə geri dönərik.