AZ/Prabhupada 0030 - Krişna Sadəcə Keyf Alır
Sri Isopanisad, Mantra 2-4 -- Los Angeles, May 6, 1970
“Tanrının Ali Şəxsi öz məskənində sabit olsa da zehindən daha sürətlidir və hamını keçə bilər. Ən güclü yarı Yarıtanrılar belə Ona çata bilməzlər. O bir yerdə dursa belə Onun havanı və yağışı istiqamətləndirənlərin üstündə hakimiyyəti vardır. Mükəmməllikdə hamını keçər“. Bu Brahma-saṁhitāda da təsdiq edilir: goloka eva nivasaty akhilātma-bhūtaḥ (Bs. 5.37). Kṛiṣṇa, hər zaman Goloka Vṛndāvanda olsa da, görəcək heç bir işi yoxdur. Yalnız, dostlarıyla, gopīlərlə , naxırcı uşaqlarla, ata-anasıyla bir yerdə olmaqdan keyf alır. Azad, tamamilə azaddır. Dostları da azaddır, çünki bir təhlükə olduğunda Krişna onları qurtarmaq üçün narahat olur. Amma dostları narahat olmurlar. “Ohh, Krişna burdadı”. Görürsünüz də.(gülür). Dostlarının heç narahatçılığı yoxdur. Hər şey olur, Krişna kitabında oxuyacaqsınız-cox təhlükə var. Uşaqlar hər gün Krişna ilə bərabər buzovları və inəkləri də alıb Yamunanın ətəyindəki meşəyə oynamağa gedirdilər və Kamsa şeytanları göndərirdi ki, onları məhv etsin. Görürsünüz və başqa şeylərdə görəcəksiniz. Onlar yalnız rahat–rahat oynayacaqlar çünki, Krişnaya cox güvənirlər. Ruhi həyat budur. Avaśya rakṣibe kṛṣṇa viśvāsa pālana. Bu Krişnaya güclü bir inamdır. “Təhlükə olanda Krişna məni qoruyacaq”. Bu təslim olmaqdır. Təslim olmağın altı mərhələsi vardır. Birincisi xidmət etmək üçün əlverişli şeyləri qəbul etməkdir; sadiqliq xidməti üçün əlverişli olmayanları rədd etməkdir. Sonraki, şəxsin Tanrının dostlarıyla bir yerdə olmasıdır. Eyni Krişnanın coxlu dostlarının olduğu kimi, siz də... Bu süni bir şəkildə olmamalıdır. İrəlidəki zamanlarda Krişna ilə olan əlaqənizi başa düşəcəksiniz. O vaxt özünüzü o bərabərliyə qatdığınızda bir sonraki mərhələ “ Krişna məni qoruyacaq “ güvən olacaqdır. Əslində o hamını qoruyur. Bu doğrudur. Amma biz mayada öz–özümüzü qoruduğumuzu və yedizdirdiyimizi fikirləşirik. Xeyir. Bu doğru deyil.