AZ/Prabhupada 0004 - Boş Bir Şeyə Təslim Olma



Lecture on BG 10.2-3 -- New York, January 1, 1967


Üsul...Bhagavad-Gitada bundan da danışılmışdır. Tad viddhi praṇipātena paripraśnena sevayā (BG 4.34). Bu transendental elmi anlamaq istəyirsənizsə o zaman bu prinsiplə getməlisiniz. Nədir bu? Tad viddhi praṇipātena. Təslim olmaq məcburiyyətindəsiniz. Eyni şey: eyni "namanta eva" kımı. Təslim olmuş bir ruh olmaq üçün itəatkar olmalısınız və harda? Praṇipāta. Belə bir insanı hardan tapacaqsınız ki, "Burda təslim ola biləcəyim kim var?" Onda hara təslim olacağımıza aid kiçik test etməliyik. O qədər bilgiyə sahib olmalısınız. Hər hansı boş bir şeyə təslim olmayın. Etmək məcburiyyətindəsiniz..., bu mənalıdır yoxsa boş bir şeydir, necə anlaşıla bilər? Şāstrada bundan da danışılır. Kaṭha Upaniṣadda da danışılmaqdadır. Tad viddhi praṇipātena pari... (BG 4.34). Kaṭha Upaniṣad'da şöyle denir: tad-vijñānārthaṁ sa gurum evābhigacchet śrotriyaṁ brahma-niṣṭham (MU 1.2.12). Bu śrotriyam, qurular zəncirindən olan biri deməkdir. Bəs o insanın qurular zəncirindən gəldiyinin isbatı nədir?. O halda siz ora təslim olmalısınız. Praṇipāta. Praṇipāta demek "prakṛṣṭa-rūpeṇa nipātam", şübhə yoxdur demekdir. Əgər belə birini tapsanız həmən təslim olmalısınız. Praṇipāta və ona xidmət etməyə çalışın, onu məmnun etməyə çalışın və ona sual verin. Bütün hər şey açıqlanacaqdır. Belə bir səlahiyyətli birini tapıb ona təslim olmalısınız. Ona təslim olmaq, Tanrıya təslim olmaq deməkdir çünkü, o Tanrının təmsilçisidir. Lakin vaxtınızı boşa xərcləmək üçün deyil, anlamanız üçün sizin sual verməyinizə icazə verilir. Buna paripraśna deyilir. Üsullar bunlardır. Xülasə, hər şey göz qabağındadır. Biz sadəcə mənimsəməliyik. Fəqət, bu üsulu mənimsəmək yerinə vaxtımızı sərxoşluqla, fərziyəylə və hər cür boş fəaliyyətlə keçirirsək əsla mümkün olmaz. Tanrının nə olduğunu əsla anlamazsınız. Çünki Tanrı, yarı tanrılar və böyük alimlər tərəfindən belə anlaşılmır. Bizim bu cox küçük səyimiz nədir ki?. Xülasə, üsullar bunlardır və əgər tətbiq etsəniz, asammūḍhaḥ, asammūḍhaḥ, əgər prinsipləri yavaş amma inanaraq yerinə yetirsəniz, asammūḍhaḥ, əgər heç bir şübhə olmadan edərsəniz...Bu...Pratyakṣāvagamaṁ dharmyam. Əgər bu yolun arxasından getsəniz, öz- özünüzə anlayacaqsınız," Bəli, bir yerə çatıram." Bu kor olduğunuz yada kor-koranə arxasından getdiyiniz mə'nasında deyil. Bu prinsiplərin arxasındn getdiyinizdə anlayacaqsınız. Eyni doğru yemeklər yeyərək özümüzü güclü hiss etdiyimiz və aclığın da kecib getdiyi kimi.Heç kimdən soruşmağa ehtiyac yoxdur. Özünüz hiss edərsiniz. Bunun kimi, doğru yola gəlib və prinsiplərin arxasından gedərsəniz anlaycaqsınız."Bəli, irəliləmə var". Pratyakṣa...Doqquzuncu bölmədə O demişdi: pratyaksavagamam dharmyam susukham. Bu cox asand və bunu yaxşı ruh halında edə bilərsiniz. Bes bunun yolu nədir? Biz Hare Krişna mantrasını söyləyib və krişna-prasada yeyə bilərik və Bhagavad-Gita fəlsəfəsini çalışıb, xoş musiqili səslərə qulaq asa bilərik. Çox çətindi? Çox çətindi? Heç deyil. Belə bu usulla siz "asammūḍhaḥ" olacaqsınız. Heç kim sizi aldada bilməz. Amma siz aldanmaq istəyirsəniz, o qədər saxtakar var. Buna görə aldadan və aldadılan bir cəmiyyət yaratmayın. Krişna tərəfindən tövsiyə edildiyi kimi, Veda ədəbiyyatında qeyd edildiyi kimi sadəcə "paramparā" sisteminin yolundan gedin. Bunu səlahiyyətli mənbələrdən alın və həyatınıza tətbiq etməyə çalışın. Sonra da asammūḍhaḥ sa martyeṣu. Martyeṣu demek..." Martya" ölməyə haqqı olanlar deməkdir. Kimlər? Bu Brahmadan başlayaraq ən kiçik qarışqaya qədər olan şərti ruhlar, hamısı martyadır. Martya-o deməkdir ki, onların öləcəkləri bir vaxt var. Yəni martyeşu. Ölümlülər arasında ən ağıllısı olur. Asammūḍhaḥ sa martyeṣu. Niyə? Sarva-pāpaiḥ pramucyate. Bütün günahkar hərəkətlərin tə'sirindən azaddır. Bu dünyada, bu maddi dünyada, bilərək ya da bilməyərək günahkar hərəkətlər edirik. Buna görə də bu təsirdən xilas olmalıyıq və necə? Bu da Bhagavad-Gitada qeyd edilmişdir. Yajñārthāt karmaṇo 'nyatra loko 'yaṁ karma-bandhanaḥ (BG 3.9). Sadəcə Kṛiṣṇa üçün hərəkət edərsəniz...Yajña demek Viṣṇu və ya Kṛiṣṇa demekdir. Yalnız Krişna üçün hərəkət edərsəniz hər şeyin təsirindən azad olursunuz. Śubhāśubha-phalaiḥ. Biz xeyirli ya da xeyirsiz işlər görürük. Fəqət, Krişna şüurunda olub bu cür hərəkət edənlərin xeyirli ya da xeyirsiz heç bir şeylə əlaqəsi yoxdur, çünkü ən xeyirli olan ilə-Krişna ilə təmasdadır. Bu səbəblə, sarva-pāpaiḥ pramucyate. Bütün günahkar hərəkətlərin təsirlərindən azad olur. Yol budur və biz bu yolu mənimsəyərək Krişna ilə əlaqədə ola bilərik və həyatımız müvəffəqiyyətli olar. Çox asand bir üsul və hamı mənimsəyə bilər. Çox təşəkkür edirəm.