AZ/Prabhupada 0005 - Üç Dəqiqədə Praphupadanın Həyatı



Interview -- September 24, 1968, Seattle


Jurnalıst: Özünüz haqqında danışa bilərsiz? Necə oldu Krişna şagirdi oldunuz və harda təhsil aldınız? Praphupada: Mən Kalkütada doğuldum və təhsil aldım. Kalküta mənim evimdir. 1896-cı ildə doğuldum və atamın kiçik oğluydum, buna görə təhsilim gec başladı və yenə də orta məktəbi və litseyi səkkiz il oxudum. Dörd il ibtidai məktəb, səkkiz il orta məktəb, dörd il də üniversitet. Sonra Gandi hərakatına qoşuldum, milli hərakata qatıldım. Fəqət 1922- də yaxşı bəxtimdən Guru Mahārājımla, mə'nəvi müəllimimlə tanış oldum. Sonra bu yola cəzb oldum və yavaş-yavaş ailə həyatımdan əl çəkdim. 1918-də evləndiyimdə hələ üçünçü kurs tələbəsi idim. Beləcə, uşaqlarım oldu. Ticarətlə məşğul idim. Sonra 1954-də bu ailəmdən də ayrıldım. Dörd il ərzində təkdim-heç bir ailə fərdi olmadan. Sonra 1959-da daimi şəkildə (feraqat )həyatını qəbul etdim. Sonra özümü kitab yazmağa həsr etdim. İlk kitabım 1962-də çıxdı və üç kitabım olduğu zaman sizin ölkənizə hərəkət etdim və 1965-in sentyabrında buraya çatdım. O vaxtdan bəri bu Krişna şüurunu Amerka, Kanada və Avropa ölkələrində yaymağa çalışıram və yavaş-yavaş mərkəzlər inkişaf edir. Şagirdlərin də sayı artır. Baxaq görək nələr olacaq?. Jurnalıst: Sız özünüz necə şagird oldunuz? Şagird olmadan əvvəl nə idiniz ya da hansı yolla gedirdiniz? Prabhupada: Sizə dediyim kimi eyni prinsip, inanış. Dostlarımdan biri məni zorla mə'nəvi müəllimimin yanına apardı və mə'nəvi müəllimimlə söhbət etdiyimdə razı oldum. Ondan sonra da ağac yaşıllanmağa başladı.