AZ/Prabhupada 0012 - Biliyin Mənbəyi Eşidərək Olmalıdır



Lecture on BG 16.7 -- Hawaii, February 3, 1975

Hamımızın qüsuru var. Gözlərimiz olduğuna görə gürurlanırıq. Mənə deyin görüm, gözlərinizin nə xüsusiyyəti var ki, görəbiləsiniz? Belə fikirləşmir ki, "Xüsusiyyətim yox, amma yenə də görmək istəyirəm." Bu gözlər, bir cox şərtə bağlıdır. İndi işıq olduğu üçün görəbilirsiniz. İşıqlar sönərsə, görəməzsiniz. O zaman gözlərinizin nə mahiyyəti var? Bu divarın arxasında nə olduğunu görə bilmərsiz. Buna görə də mə`lumatın mənbəyi olaraq saxta duyğularınıza inanmayın. Xeyir. Mə`lumatın mənbəyi eşidərək olmalıdır. Buna śruti deyilir. Buna görə Vedaların adı śrutidir. Śruti-pramāṇa. Eyni, bir uşağın atasının kim olduğunu bilmək istəməsi kimi. Bunun isbatı nədir? İsbat śruti, anasından eşitməkdir. Ana deyir ki, " O sənin atandır." Beləcə də uşaq eşidir, onun necə atası olduğunu görməz. Çünki uşağın bədəni yaranmadan əvvəl atası orda idi, uşaq bunu necə görəbilərdi? Bu səbəblə, görərək atanızın kim olduğunu tə`yin edə bilmərsiz. Mö`təbər birindən eşitməlisiniz. Burda da mötəbər olan anadır. Bu səbəblə śruti-pramāṇa: isbatı eşitməkdir, görmək deyil. Görmek... gözlərimiz mükəmməl deyil... Bir çox əngəl vardır. Bunun kimi, birbaşa qəbul etməklə doğruya çata bilməzsiz. Birbaşa qəbul fərziyyədir. Dr.Qurbağa. Qurbağa Anlantik okeanının necə olduğu haqqında fərziyələr deyirdi: Üç fit uzunluğunda bir kuyudadır, bir dostu ona başqa bir şey deyir:" Mən daha böyük su gördüm, bu su nədir? Atlantik okeanı. Necə də böyükdür? Cox- cox böyük." Qurbağa bu şəkildə fikirləşməyə başlayır. "Belkə dörd fit, bu quyu üç fit, o bəlkə dörd fitdir, olsun beş fit, on fit." Belə fərziyələrlə qurbağa Anlantik yada Sakit okeanı necə anlayacaq. Fərziyələrlə Anlantik ya da Sakit okeanın həcmini necə təxmin edərsiz? Fərziyyələrlə bilməzsiniz. İllərdir bu kainat haqqında fərziyyələr danışırlar, necə dənə ulduz var və genişliyi nə qədərdir? Maddi dünya haqqında heç bir şey bilmiriksə, ruhi dünyadan necə danışa bilərik? Bu cox uzaqdadadır. Paras tasmāt tu bhāvo 'nyo 'vyakto 'vyaktāt sanātanaḥ (BG 8.20). Bhagavad-gītāda oxuya bilərsiniz. Başka bir təbiət vardır. Bu gördüyünüz təbiət, göyün üzü, yuvarlaq bir qübbə, bunun üzərində təkrar beş elementin qatları vardır. Bu qabıqdır. Eyni hindistan qozu kimi. Qabığı bərkdir və qabığın içində su var, və qabığın çölündə qatlar var, hər biri o birindən min qat daha böyük olan: Su qatı, hava qatı, od qatı. Bu qatların hamısını deşib geçməlisiniz. O zaman ruhi dünyaya girə bilərsiniz. Bütün bu saysız kainatlar, "koṭi". Yasya prabhā prabhavato jagad-aṇḍa-koṭi (Bs. 5.40) Jagad-aṇḍa- kainat deməkdir. "Koṭi", milyon dənəsi bir yerə toplanmışdır, bu maddi dünyadır və bu maddi dünyanın arxasında ruhi dünya, yə`ni başka bir göy üzü vardır. Eyni zamanda bu da göy üzüdür. Buna paravyoma deyilir. Buna görə ay və ya günəş planetində nə olduğunu təxmin edə bilməzsiniz, bu planet, bu kainat içindədir. Ruhi dünyanı fərziyyələrlə necə anlayabilirsiniz? Bu axmaqlıqdır. Beləcə, śāstra deyir ki, acintyāḥ khalu ye bhāvā na tāṁs tarkeṇa yojayet. Acintya, qəbul edilməsi çətin olan, duyğusal anlamanın da üstündədəir, buna görə də müzakire etməyi, anlamağı və fərziyələri keçin. Bu axmaqlıqdır. Mümkün değil, en yaxşısı biz quruya getməliyik. Tad-vijñānārthaṁ sa gurum evābhigacchet, samit-pāṇiḥ śrotriyaṁ brahma-niṣṭham (MU 1.2.12). Yolu budur.