AZ/Prabhupada 0013 - İyirmi Dört Saat Fəaliyyəti



Lecture on BG 2.49-51 -- New York, April 5, 1966

Yogaḥ karmasu kauśalam. Kauśalam - cox bilən, işini bilən,(ağıllı) deməkdir. Eyni işi görən iki insan kimi. Biri mütəxəssisdir, o biri isə deyil. Maşının bir yeri xarab olur. Biri bütün gün onu düzeltmək üçün çalışır, amma olmaz, lakin mütəxəssis olan gəlib bir dəfə baxmaqla nəyin xarab olduğunu tapır, və maşın işləməyə başlayır. Hrzum, hrzum, hrzum, hrzum, hrzum, hrzum. Bax görürsünüz? Bə`zən bizim də bu qeyd cihazında olan problem kimi. Mr. Carl ya da bir başqası gəlir və bunu düzeldir. Yəni, hər şeyin bir mütəxəssis bilyinə ihtiyacı vardır. Karma, karma demək çalışmaq deməkdir. Çalışmalıyıq. Çalışmazsaq bu bədənimiz və ruhumuz hərəkət edə bilməz. ... Bu səhv fikirdir ki, ruhi dünyan üçün çalışmaq lazım deyil. Xeyir, daha cox çalışmaq lazımdır. Ruhi dünyaya çatmaq istəməyənlər sadəcə səkkiz saat işləyirlər, amma ruhi dünyaya çatmaq istəyənlər isə iyirmi dörd saat işləyirlər, iyirmi dörd saat. Fərq budur və bu fərq... Görəcəksiniz ki, maddi platformada həyat, bədən konsepsiyasındadır , əğər siz yalnız səkiz saat çalışsanız, özünüzü yorğun hiss edəcəksiniz. Amma əgər ruhi məqsədiniz üçün iyirmi dörd saatdan artıq çalışsanız... Təəssüf ki, bizim ixtiyarımızda iyirmi dörd saatdan artiq yoxdur. Yenə də, özünüzü yorğun hiss etməyəcəksiniz. Sizə deyirəm. Bu mənim özümün təcrübəmdir və mən buradayam, daim çalışıram, ya oxuyuram ya da yazıram, iyirmi dörd saat. Bir tək acanda, biraz yemək yeyirəm və yalnız yuxum gəldiyində, yatmağa gedirəm. Yoxsa hər vaxt yorğun olmuram. Belə olub olmadığını cənab Pauldan soruşa bilərsiniz. Bundan zevq alıram. Yorğun olmuram. Bunun kimidə hər kim ruhi hislərə sahib olursa o da yorulmayacaq... Bunun əvəzinə yatmaqdan nifrət edəcək. "Ah, yuxu yenə məni narahat etməyə gəldi." Görürsən? Yuxu sənin vaxtını azaltmaq istəyir. Sonra...İndi dua etdiyimiz kimi, vande rūpa-sanātanau raghu-yugau śrī-jīva-gopālakau. Rab Çaitanya altı Gosvamiyə bu elmi müzakirə etmək üçün səlahiyət verdi. Bu haqda möhtəşəm bir ədəbiyyat yazdılar. Görürsünüz? Yəni onların gündə yalnız bir saat yarımdan artıq yatmadıqlarına təcüblənəcəksiniz. Bundan artiq değil. Bəzən bundan da imtina edirdilər.