AZ/Prabhupada 0017 - Ruhi Enerji Və Maddi Enerji



Lecture on Sri Isopanisad, Mantra 1 -- Los Angeles, May 2, 1970

Maddi dünyada iki enerji işləyir. Biri ruhi enerji o biri maddi enerji. Maddi enerji səkkiz növ element demekdir. Bhūmir āpo 'nalo vāyuḥ: (BG 7.4) Torpaq, su, od,hava, göy üzü,zehin, agıl və ego. Bütün bunlar maddidir. Bunun kimi daha incə, daha incə, daha da incə və daha kobud, daha kobud, daha kobud. Eyni, suyun torpaqdan daha incə olduğu kimi, sonra od sudan daha incədir, sonra hava oddan daha incədir, sonra göyün üzü və ya eter havadan da daha incədir. Buna bənzər olaraq ağıl da eterdən daha incədir ya da zehin eterdən daha incədir. Zehin...Bilirsiniz bir necə dəfə misal göstərdim: ağlın surəti. Bir saniyə içində minlərcə mil gedə bilərsiniz. Yəni nə qədər incə olursa o qədər güclüdür. Hər şeyin ordan yayıldığı ruhi hissəyə gəldiyində o ən güclüdür. Bu ruhi enerjidir. Bu Bhagavad-gītā'da verilmişdir. Ruhi enerji nədir? Ruhi enerji canlı varlıqdır. Apareyam itas tu viddhi me prakṛtiṁ parā (BG 7.5). Kṛiṣṇa deyir ki, "Bunlar maddi enerjilərdir. Bunun arxasında başqa biri, ruhi enerji vardır."Apareyam. Apara daha aşağı deməkdir. Apareyam. " Bütün bu maddi elementlərin hamısı aşağı enerjilərdir." Bunun arxasında daha ust bir enerji vardır. Mənim sevgili Arcunam."Nədir o? Jīva-bhūta mahā-bāho: "Bu canlı varlıqlar." Onlar da enerjidir. Biz canlı varlıqlar da enerjiyik, lakin daha üst enerjilərik. Necə yani üst? Çünki yayedaṁ dhāryate jagat (BG 7.5). Daha üst enerji daha aşağı olan enerjini kantrol edər. Maddənin gücü yoxdur. Maddi şeylərdən yaranmış gözəl maşın olan təyyarə göy üzündə uçur. Lakin içində ruhi enerji olan pilot olmasa olmaz. İşə yaramaz. Min illərcə jet bir təyyarə hava limanında duracaq amma kiçik enerji parçası olan pilot gəlib ona toxunmasa uçmayacaq. Belə isə Tanrını başa düşməyin nə çətinliyi var ki? Cox sadə bir şey, əgər bu böyük maşın... Bir cox böyük maşınlar var, ruhi enerji toxunmadan hərəkət edə bilməzlər, bir insan ya da canlı varlıq. Bütün bu maddi enerjinin avtomatiq olaraq ya da heç bir kantrol olmadan calışmasını necə gözləyə bilərsiniz ki? Nece belə bir müzakirə edə bilərsiniz? Bu mümkün deyil. Buna görə də ağlı az olan insan sinifi maddi enerjinin Ali Tanrı tərəfindən necə kantrol edildiyini anlayamazlar.