AZ/Prabhupada 0018 - Qərarlı Bir Şəkildə Qurunun Müqəddəs Ayaqlarına Sığınmalıyıq



Lecture on SB 6.1.26-27 -- Philadelphia, July 12, 1975

Prabhupāda: Bu zamanı, davamlı ölüb yeni bir bədən aldığımız həyata əlac tapmaq üçün istifadə etməliyik. Doğru bir quruya gəlməzlərsə necə anlayacaqlar? Buna görə śāstra deyir ki, tad-vijñānārtham: "Əgər həyatın gerçək problemini bilmək istəyirsinizsə və necə Krişna şüurunda olunacağı mövzusunda aydınlanmaq istəyirsənizsə, necə əbədi olub Tanrıya geri gediləcəyinə, o zaman quruya getməlisiniz. Quru kimdir? Bu açıqlana bilən sadə şey. Quru əsla " Bunu et və mənə pul ver və xöşbəxt ol" deməz. Bu quru deyil. Bu pul qazanmağın başqa bir yoludur. Burada deyilir ki, mūḍha, axmağın cənnətində yaşayan, Ajamila kimi öz fikirlərini çıxaran hər kəs...Biri "Bu mənim vəzifəm." deyə qəbul etmiş, başqası... O ağılsızdır. Vəzifənizin nə olduğunu qurudan öyrənməlisiniz. Hər gün deyirsiniz, guru-mukha-padma-vākya, cittete koriyā aikya, ār nā koriho mane āśā. Həyat budur. Həyat bu. Guru-mukhapad...Həqiqi bir quru qəbul edin və sizə nə emr edərsə yerinə gətirin. O vaxt həyatınız müvəffəqiyyətli olur. Ār nā koriho mane āśā. Axmaq, başqa bir şey arzulama. Hər gün mahnısını oxuyurmusun? Mə`nasını başa düşürsən? Ya da sadəcə mahnı oxuyursan? Mə`nası nə? Heç kim bilmir? Kim anladacaq? Heç kim bilmir? Bəli, mə`nası nədir?

Sadiq: Tək istədiyim, mə`nəvi müəllimimin ağzından çıxan sözlərlə ağlımın təmizlənməsidir.

Prabhupāda: Bəli. Əmr budur. Guru-mukha-padma-vākya, cittete koriyā aikya. Citta,şüur yada qəlb deməkdir. "Sadəcə bunu edəcəyəm, vəssəlam. Guru Mahārājım mənə bunu dedi, bunu edəcəyəm." Cittete koriyā aikya, ār nā koriho mane āśā. Bu mənim qürurum deyil, amma deyə bilərəm ki, bunu sən təlimat verdiyin üçün etdim. Buna görə də məni bütün mənəvi qardaşlarımla müqayisə etdiyinizdə nə qədər müvəffəqiyyət görürsünüzsə hamısı bundan irəli gəlir. Mənim əlimdən gələn budur, amma qurumun sözlərini həyatım və ruhum olaraq qəbul etdim. Gerçək budur. Guru-mukha-padma-vākya, cittete koriyā aikya. Bunu hamı etməlidir. Amma bir şey əlavə etsə ya da dəyişdirsə o vaxt bitdi. Əlavə və deyişiklik olmaz. Bir quruya getmək məcburiyyətindəsiz - quru Tanrının, Krişnanın sadiq xidmətçisi deməkdir və Ona necə xidmət etməniz mövzusunda onun sözünə inanın. O zaman müvəffəqiyyətli olursunuz. Amma özünüzdən uydurub, "Mən qurumdan daha ağıllıyam əlavə və deyişdirmə edə bilərəm", o vaxt bitərsiniz. Belədir və indi davamını deyin.

Sadiq: Śrī-guru-caraṇe rati, ei se uttama-gati.

Prabhupāda: Śrī-guru-caraṇe rati, ei se, uttama-gati. Əgər doğurdan da irəliləmək istəyirsəniz, o vaxt gurunun nilufər qədəmlərinə qərarlı bir şəkildə sığınmalısınız. Sonra?

Sadiq: Je prasāde pūre sarva āśā.

Prabhupāda: Je prasāde pūre sarva āśā. Yasya prasādāt... Bütün Vaişnava fəlsəfəsinin tə`limatı budur. Bunları etmədiyiniz müddətcə, mūḍha olaraq qalırıq, və bu da Ajāmila-upākhyānada anladılır. Bugün bu sətiri oxuyuruq, sa evaṁ vartamānaḥ ajñaḥ. Bir daha deyir. Təkrardan Vyāsadeva deyir ki, "Bu axmaq, Nārāyaṇa adındaki oğluna xidmət eleyir, bilmirdi ki, Narayana nədir?. Oğlunu bilirdi. Amma Narayana elə mərhəmətli idi ki, hər oğluna bir şey deyəndə "Narayana, bura gəl, Narayana bunu al", Krişna da "Narayananın adını zikr edir" diyə qəbul edirdi. Krişna o qədər mərhəmətlidir. Heç "Narayananın yanına gedirəm" demək istəmədi. O, Oğlunu istəyirdi çünki, sevgi ilə dolu idi. Amma Narayananın müqəddəs adını zikr etmək imkanı oldu. Bu onun qismətidir. Buna görə biz adı dəyişdiririk. Niyə? Çünki, hər ad Krişnanın xidmətçisi olmaq üçündür. Eyni Upendra kimi. Upendra, Vāmanadeva mə'nasındadır. Əgər "Upendra, Upendra" ya bənzər şəkildə çağırsanız bu diqqətə alınır. Bunlar daha sonra açıqlanacaq.