AZ/Prabhupada 0020 - Krişnanı Başa Düşmək Asand Şey Deyil



Arrival Lecture -- Miami, February 25, 1975

Kṛṣṇanı anlamaq çox asad deyil.

manuṣyāṇāṁ sahasreṣu
kaścid yatati siddhaye
yatatām api siddhānāṁ
kaścid vetti māṁ tattvataḥ
(BG 7.3)

Minlərcə, milyonlarca insandan yalnız biri həyatını müvəffəqiyyətli etmək üçün narahat olur. Heç kim maraqlanmır. Əslində, doğrudan həyatın nə olduğunu bilmirlər. Müasir mədəniyyətdə hamı belə düşünür ki, "Əgər gözəl bir qadınım, bahalı maşınım və evim olursa, bu həyatdır." Müvəffəqiyyət bu deyildir. Bunların hamısı keçib gedəndir. Gerçək müvəffəqiyyət māyā'nın pəncələrindən xilas olmaqdır. Bu da bu doğum, ölüm, yaşlılıq, və xəstəliklərlə dolu olan maddi şərti həyat deməkdir. Bir neçə fərqli həyat növündən keçirik və bu həyat forması bir biri arxasınca gələn bu bədən dəyişdirmə halqasından xilas olmaq üçün yaxşı bir fürsətdir. Ruh əbədi və xöşbəxtlik doludur cünki, Krişnanın vacib bir hissəsidir, sac-cid-ānanda, əbədi xöşbəxtlik dolu, bilik dolu. Əfsuslar olsun ki, bu maddi şərtli həyatda fərqli bədənlər dəyişdiririk, amma təkrardan doğumun və ölümün olmadığı ruhi dunyaya yerləşə bilmirik. Bilik yoxdur. Keçən gün məni görməyə bir psixiatr gəldi. Sənin, ruhu və onun qurluş vəziyyətini anlamaq üçün aldığın təhsil harda qaldı? Hardasa bütün dünya qaranlıqdadır. Əlli, altmış, yüz illik həyat müddətini diqqətə alırlar, amma əbədi, xöşbəxtlik və biliklə dolu olduğumuzu və bu maddi bədənə görə doğum, ölüm, yaşlılıq və xəstəliyə düçar olduğumuzu bilmirlər. Bu da dəvamlı olub gedir. Śrī Çaytanya Mahāprabhu, alt səviyyədəki ruhlara olan böyük mərhəmətinə görə gəldi. Krişna da gəlir. Amma Krişna o qədər də xoş görüşlü deyil. Krişna şərt qoyur,"Əvvəlcə təslim ol. Sonra mən sənin məsuliyyətini alıram." Ama Çaytanya Mahāprabhu Kṛiṣṇadan daha mərhəmətlidir, Kṛiṣṇa və Çaytanya Mahāprabhu eyni olmasına baxmayaraq. Çaytanya Mahāprabhunun mərhəməti ilə Kṛiṣṇanı rahatca anlayırıq. Caytanya Mahāprabhu burda mövcutdur. Siz Ona ibadət edin. Çox cətin deyil. Yajñaiḥ saṅkīrtanaiḥ prāyair yajanti hi su-medhasaḥ. Kṛṣṇa-varṇaṁ tviṣākṛṣṇaṁ sāṅgopāṅgāstra-pārṣadam, yajñaiḥ saṅkīrtanam (SB 11.5.32). Sadəcə Hare Kṛiṣṇa mantrasını oxuyun və nə təklif edə bilirsinizsə Çaitanya Mahāprabhuya təklif edin. O cox mərhəmətlidir. Ona qarşı qəbahət etsəniz sizdən üz çevirməz. Rādhā-Kṛiṣṇaya ibadet etmək bir az çətindir. Ona hörmətlə ibadət etməyə məcbursunuz. Amma Çaytanya-Mahapraphu öz istəyi ilə aşağı səviyyəli ruhları qurtarmaq üçün gəldi. Ona cox az xidmət etsəniz razı olacaq. Razı olacaq. Amma laqeydlik etməyin. O cox nəzakətli və mərhəmətlidir deyə Onun kim olduğunu unudacağız demək deyil. O Tanrının Ali Şəxsidir. Biz də Ona mümkün olduğunca hörmət etməliyik...Amma müsbət tərəfi budur ki, Çaytanya Mahāprabhu qəbahətlərə görə üz çevirmir və ona ibadət etmək və onu razı salmaq cox asanddır. Yajñaiḥ saṅkīrtanaiḥ prāyair yajanti hi su-medhasaḥ. Sadəcə Hare Kṛṣṇa mahā-mantrasını oxuyun və rəqs edin, Çaytanya Mahāprabhu çok məmnun olacaqdır. O rəqs etməyi və mantra oxumağı tanıtdı və bu da Tanrını tanımağımız üçün ən asand prosesdir. Mümkün olduqca...Əgər mümkünsə iyirmi dörd saat. Əgər mümkün deyilsə, ən azından dörd yada altı kərə Çaitanya Mahāprabhunun qarşısında Hare Krişna mantrasını oxuyun və həyatınızda müvəffəqiyyət əldə edəcəksiniz. Bu bir həqiqətdir.