AZ/Prabhupada 0021 - Boşanmanın Artmasının Səbəbləri



Lecture on SB 6.1.26 -- Honolulu, May 26, 1976


Həyatın ümumi axarı budur. Hamı maddi fəaliyyətlərlə məşğul və maddi fəaliyyətin ən təməl prinsibi "gṛhastha", ailə həyatıdır. Veda sisteminə görə ya da hər hansi bir yerdə ailə hayatı qadına və uşaqlara baxmaq borc olan həyatdır. Hamı bununla məşğuldur. Fikirləşirlər ki, vəzifələri bir tək budur. "Ailəyə baxmaq, mənim vəzifəm budur. Mümkün olduqca rahat bir şəkildə. Mənim vəzifəm budur." Onlar bilmirlər ki, belə bir vəzifəni heyvanlar da edirlər. Onların da balaları var və onlar da balalarını yedizdirirlər. Arada nə fərq var? Bu səbəblə burda işlədilən kəlmə mūḍha." Mūḍha" eşşək demekdir. Buna oxşar vəzifələrlə məşğul olanlar," bhuñjānaḥ prapiban khādan". Prapiban. "Prapiban"- içmək deməkdir və "bhuñjānaḥ" yemək mə`nasını verir. Yeyərkən, içərkən, khādan, çiynəyərkən, carva casya raja preya. Dört növ yemə şəkli vardır. Bə`zən çiynəyirik, bəzən yalayırıq, (Sanskritçe), bəzən udarıq və bəzən də içərik. Yəni dörd növ yemə şəkli var. Buna görə bu mahnını oxuyuruq, "catuḥ vidhā śrī-bhagavat-prasādāt". "Catuḥ vidhā" dörd növ deməkdir. Murtilərə bu dörd növ daxilində bir çox yemək təklif edərik. Bə'zi yeməklər çiynənir, bə"zi yeməklər yalanır, bə'zi yeməklər udulur. Bu şəkildədir, bhuñjānaḥ prapiban khādan bālakaṁ sneha-yantritaḥ. Ata və ana uşaqlarına baxar, onlara yemək verir. Yaśoda Ananın Kṛiṣṇanı yedizdirdiyini gördük. Eyni şey. Biz uşaqları yedizdiririk, it, pişiklərin etdiyi kimi. Yaşoda Ana da Krişnanı yedizdirir. Eyni usuldur. Prosesdə fərq yoxdur ama biri Krişna mərkəzlidir o biri isə dəyişən mərkəzli. Aradaki fərq budur. Krişna mərkəzli olduğunda o zaman ruhi olur, deyişkən mərkəzli oluğunda isə material olur. Material olanların arasında fərq yoxdur. Fərq bu...Eyni, ehtiras arzuları, eşq və saf eşq kimi. Ehtiras arzuları ilə saf eşq arasındaki fərq nədir? Burda kişi ilə qadın arasında eşq olur, şəhvət arzuları ilə bağlanır. Krişna da qopilərə bağlanır. Baxdığımız zaman eyni görünür. Yenə də arada fərq var. Bu fərq Çaitanya-caritāmṛtanın müəllifi tərəfindən açıqlanır, şəhvət arzuları ilə eşq arasındaki fərq nədir? Bu açıqlanır. Deyır kı: ātmendriya-prīti-vāñchā-tāre bali 'kāma' (CC Adi 4.165), "Duyğularımı məmnun etmək istəyimə kāma deyilir." Ama kṛṣṇendriya-prīti-icchā dhare 'prema' nāma, "Və nə vaxt ki, Kṛṣṇanın duyğularını məmnun etmek istəyirsəm, o zaman eşq olur, prema. " Aradaki fərq bu. Burda materyal dünyada eşq yoxdur, çünkü, kişi və qadın, bilmirlər ki, "kişi ilə birləşdiyim zaman, mənim arzularımı məmnun eden kişidir." Xeyir. " Mən öz arzularımı məmnun edəcəm". Təməl prinsip budur. Kişi də belə fikirləşir ki, "Mən bu qadınla birləşincə, öz arzularımı məmnun edəcəyəm," və qadın da belə fikirlşir "Mən bu kişi ilə birləşərək öz arzularımı məmnun edəcəyəm." Bu səbəblə bu qərb ölkələrində cox yayılmış, duyğularını məmnun edə bilmədiklərində də boşanırlar. Bu ölkədəki boşanmaların səbəbi budur. Kökdəki səbəb bu "Məmnunluq yoxdusa, o vaxt istəmirəm." Bu Śrīmad-Bhāgavatamda göstərilir: dāṁ-patyaṁ ratim eva hi. Bu dövürdə ər-arvad olmaq şəxsi, cinsəl məmnunluq mə`nasına gəlir. Heç belə fikirləşmirlər, "Biz bərabər yaşayaq; Kṛiṣṇanı necə məmnun etməyi öyrənib Kṛiṣṇanı məmnun edək." Bax bu Kṛiṣṇa şüuru hərakatıdır.