AZ/Prabhupada 0033 - Mahaprabhunun Adı Patita-pāvanadır



Morning Walk -- October 4, 1975, Mauritius

Puṣṭa Kṛṣṇa: Bu zamanın hökümətləri ən pis fəaliyyətləri belə müdafiyə edirlər. Belə oduğunda ümumi xalq kütləsinin islahatı necə ola bilər.

Prabhupāda: Hökümətin mükkəmməl olduğunu demək istəyirsən?

Puṣṭa Kṛṣṇa: Xeyir.

Prabhupāda: Elə isə? Hərəkət etdirilmələri lazımdır. Bu günlərdə hökümət demək hamısı axmaq olanlar deməkdir. Axmaqların tərəfindən seçilirlər və özləri də axmaqdırlar. Çətin olan da budur. Hara gedərsinizsə gedin, yalnız axmaqlarla qarşılaşacaksınız. Camış. Bildiyimiz, camış. Belələrindən bizim kampımızda belə cox var. Yalnız raporlara baxın. Yaxşı tərəfə dəyişmək üçün gəlsələr də onlar avaradırlar. Onlar alışdıqları bu işlərdən əl çəkmirlər. Buna görə bunların hamısı camışdır: "Hamısı cox pis." Amma aradaki fərq budur ki, bizim kampımızda pislərin dəyişməsinə qarşı çöldə bu cür bir dəyişimin olmamasıdır. Onların yaxşı olmaq şansları var, amma çöldəkilərdən heç umudum yoxdur. Fərq budur. Yoxsa hamı pisdir. Heç bir seçiçilik etmədən bunu deyəbilərsiniz. Mandāḥ sumanda-matayo (SB 1.1.10). İndi hökümət necə yaxşı olacaq? Bu da pisdi. Mahaprabhunun adı Patita-pāvana; O bütün pis adamları qurtarır. Kali-yugada heç yaxşı insan yoxdur - hamısı pisdi. Bütün pis adamlarla mübarizə etmək üçün güçlü olmalısan.