AZ/Prabhupada 0034 - Hər kəs Mə'lumatı Mötəbər Birindən Alır



Lecture on BG 7.1 -- Durban, October 9, 1975

Yeddinci Bölmə, "Mütləqin Biliyi." İki şey var, mütləq olan və nisbi olan. Bura nisbi dünyadır. Burada bir şeyi o biri olmadan anlaya bilmərik. "Oğul burda" dediyimizdə, bir atanın da olması lazımdır. "Əri burda" dediyimizdə onun bir arvadı da olmalıdır. "Xidmətçi burda" dediyimizdə bir sahib də olmalıdır. "Burda işık var" dediyimizdə qaranlığın da olması gərəkir. Buna nisbi dünya deyilir. Bir şeyin başqa nisbi terminlər vasitəsilə anlaşılması gərəkir. Amma mütləq dünya deyilən başqa bir dünya daha var. Orda xidmətçi və sahib eynidir. Aralarında bir fərq yoxdur. Biri sahib o biri xidmətçi olsa da, mövqeyi eynidir. Yəni Bhagavad-Gitanın yeddinci bölməsi bizə mütləq dünya və mütləq bilik haqqında bir az işarət verir. Bu məlumatın necə əldə ediləcəyi, Mütləq olan, Ali Şəxs Krişna tərəfindən anladılır. Kṛṣṇa, Mütləq Ali Şəxsdir.

īśvaraḥ paramaḥ kṛṣṇaḥ
sac-cid-ānanda-vigrahaḥ
anādir ādir govindaḥ
sarva-kāraṇa-kāraṇam
(Bs. 5.1)

Bu Tanrı Brahma tərəfindən verilmiş olan, onun kitabı Brahma-saṁhitāda göstərilən Kṛiṣṇanın təsviridir. Bu kitap Śrī Caitanya Mahāprabhu tərəfindən cənubi Hindistanda toplanıp bir yerə gətirilmişdir və O bunu cənubi Hindistandan qayıdanda şagirdlərinə təqdim etmişdir. Bu səbəblə biz bu kitabı Brahma-saṁhitānı çox səlahiyyətli qəbul ederik. Bu bizim bilik almaq şəklimizdir. Biz biliyi mötəbər birindən alırıq, amma ümumi mənadaki mötəbər və bizim bunu qəbul etmə şəklimiz bir az fərqlidir. Bunları qəbul etməyimiz o demәkdir ki, bundan əvvəlkiləri də qəbul edirik. Heç kim öz-özünə mötəbər ola bilməz. Bu mümkün deyildir. Bu o demәkdir ki, o mükəmməl deyil. Bu misalı bir neçə dəfə verdim, məsələ uşaq atasından öyrənir. Uşaq atasından soruşur, "Ata, bu alət nədir?" Atası da belə deyir; "Əziz balam, bunun adı mikrofondur." Beləliklə uşaq biliyi atasından alır. Buna görə uşaq bir başqasına "Bu mikrafondur" dediyində doğrudur. O uşaq olmasına baxmayaraq,biliyi mötəbər birindən aldığına görə onun dediyi doğrudur. Bunun kimi biz də məlumatı mötəbər birindən alırsaq, mən uşaq olsam belə mənim dediyim doğru olacaqdır. Məlumatı özümüzdən uydurmuruq. Bu proses Bhagavad-gītānın Dördüncü Bölməsində anladılır, "evaṁ paramparā-prāptam imaṁ rājarṣayo viduḥ" (BG 4.2). Bu paramparā sistemi...

imaṁ vivasvate yogaṁ
proktavān aham avyayam
vivasvān manave prāha
manur ikṣvākave 'bravīt
(BG 4.1)

Evaṁ paramparā. Yəni mütləq bilik, Mütləq olandan dinlədiyimizdə əldə olunur. Nisbi dünyadaki heç kimsə bizə mütləq bilik haqqında mәlumat verə bilməz. Bu mümkün deyil. Ona görə biz burda mütləq dünyanı, Mütləq biliyi Mütləq Şəxsdən eşidərək anlayırıq. Mütləq Şəxs "anādir ādir govindaḥ" (Bs. 5.1) demәkdir. O orijinal şəxsdir, amma onun bir başlanqıcı yoxdur, bu səbəblə Mütləqdir. O, başqasının vasitəsiylə olmuş kimi qəbul edilməməlidir. O Tanrıdır. Yəni burada, bu bölmədə, śrī bhagavān uvāca deyilir, Mütləq Şəxs... Bhagavān başqa kimsədən asılı olmayan Mütləq Şəx demәkdir.