AZ/Prabhupada 0036 - Həyatımızın Məqsədi
Lecture on BG 2.1-11 -- Johannesburg, October 17, 1975
Yəni bu maddi məsələlər- nə etmək istədiyimiz mövzusunda ağlımız qarışanda, o vaxt bir qurunun yanına getməliyik. Burdaki təlimat budur, görürük. Pṛcchāmi tvāṁ dharma-sammūḍha-cetāḥ. Çaşdığımız zaman nəyin dini, nəyin dini olmadığını ayıra bilmirik, mövqeyimizdən düzgün bir şəkildə istifadə etmirik.
Bu kārpaṇya-doṣopahata-svabhāvaḥ (BG 2.7)-dır. Belə bir vaxtda quruya ehtiyacımız var. Vedaların təlimatı budur. Tad-vijñānārthaṁ sa gurum evābhigacchet śrotriyaṁ brahma-niṣṭham (MU 1.2.12). Vəzifəmiz budur. Mədəniyyət belədir, qarşınıza həyatla əlaqəli bir cox problem cıxır. Bu təbiidir. Bu maddi dünya, həyatla əlaqəli problemlərdir. Padaṁ padaṁ yad vipadām (SB 10.14.58). Maddi dünyanın mənası, hər addımımızda bir təhlükənin olmasıdır. Maddi dünya budur. Bu səbəblə qurunun rəhbərliyini qəbul etməliyik. Mənəvi müəllimimizdən necə irəliləyəcəyimizin rəhbərliyini, çünki,... Bu sonra aydınladılacaq. Bizim həyatımızın məqsədi, Aryan mədəniyyətində, heç olmasa bu insan həyatı formasındaykən, təbii halımızı anlayıb, başa düşməkdir. "Mən kiməm"? Əgər "Mən kiməm"- başa düşmürüksə o vaxt itlərlə, pişiklərlə bərabər səviyyədəyik. İtlər, pişiklər bunu bilməzlər. Onlar zənn edirlər ki, bu bədəndirlər. Bu aydınladılacaq. Yəni həyatda bu haldaysaq, ağlımız qarışıbsa...Əsində, bizim ağlımız davamlı qarışıq vəziyyətdədir. Buna görə də insan əsl quruya müraciət etməlidir. Birinci dərəcəli quruya. Arcuna da birinci dərəcəli quru olan Krişnaya müraciət etdi. Birinci sinif quru. Gurunun mənası Ali Tanrıdır. O hamının qurusudur, parama-quru. Ona görə kim Krişnanı təmsil edirsə, o qurudur. Bu dördüncü bölümdə açıqlanacaq. Evaṁ paramparā-prāptam imaṁ rājarṣayo viduḥ (BG 4.2). Yəni Krişna misal verir ki, biz özümüzü hara təslim etməliyik və kimi quru olaraq qəbul etməliyik. Krişna burdadır. Ona görə də ya Krişnanı ya da Onun təmsilçisini quru olaraq qəbul etməliyik. O vaxt problemləriniz həll olacaq. Başqa cür mümkün deyil, çünki, sənin üçün nəyin yaxşı nəyin pis olduğunu o sənə deyə bilər. O soruşur ki;" yac chreyaḥ syān niścitaṁ brūhi tat" (BG 2.7). Niścitam. Əgər içərisində şübhə olmayan, yalan olmayan tövsiyə, tə`limat, "niścitam" istəyirsənizsә -xətasız və aldatmasız- buna "niścitam" deyilir, bunu Krişnadan yada onun təmsilçisindən ala bilərsiniz. Mükəmməl olmayan bir insandan ya da saxtakardan doğru məlumat ala bilmərsiniz. Bu doğru bir təlimat deyil. Bu zamanda modadır, hamı quru olur və öz fikrini açıqlayır, "Məncə," "Mənim fikrimə görə." Bu guru deyildir. Gurunun mənası śāstradan sübutlar gətirən şəxs deməkdir. Yaḥ śāstra-vidhim utsṛjya vartate kāma-kārataḥ: (BG 16.23) Hər kim śāstradan sübutlar göstərməzsə, o şəxs " na siddhiṁ sa avāpnoti, " heç bir vaxt müvəffəqiyyət əldə edə bilməz, "na sukham, " nə də bu maddi dünyada xöşbəxtliyә çata bilməz", na parāṁ gatim, " və bir sonraki həyatında yüksəlməsi isə heç mümkün deyildir." Təlimatlar belədir.